Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə178/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   174   175   176   177   178   179   180   181   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
191 
Seqment hesabatının ilkin və təkrar formatlarının formalaşması
təsərrüfat və coğrafi seqmentləri əmələ gətirən amillərdən asılı olaraq, 
başlıca surətdə risklərin və mənfəətin ölçüsünə istinad edir. 
Şirkətlərin işində rentabellikdən və əsas risklərdən asılı olaraq, 
informasiyaların təqdim olunması üçün ilkin format təsərrüfat seqmentlərinə 
təhkim edilməlidir. Belə bir şəraitdə təkrar format coğrafi seqmentlərə 
təhkim olunur. 
Əgər şirkətin rentabellik norması və əsas risklər müxtəlif ölkələrdə və 
müxtəlif ərazilərdə onun iş şəraitindən asılı olarsa, onda informasiyaların 
təqdim olunması üçün ilkin format çoğrafi seqmentlərə, təkrar format isə 
təsərrüfat seqmentlərinə verilməlidir. 
Şirkətlərin əksəriyyəti üçün təşkilat quruluşunun özü və firmadaxili 
hesabat qaydası risklərin meydana çıxmasının prioritetlərini və şirkətin 
mənfəətinin maksimallaşdırılmasının əsasını göstərir. Bəzi istisnalar 
olmaqla, seqment hesabatının təkrar formatının seçiminin əsasını şirkətlərin 
təşkilat strukturu və onun daxili seqmentlərinin strukturu təşkil edir. 
Bəzi şirkətlərdə risklər və mənfəət istehsalın xarakterindən, yaxud 
onun ərazicə yerləşməsindən asılı olaraq dəqiq təzahür etmir, idarəetmə 
sistemində isə şirkət, 
matris yanaşması
adlanan üsulu tətbiq edir. Standart 
belə müəyyən edir ki, bu halda hesabatın ilkin formatı qismində təsərrüfat 
seqmenti üzrə hesabat tətbiq olunmalıdır. Coğrafi seqmentlər isə hesabatın 
ikinci formatında öz əksini tapır. 
Konkret situasiyada seqment hesabatının 
matris təqdimatından
istifadə etməklə seqmentlər üzrə informasiyaları daha yaxşı qaydada 
açıqlamaq mümkündür. Bu zaman həm təsərrüfat, həm də coğrafi seqment-
lərə hər iki tip üzrə bütün informasiyaları tam açıqlamaqla, ilkin format 
verilir. Seqment informasiyalarının belə açıqlanması maliyyə hesabatlarının 
istifadəçiləri üçün daha əlverişli ola bilər. Nəzərə almaq lazımdır ki, 34№-li 
Standart seqment hesabatının matris təqdimatını nə tələb, nə də qadağan 
edir. 

Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə