Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə191/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   187   188   189   190   191   192   193   194   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
207 
sabatları Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Stan-
dartlarına uyğun tərtib edirlər.
10.4. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri 
istisna olmaqla, bir və ya daha çox törəmə cəmiyyətlərə malik olan kom-
mersiya təşkilatları, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını 
aşağıda göstərilən dörd şərti bütövlükdə yerinə yetirdikdə tərtib etməyə 
bilər: 
10.4.1. qurum törəmə cəmiyyət olduqda və onun bütün mülkiyyətçiləri 
(iştirakçıları, səhmdarları), səsvermə hüququ olmayanlar da daxil olmaqla, 
birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməməsi 
üzrə yekdilliklə razılığa gəldikdə; 
10.4.2. qurumun qiymətli kağızları açıq şəkildə satılmadıqda; 
10.4.3. qurum açıq bazara qiymətli kağızları buraxmadıqda;
10.4.4. qurumun bilavasitə və ya son nəticədə tabe olduğu əsas cəmiyyət 
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Kommersiya 
Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun birləşdirilmiş 
(konsolidə edilmiş) maliyyə hesabatlarını bu Qanunun 12-ci maddəsinin 
tələblərinə müvafiq olaraq dərc etdirdikdə.
Maddə 11. Kommersiya təşkilatlarının maliyyə hesabatları üçün 
hesabat dövrü
11.0. Kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı 
hesabat dövrləri müəyyən edilir: 
11.0.1. İl ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uço-
tunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə 
müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr 
ayının 31-i də daxil olmaqla; 
11.0.2. Oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun 
subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən 
edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr 
ayının 31-i də daxil olmaqla; 
11.0.3. Digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar 
ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. 

Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə