Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə38/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------153------------------------------------ 
 
bəzən hərəkət (iş, fəaliyyət, təsir) kimi mənalandırıla bilir 
ki, bu da implikasiya produksiyasından  əhəmiyyətli 
dərəcədə fərqlənir. 
Aşağıdakı 2 misala baxaq: 
1.Avadanlığın 
istismarı 
sahəsindən qayda-
produksiya:  “Əgər  qazın  temperaturu 
  Т  ≥  30°  С  və 
təzyiqi 49⋅10
4
 Pа-dırsa, onda rejim pozulub, buna görə də 
sərinkeşi qoşmaq və mayeli nasosu söndürmək lazımdır”. 
2.DENDRAL sisteminin produksiyasına misal: 
 
 
,
)
(
)
(
)
(
)
(
4
4
3
3
2
2
1
1
B
x
P
x
P
x
P
x
P




 
 
Burada: 
х
i
 (i = 1, 2, 3, 4) — atom ədədinin elektrik 
yükünə  nisbəti; 
Р
1
,  Р
2
,  Р

—  spektroqramdakı  yüksək 
piklər;  Р
4
  —  spektroqramdakı  hər  hansı  başqa  pikdir. 
Əgər 
x
1
 = 71, 
x
2
 = 43, 
x
3
 = 86 və 
x
4
 = 58 olarsa, onda 
tədqiq edilən maddədə η — propilikten-3 maddəsi iştirak 
etməlidir. 
Əgər produksion sistem barədə danışarkən istifadəçi 
nəzərə  alınmırsa,  onda  bu  sistem  3  moduldan (blokdan) 
ibarət  proqram  sistemi  kimi  çıxış  edir.  Həmin modullar 
müxtəlif cür adlanır: 

 
Qlobal verilənlər bazası (sadəcə baza, və ya B-modul); 

 
Qayda-produksiyalar çoxluğu (P-modul); 

 
İdarəetmə sistemi (İ-modul). 
Bu modullar arasındakı əlaqə aşağıdakı kimi dinamik 
produksion sistem yaradır: 
 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------154------------------------------------ 
 
 
 
 
 
Şəkil 3. Produksion sistem – dinamik sistem kimi 
Qlobal  verilənlər  bazası  (B-modul) ümumi qəbul 
olunmuş  anlamda  olan  verilənlər  bazası  kimi  başa 
düşülməməlidir. Bu, (B-modul), daha çox əsas  verilənlər 
bazasının hər  hansı  bir  işçi  zonasıdır  ki,  buna  da  qayda-
produksiyaların  təsiri  altında  özünün
  х(t) vəziyyətini 
dəyişən dinamik sistem kimi baxılır. 
Qayda-proquksiyalar (P-modul)  çoxluğu  sistemin 
biliklər bazasını təşkil edir. İdarəetmə sistemi (İ-modul) P-
moduldan müəyyən strategiya üzrə  lazımi  produksiyaları 
seçib qlobal verilənlər  bazasına  (B-modula) təsir edərək 
onu 
х(t) vəziyyətindən  х(t+1) vəziyyətinə  keçirir. 
Produksion sistem ya terminal vəziyyətinə  gələnədək 
işləyir,  ya  da  verilmiş  situasiyada  lazımi  produksiyanın 
olmaması  üzündən dayana bilmir. Terminal vəziyyəti 
məsələnin həllinin  başa  çatdığını  ifadə  edə  bilər. Lakin 
əgər terminal vəziyyəti  əvvəlcədən təyin  edilmiş 
taktlardan az olan vəziyyəti  əks etdirərsə, bu o demək 
olacaq ki, produksion sistem məsələni həll edə 
bilməmişdir.  İdarəetmə  sistemi  (İ-modul) üçün qolbal 
verilənlər bazasının (B-modulun) 
х(t) vəziyyəti ilə terminal 
vəziyyəti  arasındakı  fərq təsir stimuludur. Yəni, B-
İ-modul 
P-modul 
B-modul 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------155------------------------------------ 
 
modulun 
х(t) vəziyyəti terminal vəziyyətinə  çevrilənədək 
İ-modulun təsiri altından çıxa bilmir. 
Beləliklə, proquksion sistemin fəaliyyətini formal 
şəkildə aşağıdakı kimi yazmaq olar: 
 
х (t+1) = f (х(t), u(x)). 
 
Burada: 
u
i
  ∈  U, U —  qayda-produksiyalar 
çoxluğudur. 
İndi  də  nümunə  üçün “Səkkiz” oyununu nəzərdən 
keçirək. 
Bu oyunda qlobal verilənlər  bazasının (B-modulun) 
vəziyyəti 3×3 ölçülü 9 xanada yerləşən nömrələnmiş  8 
fişkanın (fişka -müxtəlif oyunlarda işlənən daş, marka və 
i. a.)  cari yerləşməsindən ibarətdir. Bu halda, qayda-
produksiyalar  kimi  boş  xananın  hər  hansı  fişka  ilə 
yerdəyişməsindən ibarət olan alternativlər çıxış edəcəkdir. 
Əgər  boş  xana  kvadratın  mərkəzindədirsə,  fişkalarla 
yerdəyişmə alternativi 4, qıraqdadırsa -3 olacaqdır.  
Bu halda qlobal verilənlər  bazasının (B-modulun) 
х(t) vəziyyəti nömrəli  fişkaların  kvadratdakı  cari 
yerləşməsi  olacaqdır.  Dəyişmələrin tam mənzərəsini  “VƏ 
YA” qraf-ağacı  ilə  təsvir etmək olar ki, burada da qraf 
təpələri sistemin hər vəziyyətdən bütün alternativlərdən 
istifadə  edərək  keçdiyi bütün vəziyyətləri göstərəcəkdir. 
Əgər indi müəyyən idarəetmə  strategiyası  -
  U:(х) 
seçilərsə, onda qrafda məqsəd (hədəf) təpəsinə  aparan 
yeganə  yol  əmələ  gələr. Bu halda strategiya öz yerində 
olmayan fişkaların üzərindəki nömrələrin cəmindən ibarət 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------156------------------------------------ 
 
olacaqdır.  Hər dəfə  boş  xananın  yerini  elə  dəyişmək 
lazımdır  ki,
  U:(х)  azalsın  və  ya  artmasın.  Bu  strategiya 
qrafda ilk vəziyyətdən məqsəd vəziyyətinə  4  aralıq 
vəziyyətdən keçib gedən yeganə yolu göstərir. 
İndi  isə  kommivoyajör  (xarici ölkələrdə  ticarət 
agenti) məsələsinə baxaq. Fərz edək ki, ticarət agentinin 
marşrutu  ABCDE  kimi  5  şəhərdən keçir. Bu halda qlobal 
verilənlər  bazasının (B-modulun) 
х(t) vəziyyəti  t 
məqamına  agentin  gəldiyi  şəhərlərin  cari  siyahısı 
olacaqdır.  Başlanğıc  vəziyyəti 
х(0)  =  А,  məqsəd (hədəf) 
vəziyyəti isə  
х(5)  =  А  olacaqdır.  Çünki  agent  bütün 
şəhərləri gəzdikdən sonra A məntəqəsinə  qayıtmalıdır. 
Bütün hərəkət alternativlərinin nəzərdən keçirilməsi 
məqsəd təpələrinin  sayı  4!=24  olan  “VƏ  YA”  qrafına 
gətirib  çıxarır.  Əgər hər  hansı  strategiya, məsələn, hər 
dəfə  yaxın  şəhərə  getmək  strategiyası  seçilərsə, onda 
qrafda ABCDE təpələrinə  müvafiq yeganə  yol 
yaranacaqdır. 
Baxdığımız  hər iki məsələdə  seçilmiş  strategiyada 
qayda-produksiya 
β
α

  şəklində  olacaqdır.  Yəni, bu 
qayda-produksiya  -  “əgər 
t  addımında  cari  vəziyyətlə 
məqsəd vəziyyəti arasındakı fərq α-dırsa, onda β qərarını 
qəbul et” -  şəklində  olacaqdır.  Əgər hər bir vəziyyətdə 
bütün 
n  idarəetmə  alternativlərindən istifadə  edilibsə  və 
buna  uyğun  “VƏ  YA”  qrafı  qurulubsa,  onda  produksiya  
.
2
1
n
β


β

β

α

 şəklində təsvir ediləcəkdir. 
Lakin heç də həmişə qrafda yeganə yol təmin edən 
strategiya seçmək mümkün olmur. Bu halda qrafın eninə 
və dərininə, əgər lazımdırsa, əvvəlki vəziyyətə qayıtmaqla, 


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə