Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə19/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------71------------------------------------ 
 
məntiqlərə nisbətən daha dəqiq və dürüst yazır (Aristotel 
məntiqi ikili (binar) məntiqdir, qeyri-müəyyənliyi, 
ümumiyyətlə, nəzərə almır). 
1996 və  1999-cu illərdə  Rusiyanın  strateji  təyinatlı 
raket 
qoşunları 
hərbi 
akademiyasının 
alimləri 
eksperimental yolla bu üç məntiqin  başqa  məntiqlərdən 
üstünlüyünü  isbat  etmiş  və  bu üç məntiq strateji səma 
obyektlərinin idarə  olunmasında  və  diaqnostikasında 
istifadə olunmuşdur. Alimin sonrakı elmi işləri postmodern 
hesablama və  informasiya  texnologiyalarının  sinerjisinə 
(qovuşmasına) əsaslanan və əsası dövrümüzün ən böyük 
elm  dühası  olan  professor  Lütfi  Zadə  tərəfindən qoyulan 
soft komputinq və  ədəd  əvəzinə, sözlə  hesablama  
nəzəriyyələrinin və  texnologiyalarının  yaranmasına  və 
inkişafına həsr olunub.  
Artıq  bir  neçə  ildir ki, “Zadə  irsi və  süni intellekt” 
Assosiasiyası fəaliyyət göstərir. Bu assosiasiya indi əsasən 
iki istiqamətdə iş aparır. 
Birincisi, qeyri-səlis məntiq, soft kompütinq, 
hesablama intellekti, sözlə  və  persepsiya ilə  hesablama 
sahəsində  hər il beynəlxalq konfranslar və  simpoziumlar 
təşkil  edir.  Bu  günədək  Almaniya,  İran,  Türkiyə,  İtaliya, 
İspaniya və başqa ölkələrdə 10-dan çox belə konfranslar 
təşkil olunub. 
İkincisi,  Azərbaycanda  assosiasiyanın  daimi  elmi 
seminarları  keçirilir  ki,  bu  seminarlarda  dünyanın,  o 
cümlədən Azərbaycanın  sanballı  alimləri  aldıqları  orijinal 
elmi nəticələrlə çıxış edirlər. 
Məlum  olduğu  kimi,  süni  intellektin  ən bariz 
nümunəsi olan 5-ci nəsil kompüterlər qeyri-səlis məntiqə 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------72------------------------------------ 
 
əsaslanır.  Qeyri-səlis məntiq  R.Əliyev  tərəfindən  obrazlı 
şəkildə  belə  izah olunur: Aristotel məntiqi ilə  mühakimə 
yürüdən  beyin  dünyanı  yalnız  ağ  və  ya qara rəngdə 
qavrayır,  Zadə  məntiqi isə  dünyanı  bütün  çalarları  ilə 
qavramağa  imkan  verir.  Çünki  Aristotel  məntiqi ikili 
məntiqdir, Zadə  məntiqi çoxmənalı  (kəsilməz qiymətli) 
məntiqdir.  Aristotelə  görə, bir müddəa  ya  doğru,  ya  da 
yalan ola bilər. Zadəyə görə, hər bir müddəanın doğruluq 
dərəcəsi  doğru  və  ya  yalan  arasında  (və  ya  sıfırla  bir 
arasında)  kəsilməz qiymətlər  alır.  Zadə  məntiqində  real 
həyatı  daha  dürüst  inikas  etmək qabiliyyəti var, bu 
məntiqdə  tolerantlıq  daha  çoxdur.  Aristotel  məntiqinə 
görə, bir adam  ya  dostdur,  ya  düşmən. Zadə  məntiqinə 
görə, dostla düşmən münasibətləri arasında sonsuz sayda 
münasibət dərəcəsi var (məsələn, neytral, çox yaxın dost 
və  s.). Formal məntiqi dildə  desək, Zadəyə görə, 0 ilə  1 
arasında çoxlu rəqəmlər vardır.  
Albert Eynşteyn  fizikada  inqilab  etdi,  klassik 
mexanika ilə kvant mexanikasının sərhədini göstərdi.  
Lütfi Zadə alternativ riyaziyyat (qeyri-səlis riyaziyyat) 
yaratdı.  
Elmin dili, qeyri-müəyyənlik ölçüsü dəyişdiyindən 
qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis riyaziyyat 
və  başqa  qeyri-səlis elmlər  yarandı.  Bu  gün  qeyri-səlis 
məntiq sahəsində 50-dən çox elmi jurnal nəşr olunur, hər 
il 100-dən  artıq  beynəlxalq konfrans və  simpoziumlar 
keçirilir. 
 
 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------73------------------------------------ 
 
Q E Y D L Ə R: 
 
Lütfi  Zadə   (ingiliscə Loti Zadeh; əsl  adı Lütfəli 
Rəhim  oğlu  Ələsgərzadə) 4 fevral 1921-ci ildə Bakının 
Novxanı  kəndində, Rəhim  Ələsgərzadə  və  yəhudi  əsilli 
rus  uşaq  həkimi  olan  Fanya  Koriman  Ələsgərzadənin
 
ailəsində  dünyaya gəlib. Lütfi ilk təhsilinə  Bakıdakı  16 
saylı  məktəbdə  başlayıb.  Orta təhsilini  tamamladıqdan 
sonra o, Tehran Universitetinin Elektrik mühəndisliyi 
fakültəsinə  daxil olub. 1944-cü ildə  Amerikaya köçüb. 
Təhsilini Massaçusets  Texnologiya  İnstitutunda davam 
etdirib. 1957-ci ildə  isə professor dərəcəsi  alıb.  Həmin 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------74------------------------------------ 
 
vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab 
olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniya 
ştatındakı Berkli Universitetinə gəlib. Burada ilk vaxtlar 
bir qədər çətinliklər çəkən  alim  sonralar  şəraitə 
uyğunlaşıb  və  bu günə  qədər də  Berkli Universitetinin 
professoru olaraq  qalır.  Azərbaycanlı alim  Lütfi Zadə, 
süni intelellekt sahəsində qeyri-səlis məntiq 
nəzəriyyəsinin banisi,   ömürlük  professor  seçilmiş 
yeganə  şəxsdir.  Amerikadakı  Azərbaycan diaspor 
təşkilatlarının  fəxri sədridir. Lütfi Zadə  bir çox xarici 
ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər 
cəmiyyətlərin və  fondların  mükafatlarına  layiq 
görülmüş,  medallarla  təltif  edilmişdir.  Onlarla  xarici 
dövlət və  ictimai təşkilatların  fəxri doktorudur. Lütfi 
Zadə  dünyada  əsərlərinə  ən çox istinad edilən 
alimlərdən  sayılır.  Təkcə 1990-2000-ci illərdə  onun 
əsərlərinə 
36000-dən 
çox 
istinad 
edilmişdir. 
Kaliforniyanın Berkli şəhərində  "İnformasiya  Texnologi-
yaları  üzrə  Zadə  İnstitutu"  yaradılmışdır.  Lütfi 
Zadə Azərbaycan Milli Elmlər 
Akademiyasının 
İnformasiya  Texnologiyaları  İnstitutunun  “İnformasiya 
texnologiyaları  problemləri” və  “İnformasiya  cəmiyyəti 
problemləri”  jurnallarının  fəxri  baş  redaktorudur.  Bu 
gün dünya elminə  Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi 
məlumdur.  Hazırda  onlar  elm  və  istehsalatda  geniş 
şəkildə  tətbiq  olunur.  Ona  dünya  şöhrəti  qazandıran, 
onun dünya elmində  inqilab hesab olunan qeyri-səlis 
məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın  əsası 
olan  ikili  çoxluq  anlayışına  yeni  ifadə  vermişdir: qeyri-
səlis çoxluq. Elmə  qeyri-səlis ölçünün daxil edilməsi 


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə