Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə37/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Məbləğlərin taksirovkası
. Bu mərhələdə siyahılarda (aktlarda) ilk 
sənədlərin və mühasibat uçotunun məlumatları əsasında əmlak və 
öhdəliklərin pulla qiymətləndirilməsi həyata keçirilir. 
4.
 
Müqayisəli-analitik mərhələ
. Bu mərhələdə əmlak və öhdəliklərin fak-
tik mövcudluğu mühasibat uçotunun məlumatları ilə üzləşdirilir. 
İnventarlaşma komissiyası kənarlaşmanın səbəblərini araşdırır və onların 
inventarlaşma nəticələrinin uçotunda əks etdirilməsi üsullarını təklif 
edir. Mal-material ehtiyatlarının artıq, yaxud əksik gəlməsinin yaranması 
faktı üzrə maddi-məsul şəxslərdən izahat alınmalıdır. Siyahının sonuncu 
səhifəsində qiymətlərin yoxlanılması, taksirovkası və yekunların 
hesablanması yoxlamanı aparan şəxsin imzası ilə təsdiq edilməlidir. 
Müqayisəli-analitik mərhələnin yerinə yetirilməsinin nəticələri üzrə 


Maliyyə hesabatı
40 
komissiyanın bütün təklifləri 
İnv-26 formalı
“İnventarizasiya prose-
sində aşkara çıxarılan nəticələrin uçotu cədvəlində” ümumiləşdirilir. 
5.
Son mərhələ
. İnv-26 formalı “İnventarlaşmanın nəticələrinin uçotu 
cədvəli”ni təşkilatın baş mühasibi və rəhbəri imzalayır və bu haqda 
müvafiq əmr verilir. Verilən əmr əsasında inventarlaşmanın nəticələrinə 
dair mühasibat müxabirləşmələri tərtib edilir və onlar mühasibat uçotu-
nun müvafiq registrlərinə işlənir. 
İnventarlaşma materialları
mühasibata verilir. İnventarlaşma zamanı əmlak 
üzrə uçotdan kənarlaşmaları əks etdirmək üçün 
üzləşdirmə (müqayisə) 
cədvəli
tərtib edilir. İnventarlaşmanın nəticələri üzləşdirmə cədvəlində öz 
əksini tapır. İnventarlaşma fərqləri aşağıdakı qaydada tənzimlənir: 

artıq gələn əsas vəsaitlər, materiallar, pul vəsaitləri və digər əmlak 
mədaxil olunur və müəssisənin maliyyə nəticələrinə aid edilir. Daha 
sonra artıq gəlmənin səbəbləri araşdırılır; 

qanunvericilik qaydasında təsdiq edilən norma daxilində sərvətlərin əskik 
gəlməsi və xarab olması təbii itki kimi qiymətləndirilərək, müəssisə rəh-
bərinin sərəncamı ilə ya istehsal xərclərinə, ya da tədavül xərclərinə silinir. 
İtki norması yalnız faktiki çatışmazlıq aşkarlandıqda tətbiq edilə bilər. 

Material ehtiyatlarının, pul vəsaitlərinin və digər əmlakın çatışmazlığı, 
habelə təbii itki normasından artıq xarab olması günahkar şəxslərin 
hesabına yazlır. Əgər, günahkarları müəyyənləşdirmək mümkün deyil-
dirsə, yaxud həmin məbləğin günahkar şəxsdən tutulmasını məhkəmə 
rədd edirsə, onda əksik gəlmə və xarab olmadan itkilər müəssisənin 
istehsal, yaxud tədavül xərclərinə aid edilir. 
Növlərin qarışıq salınması nəticəsində artıq və əskik gəlmələrin 
qarşılıqlı məqbuluna müstəsna hallarda yol verilir. 
İnventarlaşmanın nəticələri uçot və hesabatda onun başa çatdırıldığı 
ayda öz əksini tapmalıdır. 
İnventarlaşma başa catdıqdan sonra onun aparılmasının düzgünlüyünə 
əmin olmaq üçün nəzarət qaydasında yoxlama keçirilə bilər. Belə yoxla-
mada inventarlaşma komissiyasının üzvlərinin və maddi-məsul şəxslərin 
iştirakı vacibdir. 
Nəzarət qaydasında yoxlamanın nəticələri aktla rəsmiləşdirilir və 
nəzarət qaydasında yoxlamanın uçotu kitabında qeydə alınır. 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə