Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə181/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   177   178   179   180   181   182   183   184   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
196 

şirkətin assosiasiyalı şirkətin və birgə müəssisənin mənfəət və yaxud 
zərərində payı; 

mənfəət vergisi üzrə xərclər (yaxud gəlirlər); 

amortizasiyadan fərqlənən əhəmiyyətli qeyri-pul maddələri (o cümlədən 
qeyri-maddi aktivlər). 
Müəssisə hər bir hesabat seqmenti üzrə hesabatda faiz gəlirindən ayrıca 
faiz xərclərini verməlidir. Seqment gəlirlərinin böyük hissəsi faizlər və 
əməliyyat qərarlarını qəbul edən məsul şəxslər hesabına alındığı hallarda 
istisnalara yol verilir.
Belə hallarda müəssisə, hesabatda faiz xərclərini çıxmaqla, seqmentin 
faiz gəlirlərini təqdim edə bilər. Bu zaman müvafiq hesablamaların aparıl-
ması faktı açıqlanır.
Əgər konkret məbləğlər əməliyyat qərarlarını qəbul edən şəxslərin 
nəzərdə tutduğu seqmentin aktivlərinin göstəricilərinə daxil edilmişdirsə, 
onda müəssisə hər bir hesabat seqmenti üzrə aşağıdakı informasiyaları 
açıqlamalıdır: 

payla iştirakın əsasını təşkil edən assosiasiyalı şirkətə və birgə 
müəssisəyə qoyulan investisiyalar;

satın alınan dövriyyədənkənar aktivlərin məbləği (maliyyə alətləri, təxirə 
salınan vergi aktivləri, sığorta müqavilələri üzrə meydana çıxan pensiya 
aktivləri və hüquqları istisna olmaqla). 
Müəssisə hesabatda məhsulların və xidmətlərin hər bir növü, yaxud 
oxşar məhsulların və xidmətlərin hər bir qrupu üzrə kənar müştərilərə 
satışdan alınan gəlirləri təqdim etməlidir. Belə informasiyaların olmadığı və 
yaxud onların hazırlanmsı çox böyük xərclər hesabına başa gəldiyi hallar 
istisnalıq təşkil edir. Bu hallarda müvafiq faktların açıqlanması zərurətə 
çevrilir. 
Hesabatda verilən gəlirin məbləği müəssisənin maliyyə hesabatının 
hazırlanması üçün istifadə edilən maliyyə informasiyalarına əsaslanmalıdır. 
Müəssisə, hesabatda aşağıdakı coğrafi informasiyaları təqdim etməlidir 
(belə informasiyaların olmadığı və yaxud onların hazırlanması çox böyük 
xərclər hesabına başa gəldiyi hallar istisna olunur): 

xarici şirkətlərə satışdan alınan gəlirlər, o cümlədən: şirkətin qərar-
laşdığı ölkədə satışdan alınan və şirkətin bütün digər xarici ölkələrdə 
satışdan aldığı gəlirlər (ümumi göstərici); 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə