Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə182/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   178   179   180   181   182   183   184   185   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
197 

maliyyə alətləri, təxirə salınan vergi aktivlərindən sığorta müqavilələri 
üzrə meydana çıxan pensiya aktivləri və hüquqlarından fərqlənən 
dövriyyədənkənar aktivlər: müəssisənin aktivləri yerləşən ölkədə və 
digər xarici ölkələrdə. 
Əgər xarici müştərilərə satışdan alınan gəlirlər, ayrıca bir xarici ölkədə 
əhəmiyyətli sayılarsa, onda bu gəlir haqqında informasiya ayrıca açıq-
lanmalıdır. 
Əgər ayrıca bir xarici ölkədə olan aktivlər əhəmiyyətli sayılarsa, onda bu 
aktivlər haqqında informasiya ayrıca açıqlanmalıdır. 
Hesabatda verilən məbləğlər, maliyyə hesabatlarına istinad etməlidir. 
Əgər belə informasiyalar yoxdursa, yaxud onların hazırlanması böyük 
xərclərə bağlıdırsa, onda müvafiq faktlar açıqlanmağa məruz qalmalıdır. 
Müəssisə bu informasiyanı tamamlamaq üçün ölkələrin qrupları üzrə coğrafi 
informasiyaların aralıq yekun göstərıcılərini də verə bilər.
Müəssisə özünün fəaliyyətinin iri müştərilərdən asılılıq dərəcəsi haq-
qında informasiyaları da təqdim etməlidir. Əgər bir kənar müştəriyə satışdan 
alınan gəlir, müəssisənin gəlirinin 10 faizini və daha çox hissəsini təşkil 
edərsə, onda müəssisə həmin faktı açıqlamalıdır. Bu zaman hər bir belə 
müştəri və seqment üzrə gəlirin hesabatda əks etdirilən məbləği məcmu 
şəklində göstərilməlidir. Hər bir seqmentin hesabatda təqdim etdiyi iri 
müştərilərin, yaxud bu müştəridən alınan gəlir məbləğinin eyniliyinin şirkət 
tərəfindən açıqlanmasına ehtiyac yoxdur. 
Şirkətlərin qrupları vahid müştəri qismində vahid nəzarət altında 
olmalıdır. Dövlət (milli, regional, ərazi, yerli, yaxud xarici orqanlar qis-
mində) və həmin dövlət tərəfindən nəzarət edilən şirkətlər də vahid müştəri 
şəkilində nəzərdən keçirilməlidir. 
“Əməliyyat seqmentləri üzrə” 34№-li MMUS-ın tələblərinə əməl etmək 
üçün əvvəlki illərə görə verilən hesabatlarda müqayisəli seqment infor-
masiyaları yenidən hesablanmalıdır. Belə informasiyaların olmadığı və 
yaxud onların hazırlanması çox böyük xərclər hesabına başa gəldiyi hallar 
istisnalıq təşkil edir. 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə