Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə186/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   182   183   184   185   186   187   188   189   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
202 
məsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla 
Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilir.
Maddə 5. Mühasibat Uçotu üzrə Məsləhət Şurası 
5.1. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən 
müvafiq icra hakimiyyəti orqanına mühasibat uçotu və maliyyə hesabatı 
sahəsində məsləhətlər vermək məqsədilə Mühasibat Uçotu üzrə Məsləhət 
Şurası yaradılır. 
5.2. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən 
müvafiq icra hakimiyyəti orqanı Maliyyə hesabatlarının beynəlxalq stan-
dartlarının və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Stan-
dartlarının tətbiqi, Milli mühasibat uçotu standartlarının hazırlanması və 
Azərbaycan Respublikasında mühasibat uçotunun inkişafına dair mühüm 
məsələlər üzrə qərar qəbul etməzdən əvvəl Mühasibat Uçotu üzrə Məsləhət 
Şurası ilə məsləhətləşməlidir.
5.3. Mühasibat Uçotu üzrə Məsləhət Şurası Maliyyə Hesabatlarının 
Beynəlxalq Standartlarının və İctimai Sektor üçün Mühasibat Uçotunun 
Beynəlxalq Standartlarının tətbiqində maraqlı olan təşkilatların və şəxslərin 
Milli Mühasibat Uçotu Standartlarının hazırlanması prosesində iştirakını 
təmin etməklə dövlət hakimiyyəti orqanlarının, kommersiya və qeyri-
kommersiya təşkilatlarının, mühasib peşəsini təmsil edən mütəxəssislərdən 
və tədris müəssisələrinin nümayəndələrindən ibarət olmalıdır.
5.4. Mühasibat Uçotu üzrə Məsləhət Şurasının bütün üzvləri Maliyyə 
Hesabatlarının Beynəlxalq Standartları və İctimai Sektor üçün Mühasibat 
Uçotunun Beynəlxalq Standartları haqqında əsaslı biliklərə malik olan 
mütəxəssislərdən seçilməlidir. 
5.5. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən 
müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri Mühasibat Uçotu üzrə 
Məsləhət Şurasının tərkibinə sədr və ya üzv kimi daxil edilə bilməzlər. 
5.6. Mühasibat Uçotu üzrə Məsləhət Şurasının Nizamnaməsi, sədri və 
üzvləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 
5.7. Mühasibat Uçotu üzrə Məsləhət Şurasının maliyyələşdirilməsi 
mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq 
icra hakimiyyəti orqanının büdcəsindən ayırmalar və qanunvericiliklə 
qadağan olunmayan digər mənbələr hesabına təmin edilir. 

Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə