Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə188/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   184   185   186   187   188   189   190   191   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
204 
etməzdən əvvəl dəyişiklik etmək zəruriyyəti yaranarsa, müvafiq icra haki-
miyyəti orqanı tərəfindən İctimai Sektor üçün Mühasibat Uçotunun Bey-
nəlxalq Standartlarının ilkin formasının tətbiq edilməməsinin səbəbi və 
Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları ilə İctimai 
Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları arasında mövcud 
olan hər hansı digər fərq müvafiq Milli Mühasibat Uçotu Standartlarının 
əlavəsində açıqlanmalıdır; 
6.0.4. Bu Qanunun 13.2-ci maddəsində göstərilmiş mühasibat uçotu 
subyektləri tərəfindən istifadə edilmək məqsədilə müvafiq icra hakimiyyəti 
orqanının qəbul etdiyi Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat 
Uçotu Standartları. 
Maddə 7. Milli Mühasibat Uçotu Standartlarının hazırlanması və 
qəbul edilməsi 
7.1. Mühasibat Uçotu üzrə Məsləhət Şurasının tövsiyəsi ilə mühasibat 
uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra 
hakimiyyəti orqanı yeni Milli Mühasibat Uçotu Standartlarının və ya möv-
cud olan Milli Mühasibat Uçotu Standartlarına düzəlişin ilkin layihəsinin 
dərc olunmasını və bütün maraqlı tərəflərdən 60 gün ərzində həmin layihəyə 
dair rəylərin alınmasını təşkil edir. 
7.2. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən 
müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 7.1-ci maddəsində qeyd 
olunan rəylərin nəzərdən keçirilməsi nəticəsində təklif edilən ilkin layihənin 
qəbul edilməsi barədə qərar verir. Mühasibat uçotu sahəsində dövlət 
tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı yeni Milli 
Mühasibat Uçotu Standartlarını və ya mövcud olan Milli Mühasibat Uçotu 
Standartlarına düzəlişi ilkin layihədə dərc edildiyi kimi təsdiq etdikdə, 
həmin standartların və ya düzəlişin qüvvəyə minməsi tarixini müəyyən edir. 
7.3. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən 
müvafiq icra hakimiyyəti orqanı ilkin layihəyə dəyişikliklər etmək qərarına 
gəldikdə, yeni Milli Mühasibat Uçotu Standartlarının və ya mövcüd olan 
Milli Mühasibat Uçotu Standartlarına düzəlişin dəyişdirilmiş layihəsini 
hazırlayır və təsdiq edir, həmin standartların və ya ona düzəlişin qüvvəyə 
minməsi tarixini müəyyən edir. 
7.4. Təklif edilən ilkin layihənin düzəlişlə birlikdə və ya düzəlişsiz təsdiq 
edilməsi zamanı mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə