Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə187/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   183   184   185   186   187   188   189   190   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

 


Sifariz Səbzəliyev
 
203 
III Fəsil. Mühasibat uçotu standartları 
Maddə 6. Azərbaycan Respublikasında tətbiq edilən mühasibat 
uçotu standartları
6.0. Bu Qanuna müvafiq olaraq Azərbaycan Respublikasında tətbiq 
edilən mühasibat uçotu standartları aşağıdakılardır: 
6.0.1. Bu Qanunun 8.1-ci maddəsində göstərilmiş mühasibat uçotu 
subyektləri tərəfindən tam şəkildə istifadə edilmə məqsədilə qəbul olunmuş 
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları. Bu standartlara dəyişik-
liklər yalnız Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası tərəfindən 
edilə bilər və onlar həmin şura tərəfindən rəsmi şəkildə qəbul edildikdən 
sonra qüvvəyə minir; 
6.0.2. Bu Qanunun 10.1-ci maddəsində göstərilmiş mühasibat uçotu 
subyektləri tərəfindən istifadə edilmə məqsədilə müvafiq icra hakimiyyəti 
orqanının qəbul etdiyi Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu 
Standartları.Bu standartlar Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 
əsasında hazırlanaraq, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilə 
nizamlanan bütün məsələləri əhatə etməlidir. Maliyyə hesabatlarının beynəl-
xalq standartlarının hər hansı birinin bütövlükdə və ya onun hər hansı müd-
dəasını Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına 
daxil etməmək və ya daxil etməzdən əvvəl dəyişiklik etmək zəruriyyəti 
yaranarsa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən Maliyyə Hesabat-
larının Beynəlxalq Standartlarının ilkin formasının tətbiq edilməməsinin 
səbəbi və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları 
ilə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları arasında mövcud olan 
hər hansı digər fərq müvafiq Milli Mühasibat Uçotu Standartlarının əlavə-
sində açıqlanmalıdır; 
6.0.3. Bu Qanunun 13.1-ci maddəsində göstərilmiş mühasibat uçotu 
subyektləri tərəfindən istifadə edilmə məqsədilə müvafiq icra hakimiyyəti 
orqanının qəbul etdiyi Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Stan-
dartları.Bu standartlar İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq 
Standartları əsasında hazırlanaraq İctimai Sektor üçün Mühasibat Uçotunun 
Beynəlxalq Standartları ilə nizamlanan bütün məsələləri əhatə etməlidir. 
İctimai sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının hər 
hansı birinin bütövlükdə və ya onun hər hansı müddəasını Büdcə Təşki-
latları üçün Milli Mühasibat Uçotu Standartlarına daxil etməmək və ya daxil 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə