Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə196/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   190   191   192   193   194   195   196   197   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
213 
1.1.3.4. 18.3-ci maddəsinə müvafiq olaraq Milli Mühasibat Uçotu 
Standartları bütövlükdə qüvvəyə minənədək hazırlanmış Milli Mühasibat 
Uçotu Standartlarının mərhələlərlə tətbiqi müddətlərini müəyyən etsin; 
1.2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 
18.4-cü maddəsinə müvafiq olaraq 2008-ci il 1 yanvar tarixinə qədər 
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uço-
tunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiy-
yətli qurumların siyahısını hazırlayıb Azərbaycan Respublikası Prezi-
dentinin İcra Aparatı ilə razılaşdırmaqla təsdiq etsin; 
1.3. öz səlahiyyətləri daxilində «Mühasibat uçotu haqqında» Azərbaycan 
Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin; 
1.4. səlahiyyətlərinə aid edilən məsələlərin icrası barədə Azərbaycan 
Respublikasının Prezidentinə məlumat versin. 
2. Müəyyən edilsin ki: 
2.1. «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun 
1.2-ci, 2.1.5-ci, 2.1.6-cı, 2.1.7-ci, 4.2-ci, 4.3-cü, 4.4-cü. 5.1-ci, 5.2-ci, 5.5-ci, 
5.7-ci, 6.0.2-ci (birinci və ücüncü cümlələrdə), 6.0.3-cü (birinci və ücüncü 
cümlələrdə), 6.0.4-cü, 7.1-ci, 7.2-ci (birinci və ikinci cümlələrdə),7.3-cü, 
7.4-cü (birinci və ikinci cümlələrdə), 7.5-ci, 12.2-ci (birinci və ikinci 
cümlələrdə) və 14.1-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra haki-
miyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə 
Nazirliyi həyata keçirir; 
2.2. həmin Qanunun 2.1.9-cu, 5.6-cı (Mühasibat Uçotu üzrə Məsləhət 
Şurasının tərkibinin təsdiq edilməsi hissəsində), 10.2-ci, 18.3-cü, və 18.4-cü 
maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın 
səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata 
keçirir; 
2.3. həmin Qanunun 1.2-ci və 4.3.3-cü maddələrində nəzərdə tutulmuş 
“icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini mərkəzi icra hakimiyyəti 
orqanları həyata keçirir; 
2.4. həmin Qanunun 5.6-cı maddəsində (Mühasibat Uçotu üzrə Məsləhət 
Şurasının Nizamnaməsinin təsdiq edilməsi hissəsində) nəzərdə tutulmuş 
“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan 
Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. 
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki: 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə