Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə184/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   180   181   182   183   184   185   186   187   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
200 
tərəfindən işlənib hazırlanmış, qəbul və ya təsdiq olunmuş mühasibat uçotu 
standartlarıdır. 
2.1.5. Milli Mühasibat Uçotu Standartları – müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən təsdiq edilən mühasibat uçotu standartlarıdır. 
2.1.6. Milli Mühasibat Uçotu Standartlarının Tətbiqi üzrə Şərhlər və 
Tövsiyələr-müvafiq icra hakimiyyəti orqanı tərəfindən Milli Mühasibat 
Uçotu Standartlarının müddəalarının şərh olunması məqsədilə işlənib hazır-
lanmış və təsdiq edilmiş metodoloji təlimatlardır. 
2.1.7. Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması 
qaydaları-müvafiq icra hakimiyyəti orqanı tərəfindən kiçik sahibkarlıq 
subyektlərində mühasibat uçotunun aparılması üçün müəyyən edilmiş 
xüsusi qaydalardır. 
2.1.8. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları – əsas 
cəmiyyətin (ortaqlığın) və onun törəmə cəmiyyətlərinin vahid mühasibat 
uçotu subyekti kimi təqdim etdiyi maliyyə hesabatlarıdır. 
2.1.9. İctimai əhəmiyyətli qurumlar-kredit təşkilatları, sığorta şirkətləri, 
investisiya fondları, qeyri-dövlət (özəl) sosial fondları, qiymətli kağızları 
fond birjasında dövriyyədə olan hüquqi şəxslər və maliyyə hesabatlarının 
tərtibi tarixində müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi 
meyar göstəricilərinin (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və 
balansın yekun məbləği) ikisindən yuxarı olan göstəricilərə malik kom-
mersiya təşkilatlarıdır.
2.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respub-
likasının Mülki Məcəlləsi və mövcud olan başqa qanunvericilik aktları ilə 
müəyyənləşdirilmiş mənaları ifadə edir. 
Maddə 3. Mühasibat uçotunun məcburiliyi 
Bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunda 
müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və ya 
sadələşdirilmiş uçotun qaydalarına uyğun aparılması məcburidir. 

Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə