.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------75------------------------------------
təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-
müəyyənliyini daha adekvat nəzərə almağa imkan
yaradır. Aparıcı dünya şirkətləri tərəfindən tətbiq
olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır.
Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti
tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində
yapon alimlərinin diqqətini cəlb etmiş və yaponlar bu
unikal (nadir) nəzəriyyədən yararlanmaq qərarına
gəlmişlər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğan
ölkəyə milyardlar qazandırmışdır. Bu gün Yaponiyanın
"Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo",
"Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis
məntiq nəzəriyyəsinə
əsaslanan foto ve
videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi
təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların,
sənaye proseslərinin idarə olunmasında geniş istifadə
edirlər. Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq
nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın
elm adamlarına verdiyi ən yüksək mükafat – "Honda"
mükafatı ilə təltif olunub. Amerikalılar da bu
nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa
başlayıblar. Bu gün bu nəzəriyyə Amerikanın "General
Motors", "General Electric", "Motorola", "Dupont",
"Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda
geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən
iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə,
fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə
problemlərində də istifadə olunur. Qeyri-səlis məntiq
nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi
nəzəriyyə təklif etmişdir: "Təəssüratlar nəzəriyyəsi",
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------76------------------------------------
"Sistemlər nəzəriyyəsi", "Sözlə işləyən kompüter
nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi" və "Soft
kompyutinq". Lütfi Zadənin elmdə Z-çevirmə kimi
tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və
kommunikasiya sistemlərinin yaradılmasının əsasını
qoymuş elmi nəzəriyyədir. Onun məşhur vəziyyətlər
fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə
olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını
təşkil
edir.
ABŞ-ın Milli Kosmik Tədqiqatlar
Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə
sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.
Lütfi Zadənin qeyri-səlis məntiqini obrazlı şəkildə belə
izah etmək olar: "Aristotel məntiqi" ilə mühakimə
yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə
qavrayır, "Zadə məntiqi" isə dünyanı bütün çalarları ilə
qavramağa imkan verir. Çünki, "Aristotel məntiqi" ikili
(binar) məntiqdir, "Zadə məntiqi" çoxmənalı (kəsilməz
qiymətli) məntiqdir. Aristotelə görə, bir müddəa ya
doğru, ya da yalan ola bilər. Lütfi Zadəyə görə, hər bir
müddəanın doğruluq dərəcəsi doğru və ya yalan
arasında (və ya sıfırla bir arasında) kəsilməz qiymətlər
alır. "Zadə məntiqi"ndə real həyatı daha dürüst inikas
etmək qabiliyyəti var, bu məntiqdə tolerantlıq daha
çoxdur. Lütfi Zadə nəzəriyyəsi
riyaziy-
yatın, kibernetikanın, informatika və hesablama texno-
logiyasının inkişafı tarixində yeni bir dövr açmışdır. Bu
nəzəriyyə bütün dünyada elmə, texnika və
texnologiyaya geniş nüfuz etmişdir. Paltaryuyan
maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə,
minlərlə sistemdə, qurğuda öz tətbiqini tapmışdır.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------77------------------------------------
Getdikcə həmin nəzəriyyənin əməli gücü onun
mücərrəd mahiyyətini üstələmişdir. 2013-cü ilin 19-20
iyun tarixlərində Madrid şəhərində İspaniyanın BBVA
(Banco Bilbao Vizcaya Argentaria) fondunun elm və
mədəniyyət sahəsi üzrə təsis etdiyi mükafatların
təqdimetmə mərasimi keçirilib. Fond tərəfindən
İnformasiya-Kommunikasiya Texnologiyaları kateqori-
yasında Lütfi Zadə böyük məbləğdə mükafata layiq
görülüb.
Əliyev Rafiq Əziz oğlu (10 fevral 1942 - ci ildə
Ağdam şəhərinin Novruzlu kəndində anadan olmuşdur,
texnika elmləri doktoru, professor, AMEA-nın müxbir
üzvü,
Azərbaycan Dövlət Neft Akade-
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------78------------------------------------
miyasının “Avtomatlaşdılmış
idarəetmə
sistemləri
kafedrasının sabiq müdiri, MBA proqram direktoru,
ADNA, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, BBA
Proqram direktoru, "Zadə irsi və süni intellekt"
Assosiasiyasının prezidentidir. 1998-ci ildən indiyə kimi
Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Dövlət
Universitetinin
(Atlanta,
ABŞ)
MBA
proqram
direktoru, 2001-dən indiyə kimi isə bu universitetlərin
BBA proqram direktorudur. Azərbaycan və bir sıra xarici
ölkələrdə informatika və idarəetmə sahəsində elmi-
tədqiqat işlərinin təşkilində böyük rolu vardır.
Azərbaycanda, Rusiyada, Almaniyada və İranda 130-
dan çox elmlər namizədi, 25 elmlər doktoru
hazırlamışdır. Tələbələri hazırda təkcə Azərbaycanın
elm mərkəzlərində deyil, digər ölkələrdə də (ABŞ,
Almaniya, Türkiyə, Rusiya, İran və s.) fəaliyyət
göstərirlər. Bilavasitə rəhbərliyi və iştirakı ilə 1994-cü
ildən başlayaraq hər iki ildən bir Avropanın bir sıra
ölkələrində ″Qeyri-səlis sistemlərin tətbiqi″, 2000-ci
ildən başlayaraq hər iki ildən bir Özbəkstan
Respublikasının
Daşkənt
şəhərində
″Qeyri-səlis
sistemlərin tətbiqi və Soft Kompyutinq″, 2000-ci ildən
başlayaraq hər iki ildən bir Türkiyənin Antalya
şəhərində ″Sistem təhlilində, qərarqəbuletmə və
idarəetmədə sözlə işləyən kompüter və Soft
Kompyutinq″ üzrə beynəlxalq elmi konfranslar keçirilir.
İnformatika və idarəetmə, süni intellekt, qeyri-səlis
məntiq və Soft Kompyutingə həsr olunmuş 70-ə yaxın
kitabın, 350-dən çox elmi məqalənin müəllifidir.
Dostları ilə paylaş: |