Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə175/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   171   172   173   174   175   176   177   178   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
188 
Ümumiyyətlə, hər bir əməliyyat seqmentinin fəaliyyəti, maliyyə 
nəticələri, proqnozlaşdırma və seqmentin planları məqsədilə cavabdeh olan 
və bunlar barədə baş qərar qəbul edən şəxsə mütəmadi olaraq məruzə edən 
idarəedici şəxs vardır. Belə şəxsə 
“Seqment meneceri”
deyilir. 
“Seqment 
meneceri”
termini xüsusi vəzifəli şəxsi yox, funksiyanı bildirir. Baş qərar 
qəbul edən şəxs, həmçinin bəzi əməliyyat seqmentlərinin seqment meneceri 
ola bilər. 
Paraqrafın əvvəlində qeyd etdiyimiz xüsusiyyətlər seqment menecer-
lərinin cavabdeh olduğu iki və daha artıq müəssisə komponentinə tətbiq 
oluna bilər. Baş qərar qəbul edən şəxs hər iki komponent toplusunun 
əməliyyat nəticəsini və hər ikisi üçün əldə oluna bilən maliyyə məlumatını 
təhlil edir. Bu halda müəssisə 34№-li Standarta istinad edərək, əməliyyat 
seqmentlərinin hansı komponentlər toplusu tərəfindən təyin edildiyini 
müəyyən edir. 
12.3. Seqment hesabatlarında cəmlənmə meyarları
və kəmiyyət hüdudları 
Əməliyyat seqmentləri tez-tez eyni iqtisadi xassələri olduğu halda
eyni uzunmüddətli maliyyə nəticələrini nümayiş etdirir. Misal üçün, iqtisadi 
xassələri eyni olduğu halda, iki əməliyyat seqmentinin satışının malların 
maya dəyərinə uzunmüddətli ümumi nisbətlərinin eyni olması təxmin edilə 
bilər. 
Cəm, bu Standartın əsas prinsiplərinə uyğun gəldiyi halda, iki və daha 
çox əməliyyat seqmenti bir seqment şəklində cəmlənə bilər. Bunun üçün 
seqmentlər eyni iqtisadi xassələrə və aşağıdakı xüsusiyyətlərə malik olma-
lıdır: 

mal və xidmətlərin təbiəti; 

istehsal mərhələlərinin təbiəti; 

mal və xidmətlərin müştərilərinin növü və sinfi

malların paylanması və ya xidmətlərin göstərilməsi üsulları; 

uyğun olan halda tənzim edən ətraf mühitin təbiəti: məsələn, bank, 
sığorta və ya ictimai müəssisələr. 
Müəssisə, aşağıdakı kəmiyyət hüdudlarında olan əməliyyat seqmentlə-
rinin məlumatları haqqında ayrıca hesabat verməlidir: 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə