Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə21/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------79------------------------------------ 
 
Volfqanq fon 
Kempelen (23 yanvar 
1734-cü  il Bratislava 
şəhərində 
anadan 
olmuşdur,  26  mart 
1804-cü ildə  Vena 
şəhərində 
dünyasını 
dəyişmişdir).  Avstriya 
və  Macar  ixtiraçısı, 
avtomatik 
maşının 
yaradıcısı, 
“İnsan 
nitqinin mexanizmi” 
traktaktının müəllifidir. 
V.Kempelen fəlsəfə 
elmini Bratislavada, 
Dyerdə, Venada və 
Rimdə görkəmli alimlərdən öyrənmişdir. Yeddi dil bilirdi. 
“Mariya Tereza qanunları” külliyatını latın dilindən alman 
dilinə  tərcümə  etmişdir.  Bununla  da  saray  əhli 
tərəfindən  marağa  səbəb  olmuş  və  nəticədə  sarayın 
məsləhətçisi  seçilmişdir.  Mariya  Tereza  Şarlotta 
Fransuzskaya (1778-1851:  Avatriya  kralının  qızı, 
hersoginiya  Anqulemski)  onu  27  yaşında  İmperiyanın 
macar hissəsində  və  Kempelen  ərazilərində  olan duz 
şaxtalarına  işlər müdiri təyin  edir.  Çox  qısa  bir  müddət 
ərzində  V.Kempelen duz şaxtalarında  modernləşdirmə 
işləri ilə  məşğul  olur.  1770-ci ildə  “Cəngavər”, 1775-ci 
ildə  isə  “baron  de  Pezmand”  titulu  alır.  1786-cı  ilə 
Macar-Transilvan dəftərxanasının 
sədri seçilir. 
V.Kempelena çoxlu sayda texniki tapşırıqlar verirdilər. O, 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------80------------------------------------ 
 
Banata ərazisində kətan istehsal edən fabrikin tikintisinə 
rəhbərlik 
edir, 
Budapeştin 
qala 
divarlarının 
möhkəmlədirilməsi üçün xüsusi möhkəmləndirici 
qurğular  hazırlayır,  İmperiyanın  bir  çox  şəhərlərində  su 
kəmərinin  qurulmasına  rəhbərlik edirdi. 1788-ci ildə 
Volfqanq fon Kempelen danışan maşın ixtira edir. Maşın 
uzunluğu  1  metr,  eni  isə  0,5  metr  olan  dördbucaqlı 
qutudan ibarət  idi.  Maşının  daxilində  çoxlu sayda 
tuluqlar, klapanlar və  ştiflər  var  idi.  Maşın  3-4  yaşında 
olan  uşağın  səsini  çıxarırdı.  1828-ci ildə  maşını  Berlin 
şəhərində  yaşayan  mexanik  Poş  daha  da  təkmilləşdirir. 
Sonrakı  illərdə  V.Kempelen  şahmat  oynaya  bilən 
avtomat düzəldir (sonralar məlum  olur  ki,  bu  maşın 
ullüziya imiş). 
 
 
Mariya Tereza Şarlotta 
Fransuzskaya 
 
Avtomat şahmatçı 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------81------------------------------------ 
 
Avtomat kamod (siyirməli  paltar  şkafı)  şəkilində 
düzəldilmişdi.  Kamodun  üstündə  şahmat  lövhəsi 
yerləşirdi.  Lövhənin  arxasında  mexaniki  insan  fiquru 
yerləşdirilmişdi.  Fiqur  turk  keyimində  idi. XVII əsrin 
axırlarında  və  XIX  əsrin ikinci yüz illiyində  maşın 
alimlərin diqqətini özünə  çəkir və  mübahisə  obyektinə 
çevrilir. Heç bir alim möcüzə  fiqurun hərəkətlərini və 
şahmat  gedişlərinin  həyata keçirməsini  aydınlaşdıra 
bilmir.  İndiki  zamanda  hamıya  məlumdur ki, kamodun 
içərisində güclü şahmat oyunçusu gizlənibmiş. 1854-cü 
ildə  Filadelfiyada  baş  vermiş  yanğın  zamanı  avtomat 
maşın  tamamilə  yanıb  məhv olur. Tarixdən məlumdur 
ki,  avtomat  şahmatçı  Fredrik  II  ilə  oyun  zamanı  onu 
məğlub  etmişdir.  1808-ci ildə  isə  maşının  Napalion  ilə 
keçirdiyi  şahmat  yarışmasında  görkəmli sərkərdə 
məğlubiyyətə uğramışdır. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------82------------------------------------ 
 
Əbu Abdulla 
Cabir ibn Həyyan  əd-
Əzdi  əs-Suft (721-
815) əslən Yəməndən 
olan  əczaçı  Həyyan 
əd-Əzdinin  ailəsində 
dünyaya  göz  açıb. 
Orta  əsrlərdə  onu 
Avropada Cabir 
adlandırırdılar. 
Əbu 
Abdulla Cabir ibn 
Həyyan tanınmış ərəb 
əlkimyaçısı, 
həkim, 
əczaçı, 
riyaziyyatçı, 
astronomdur. Cabir 
ibi  Hayyan bu elmləri 
İmam  Cəfər Sadiq (as) Həzrətlərinin  dərslərində 
iştirak etməklə öyrənmişdir. Modem kimyanın qurucusu 
Əbu  Abdulla  Cabir  ibn  Həyyan dünyavi elmləri kamil 
öyrənmiş  dahi  müsəlman alimidir, atomun kəşfindən 
min il qabaq onun parçalana biləcəyi barədə  ilk fikir 
söyləyən  elm  adamıdır.  Alim  ilk  dəfə  kimyada 
(əlkimyada) eksperimental üsullar tətbiq  etmiş  və 
müasir kimya elmində  indi də  geniş  istifadə  edilən bir 
sıra  kimyəvi prosesləri kəşf  etmişdir. Bunlardan xlorid 
və  nitrat  turşularının  sintezini,  kimyəvi məhsulların 
distilə  edilməsi və  kristallaşma  kimi  kimyəvi prosesləri 
misaı göstərmək mümkündür. O, təbiətdəki maddələrin 
saf  olmadığını  ifadə  etmiş  və  bunları  saflaşdıraraq  saf 
elementlər  əldə  etməyə  çalışmışdır.  Onun  ilk  dəfə əldə 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------83------------------------------------ 
 
etdiyi bir çox kimyəvi maddə  vardır.  Bunlara  misal 
olaraq  saf  kükürd  düzlarını,  naşatırı,  üstübeçi, 
cəhənnəm  daşını,  nitrat  turşusunu,  saç  yağını,  sulfat 
turşusunu, sirkə turşusunu və s. göstərmək olar. Alimin 
inkişaf 
etdirdiyi 
element 
anlayışına, 
tarazlıq 
nəzəriyyəsinə, icad etdiyi alət və  qurğulara  görə  onu 
“Kimyanın  atası”  adlandırmışlar.  Əbu  Abdulla  Cabir  ibn 
Həyyan tətbiqi fizika və  kimya, mədənlər, riyaziyyat, 
astronomiya, fəlsəfə  və  dinlər tarixi kimi çox müxtəlif 
sahələrə  aid yürlərlə  kitablar  yazmışdır.  Onun  kitabları 
Qərb ölkələri alimləri tərəfindən öz dillərinə  tərcümə 
edilmiş  və  uzun  illər  boyu istifadə  edilməklə 
mənimsənilmişdir.  Alimin  yazdığı  “Yetmiş  kitab”  əsəri 
ingilis dilinə tərcümə edilərək “Book of Seventy” adi ilə 
İngiltərənin bütün tədris müəssisələrində  uzun illər 
boyu dərlik kimi istifadə olunmuşdur. Alimin əsərlərinin 
böyük  bir  qismi  itmişdir.  27  əsəri  latın  və  alman 
dillərində Nümberq, Frankfurt və Strazburq şəhərlərində 
(1473-1710-cu illərdə) çap  edilmişdir.  Onun  əsərlərinin 
orijinalı  olduqca  mürəkkəb və  anlaşılmaz  qaydada 
yazılmışdır.  Bu sahə ilə məşğul olan mütəxəssislər belə 
güman edirlər ki, alim özü əsərlərini müəyyən 
şifrələrdən istifadə etməklə yazmışdır. Bəzi mənbələrdə 
qeyd edilir ki,  müasir günümüzə  qədər  bu  şifrələri 
açmaq  mümkün  olmamışdır.  XVII  əsrə  kimi kimya 
elmləri sahəsində onun səviyyəsinə heç bir alim yüksələ 
bilməmişdir.  Tarixçilər  yazırlar  ki,  Şərq və  Qərb elm 
dünyasında ona elmdə bərabər və onun elmi səviyyəsini 
aşan  bir  kimyaçı  yetişməmişdir.  Bununla  yanaşı  Qərb 
elmi onun əsərlərindən yüksək səviyyədə 


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə