Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə180/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   176   177   178   179   180   181   182   183   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

 
 
12.6. Hesabat seqmentləri üzrə informasiyaların açıqlanması 
34№-li MMUS-ə müvafiq olaraq, müəssisə aşağıdakı ümumi infor-
masiyaları açıqlamalıdır: 

təşkilat strukturunu da daxil etməklə, müəssisələrin hesabat seqment-
lərini fərqləndirmək üçün istifadə edilən amillər; 


Sifariz Səbzəliyev
 
195 

hər bir seqmentinin özünün məhsul, iş və xidmətlərin satışından aldığı 
gəlirlər. 
Eyni zamanda hər bir müəssisə özünün spesifikliyinə, maliyyə 
nəticələrinə və onun təsərrüfat fəaliyyətinin iqtisadi şərtlərini qiymət-
ləndirməyə imkan verən informasiyaları açıqlamalıdır. 
Standarta uyğun olaraq, müəssisə, təqdim etdiyi mənfəət və zərərlər 
haqqında hesabatda hər bir dövrün aşağıdakı informasiyalarını 
verməlidir: 

ümumi informasiyalar (yuxarıda təsvir olunduğu kimi); 

hesabat seqmentinin mənfəəti, yaxud zərəri haqqında informasiya 
(hesabat seqmentinin tərkibinə daxil olan gəlirlərin və xərclərin konkret 
göstəriciləri, seqmentin aktivləri, seqmentin öhdəlikləri, qiymətləndirmə 
metodları); 

məcmu göstəricilərin nəticələrinin (seqment gəlirləri, hesabat seqmen-
tinin mənfəəti, yaxud zərəri, seqmentin aktivləri, seqmentin digər əhə-
miyyətli maddələri) müəssisənin ümumi göstəriciləri ilə üzləşdirilməsi. 
Hesabat seqmenti üzrə mühasibat balansı göstəricilərinin müəssisənin 
mühasibat balansı göstəriciləri ilə üzləşdirilməsi mühasibat balansının 
təqdim olunduğu hər bir tarixə aparılmalıdır. Bu halda əvvəlki dövrlərə görə 
informasiyalar yenidən hesablanmalıdır. 
Müəssisə hər bir hesabat seqmenti üzrə mənfəət və zərərlər haqqında 
göstəriciləri, həmçinin aktivlərin ümumi dəyərini açıqlamalıdır. 
Müəssisə hər bir seqmenti üzrə öhdəliklərin göstəricilərini də təqdim 
etməlidir (əgər həmin məbləğlər müntəzəm surətdə əməliyyat qərarları 
qəbul edən məsul şəxsə araşdırılmaq üçün verilirsə). 
Müəssisə, eyni zamanda hər bir hesabat seqmenti üzrə aşağıdakı 
informasiyaları da açıqlamalıdır: 

kənar müştərilərə satışdan alınan gəlirlər; 

eyni şirkətin digər əməliyyat seqmentləri ilə həyata keçirdiyi əmə-
liyyatlar üzrə gəlirlər

faiz gəlirləri; 

faiz xərcləri; 

amortizasiya (o cümlədən qeyri-maddi aktivlər üzrə); 

gəlir və xərclərin əhəmiyyətli maddələri; 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə