Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə189/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   185   186   187   188   189   190   191   192   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
205 
keçirən müvafiq icra hakimiyyəti orqanı həmin ilkin layihənin Maliyyə 
Hesabatlarının Beynəlxalq Standartlarına və ya İctimai Sektor üçün 
Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğunluğunu və Mühasibat 
Uçotu üzrə Məsləhət Şurasının tövsiyəsini nəzərə alır. Qəbul edilən Milli 
Mühasibat Uçotu Standartları və ya Milli Mühasibat Uçotu Standartlarına 
düzəliş Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarından, İctimai Sektor 
üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarından və ya Mühasibat 
Uçotu üzrə Məsləhət Şurasının tövsiyəsindən fərqli olduqda, mühasibat 
uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra 
hakimiyyəti orqanı Milli Mühasibat Uçotu Standartlarının və ya Milli 
Mühasibat Uçotu Standartlarına düzəlişin qəbul edilməsinə dair qərarın 
əlavəsində bu fərqləri göstərməli və onun səbəblərini açıqlamalıdır. 
7.5. Milli Mühasibat Uçotu Standartlarının hazırlanması və qəbul edil-
məsi qaydaları mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata 
keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 
 
IV Fəsil. Kommersiya təşkilatlarının maliyyə hesabatları 
Maddə 8. İctimai əhəmiyyətli qurumların maliyyə hesabatlarının 
tərtib edilməsi 
8.1. Bütün ictimai əhəmiyyətli qurumlar bu Qanuna əsasən tələb olunan 
maliyyə hesabatlarını yalnız Maliyyə Hesabatlarının Beynəlxalq Standart-
larına uyğun olaraq tərtib edirlər.
8.2. Bir və ya daha çox törəmə cəmiyyətə malik olan hər hansı ictimai 
əhəmiyyətli qurum hüquqi şəxs kimi hazırladığı maliyyə hesabatından əlavə 
olaraq, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun birləş-
dirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları tərtib etməlidirlər. 
8.3. İctimai əhəmiyyətli qurum birləşdirilmiş (konsolidə edilmiş) maliyyə 
hesabatlarını aşağıda göstərilən dörd şərti bütövlükdə yerinə yetirdikdə 
tərtib etməyə bilər: 
8.3.1. qurum törəmə cəmiyyət olduqda və onun bütün mülkiyyətçiləri 
(iştirakçıları, səhmdarları), səs vermə hüququ olmayanlar da daxil olmaqla, 
birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməməsi 
barədə yekdilliklə razılığa gəldikdə;
8.3.2. qurumun qiymətli kağızları açıq şəkildə satılmadıqda; 
8.3.3. qurum açıq bazara qiymətli kağızları buraxmadıqda;



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə