Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə16/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------61------------------------------------ 
 
 
SÜNİ İNTELLEKT: MƏNŞƏYİ, 
İNKİŞAFI, MƏQSƏDİ, VƏZİFƏLƏRİ 
 
 
Süni intellekt dedikdə, insan məntiqi ilə  işləyən 
texniki sistemlərin  yaradılması  sahəsində  aparılan  elmi 
araşdırmalar  sistemi  nəzərdə  tutulur. Süni intellekt 
informatika, psixologiya, fəlsəfə, linqvistika, iqtisadiyyat, 
optimallaşdırma,  məntiq nəzəriyyəsi və  bir  sıra  başqa 
sahələrə 
əsaslanan tədqiqat sahəsi olmaqla, 
informatikanın xüsusi bölməsidir. Süni intellekt insan kimi 
düşünən və insan kimi qərar qəbul edə bilən texniki qurğu 
yaratmaq məqsədi daşıyır. 
İntellktə  malik  olan  maşınlar  və  digər  qurğular 
barədə yazılı məlumatlar hələ qədim yunan miflərində rast 
gəlinir.  Heron,  Əl-Cəzəri, Volfqanq von Kempelen, Cabir 
ibn Həyyan, Parasels və  başqa  ixtiraçılar  intellektə  malik 
avtomatlaşdırılmış maşınlar yaratmışlar. 
Süni  intellekt  düşüncəsinin  əsasını  təşkil  edən 
sillogizm  -  nəticələr nəzəriyyəsinin  əsasını  Aristotel 
qoymuşdur.  1275-ci ildə 
Raymond
 
Liull  ”Ars  Maqna”  adlı 
məntiq  aparatı  yaratmışdır.  Bu  aparat  xristianlıq  barədə 
verilən suala insan müdaxiləsi olmadan avtomatik olaraq 
cavab verə bilirdi. 
Müasir anlamda, süni intellekt ifadəsi ilk dəfə 1956-
cı ildə Con Makkarti tərəfindən işlədilmiş və süni intellekt 
”maşınları  intellektual  etmək elmi və  mühəndisliyi” kimi 
təyin edilmişdir. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------62------------------------------------ 
 
Raymond Lulliy 
(latınca  Raymundus 
Lillius, rus dilində 
isə  Raymond Lulliy, 
Raymon Lulliy, Ray-
mon Lull, Ramon 
Lyul) 1235-ci ildə 
Palma-de-Malorkada 
anadan  olmuşdur, 
1315-ci ildə  Palma- 
de-Malorkada 
dünyasını  dəyişmiş-
dir. Raymond Lulliy 
katalan  missioneri (missioner - 
xristianlığı  yaymaq  üçün  xristian  olmayan  xalqlar 
arasına göndərilən təbliğatçı), şair, fəlsəfəçi və teoloq, 
Orta  əsr  yahudi  icmasının  düşünən  nüfuzlu  şəxsidir. 
Lulliy Avropa ərəbşünası  və  kombinasiya ilə  məşğul 
olan şəxslərdən biri sayılırdı. 
Katalan (Valensi) dili roman dillərinin hindavropa 
ailəsinə daxildir və oksitano-roman altqruppuna aiddir. 
11 milyon insan bu dildə  danışır.  Katalan  torpağına 
İspaniya  (Katalan  avtonom  birliyi,  Valensiya,  Balear 
adaları),  Fransa  (Şərqi Pirenei departamenti), Andorre 
və İtaliya (Sardiniya adasındakı Alqero şəhəri) daxildir.     
 
Ümumiyyətlə, müasir süni intellektin yaranması 
1943-1956-cı illərə təsadüf edir. Belə ki, bu illərdə, daha 
doğrusu,  1943-cü ildə  Makkalok  (1898-1969)  və  Pits 
(1923-1969)  ”Sinir fəaliyyətinə  xas fikrin məntiqi 
hesablanması”,  1950-ci ildə  Tyurinq  ”Hesablama  maşını 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------63------------------------------------ 
 
və  intellekt” və  K.Şennon  (1916-2001)  ”Şahmat  oyunu 
üçün  kompüterin  proqramlaşdırılması”  adlı  əsərlərlə  çıxış 
etmişlər. 
Süni intellektin inkişafının 
birinci mərhələsi 1956-
1960-cı  illərin sonuna qədər olan dövrü əhatə  edir. Bu 
illərdə  Makkarti  ”LISP  –  süni  intellektin  proqramlaşdırma 
dili”,  A.Nyuell  (1927-1992)  və  H.A.Saymon  (1916-2001) 
”Məsələlərin universal həlledicisi (GPS)” (1961), Kullian 
”Biliklərin təqdim  olunması  üçün  semantik  şəbəkələr” 
(1966) və Minski “Biliklərin təqdim olunması (freym) üçün 
quruluş”  (1975)  adlı  tədqiqat  işlərini elmi ictimaiyyətin 
müzakirəsinə təqdim etmişlər. 
 
 
Allen Nyuell
 
 
Herbert Saymon
 
 
Allen Nyuell (ingiliscə  Allen Newell)  koqnitiv 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------64------------------------------------ 
 
psixologiya  (insan  psixikasının  idrak  prosesi)  və  süni 
intellekt sahəsində 
amerika alimidir. 
IPL 
proqramlaşdırma  dilinin  yaradılmasında, həmçinin 
Herbert Saymon ilə  müştərək olaraq 
Logic Theory 
Machine (1956) və   General Problem Solver (1957) 
proqramlaşdırma
  dillərinin  yaradılmasında  iştirak 
etmişdir.  1957-ci ildə  H.Saymon ilə  birlikdə  “Süni 
intellekt və 
insanın 
dərketmə 
mexanizminin 
psixologiyası” sahəsində apadıqları elmi işlərə görə Alan 
Tyurinq adına mükafata layiq görülmüşdür.   
Herbert Aleksander Saymon (ingiliscə  Herbert A. 
Simon) sosial, siyasi və  iqtisad elmləri sahəsində 
görkəmli amereika alimidir. Hyuell-Saymon hipotezinin 
yaradıcılarından biridir.
 
 
1960-cı  illərin  ortalarından  sonunadək sözügedən 
inkişafın 
ikinci mərhələsi  sayılan  ”Qeyri-səlis çoxluqlar 
və  qeyri-səlis məntiq”  ideyaları  meydana  çıxdı.  Belə  ki, 
1965-ci ildə Lütfi Zadənin ”Qeyri-səlis çoxluqlar” və 1969-
cu ildə ”Qeyri-səlis alqoritmlər” adlı elmi işləri və 1977-ci 
ildə Mamdani tərəfindən hazırlanmış ”Qeyri-səlis məntiqin 
linqvistik sintezin köməyi ilə təqribi müakimələrdə tətbiqi” 
mövzusunda elmi əsəri çap edildi. 
Üçüncü mərhələ  -  süni  neyron  şəbəkələrin 
yaranması  (1965-ci il və  sonra)  –  C.C.Hopfildin  (1933-
1982)  ”Neyron  şəbəkələr” (1982), T.K.Koxonenin  ”Özü 
düzələn topoloji xəritələr” (1982), D.Rumelhart  (1942-
2011)  və  D.K.Makklellandın  (1917-1998)  “Verilənlərin 
paralel email” (1986) adlı əsərləri ilə gerçəkləşmiş oldu. 


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə