Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ


II Fəsil. Mühasibat uçotu sahəsində tənzimlənmə



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə185/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   181   182   183   184   185   186   187   188   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

 
II Fəsil. Mühasibat uçotu sahəsində tənzimlənmə 
Maddə 4. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi 
4.1. Azərbaycan Respublikasında mühasibat uçotu sahəsində dövlət 
tənzimlənməsinin əsas məqsədi kommersiya təşkilatları üçün Maliyyə 
hesabatlarının beynəlxalq standartlarını və onlara əsaslanan Milli Mühasibat 


Sifariz Səbzəliyev
 
201 
Uçotu Standartlarını, qeyri-kommersiya təşkilatları üçün isə İctimai Sektor 
üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsaslanan Milli 
Mühasibat Uçotu Standartlarını hazırlamaqla və tətbiq etməklə ölkədə 
mühasibat uçotunun beynəlxalq standartlar əsasında inkişaf etdirilməsini və 
maliyyə hesabatlarında şəffaflığı təmin etməkdən ibarətdir. 
4.2. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
4.3. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən 
müvafiq icra hakimiyyəti orqanı: 
4.3.1. Maliyyə hesabatlarının beynəlxalq standartlarının və İctimai Sektor 
üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Azərbaycan dilinə 
tərcüməsini və Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası, 
Mühasiblərin Beynəlxalq Federasiyası və ya digər aidiyyəti orqanlardan bu 
tərcümələrin Azərbaycan dilinə Maliyyə Hesabatlarının Beynəlxalq Stan-
dartlarının və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq 
Standartlarının rəsmi mətnləri kimi təsdiq edilməsini təşkil edir; 
4.3.2. Milli Mühasibat Uçotu Standartlarını, Milli Mühasibat Uçotu 
Standartlarının Tətbiqi üzrə Şərhləri, Tövsiyələri və Uçot Qaydalarını 
işləyib hazırlayır və təsdiq edir; 
4.3.3. İcra hakimiyyəti orqanlarının və büdcədənkənar dövlət fondlarının 
səlahiyyətləri daxilində onlar tərəfindən işlənib hazırlanmış mühasibat uçotu 
sahəsində normativ-hüquqi aktların və tövsiyə xarakteri daşıyan sənədlərin 
tətbiq edilməsinə razılıq verir; 
4.3.4. Maliyyə hesabatlarının beynəlxalq standartlarında və İctimai 
Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarında dəyişikliklərin 
izlənilməsi və bu dəyişikliklərin Milli Mühasibat Uçotu Standartlarında 
vaxtlı-vaxtında əks olunması məqsədilə Mühasibat Uçotunun Beynəlxalq 
Standartları Şurası və Mühasiblərin Beynəlxalq Federasiyasının İctimai 
Sektor üzrə Komitəsi ilə əməkdaşlıq edir; 
4.3.5. Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması 
qaydalarını hazırlayır və təsdiq edir; 
4.3.6. Milli mühasibat uçotu sisteminin təkmilləşdirilməsi məqsədilə
peşəkar mühasib təşkilatları ilə əməkdaşlıq edir. 
4.4. Kredit təşkilatlarında mühasibat uçotu qaydaları və hesabatların 
forma, məzmunu və dövriliyi mühasibat uçotu sahəsində dövlət tənzimlən-



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə