Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə183/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   179   180   181   182   183   184   185   186   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
198 
Ə
LAV
Ə
L
Ə
R
 
 
Ə
lav
ə
1
.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 
Qanunu 
Əlavə 2.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasi 
Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 
Fərmanı 
Əlavə 3.
Azərbaycan Dövlət Neft Şirkətinin 31 dekabr 2014-cü il 
tarixə Konsolidasiya Edilmiş Maliyyə Hesabatları


Sifariz Səbzəliyev
 
199 
Əlavə 1
“MÜHASİBAT UÇOTU HAQQINDA”
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 
I Fəsil. Ümumi müddəalar 
Maddə 1. Qanunun təyinatı 
1.1. Bu Qanun mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq 
Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, 
habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki 
şəxslər (bundan sonra mətndə - mühasibat uçotu subyektləri adlandırılacaq) 
tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə 
hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını tənzimləyir.
1.2. Azərbaycan Respublikasının ərazisində qanunla nəzərdə tutulmuş 
hallar istisna olmaqla icra hakimiyyəti orqanları və büdcədənkənar dövlət 
fondları tərəfindən onların səlahiyyətləri daxilində işlənib hazırlanmış 
mühasibat uçotu ilə əlaqədar bütün normativ-hüquqi aktlar, habelə, tövsiyə 
xarakteri daşıyan sənədlər müvafiq icra hakimiyyəti orqanı ilə razılaş-
dırılaraq, təsdiq edildikdən sonra tətbiq edilə bilər. 
Maddə 2. Əsas anlayışlar 
2.1. Bu Qanunda istifadə edilmiş anlayışlar aşağıdakı mənaları ifadə edir: 
2.1.1. Uçot qaydaları – bu Qanuna əsasən maliyyə hesabatlarını Milli 
Mühasibat Uçotu Standartlarına müvafiq hazırlamalı olan mühasibat uçotu 
subyektləri üçün ilkin sənədlərin və uçot registrlərinin formasını müəy-
yənləşdirən qaydalardır. 
2.1.2. Qrup – əsas təsərrüfat cəmiyyəti (ortaqlığı) və onun bütün törəmə 
cəmiyyətləridir. 
2.1.3. Maliyyə hesabatlarının beynəlxalq standartları – Mühasibat 
Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən işlənib hazırlanmış, 
qəbul və ya təsdiq olunmuş Mühasibat Uçotunun Beynəlxalq Standartları, 
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Şərhlər üzrə Daimi 
Komitənin şərhləri, habelə Maliyyə Hesabatları Şərhi üzrə Beynəlxalq 
Komitənin müvafiq şərhləridir. 
2.1.4. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları – 
Mühasiblərin Beynəlxalq Federasiyasının İctimai Sektor üzrə Komitəsi 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə