Dərs vəsaitindən


Bölüşdürmə sistemi və xidmətetmə



Yüklə 0,79 Mb.
səhifə107/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   140
marketinq-tedqiqatlar qaralama

Bölüşdürmə sistemi və xidmətetmə:

  • əlverişli yerləşmə yeri;

  • əsas bölüşdürmə kanallannda diqtəedici mövqeyə malikolma.

Qabaqlayıcı zərbə" konsepsiyasına əsaslanmaqla strategiyanın işlənib hazırlanması zamanı nəzərə almaq lazımdır ki, birincisi, sözügedən strategiyanm reallaşdıniması nəticəsində müştərilərə yeni nə isə təklif olunacaqdır. Mövcud olan strategiyalara əsaslanmaqla və həmin strategiyaları təkmilləşdirməklə rəqiblərə “qabaqlayıcı zərbə”nin endirilməsi mümkün deyil. Bu strategiya innovasiyalar tələb edir. Ona görə də “qabaqlayıcı zərbə'' konsepsiyasının reallaşdıniması üçün ideyalann aşkarlanmasınm müəyyən mexanizminə malik olmaq lazımdır.

İkincisi, “qabaqlayıcı zərbə”nin endirilməsi, adətən böyük miqdarda resurslar tələb edir ki, bu da ciddi risklərlə əlaqədardır. Məhz büyük miqdarda resurslardan istifadə edilməsi bu strategiyadan istifadə edən müəssisənin nail olduğu üstünlüyə dayanıqlı xarakter verir. Belə ki, bu zaman rəqiblər sözügedən strategiyam reallaşdıran və artıq bazarda özünü təsdiqləyən kompaniyaya qarşı hücuma keçməyi çox riskli hesab edir və həmin istəkdən əksər hallarda vaz keçirlər. “Qabaqlayıcı zərbə” strategiyasına

əsaslanmaqla bazara çıxan müəssisənin fəaliyyəti rəqibin fəaliyyətini zəiflətdiyi hallarda, həmin strategiyadan istifadə edən müəssisənin potensial mənfəət əldə etmək imkanları daha da çoxalır.

Üçüncüsü, bazara birinci çıxmanın üstünlüklərinin reallaşdırılması üçün həmin strategiyam reallaşdıran müəssisəyə qarşı rəqibin fəaliyyətini əngəlləmək və onım tərəfindən sözügedən strategiyanın tətbiqinin mümkün qədər qarşısını almaq lazımdır. Məsələn, “qabaqlayıcı zərbə”yə cavab olaraq, bazarın bu seqmentində daha ucuz və keyfiyyətli məhsullar təklif edilirsə, rəqibin brendi zəiflədilə bilər. Kompaniya “qabaqlayıcı zərbə” konsepsiyasının reallaşdırılmasma investisiyanın yönəldilməsi haqqında qərar qəbul etməklə rəqiblərin mümkün reaksiyalarını da nəzərə almalı və reallaşdırdığı reaksiyanın təqlid olunmasına imkan verməməlidir.



Bu və ya digər bazara başqa kompaniyalarla daha tez çıxan və bu məqsədlə “qabaqlayıcı zərbə” strategiyasından istifadə edən kompaniyanın sözügedən strategiyasının səmərəliliyini onun maliyyə göstəriciləri əsasında müəyyənləşdirmək olur. Bu məqsədlə istər sənaye məhsullarının, istərsə də istehlak məhsullarının istehsalı ilə məşğul olan kompaniyaların fəaliyyəti üzrə ciddi emprik tədqiqatlar apanimışdır. Apanlan tədqiqatlar göstərmişdir ki, “qabaqlayıcı zərbə” strategiyasından istifadə etməklə bazara başqa kompaniyalarla müqayisədə daha tez çıxan müəssisənin maliyyə göstəriciləri həqiqətən də kifayət qədər yüksək olur. Məsələn, müxtəlif strategiyalar reallaşdıran 500 yetkin sənaye kompaniyalarımn PİMS (bazar strategiyasının mmfəətə təsiri) proqramı çərçivəsində fəaliyyətlərinin təhlili göstərmişdir ki, bazara deıha tez çıxan kompaniyaların bazar payları orta hesabla 29 %-ə bərabərdir; ilkin təqlidçilərin və yaxud davamçıların bazar payları orta hesabla 21 %-ə, bazara sonuncu çıxan kompaniyaların bazar payları isə orta hesabla 15 %-ə bərabər olmuşdur. İstehlak məhsulları istehsal edən başqa 18 kompaniyanın fəaliyyətinin təhlili göstərmişdir ki, əgər, bazarda 7 iştirakçı vardırsa, bazara birinci çıxan kompaniyanın bazar payı onu izləyən ən yaxın kompaniyanın bazar payınmdan 6 % bənd çoxdur; bazarda 2 iştirakçının olduğu halda isə, bazara birinci çıxan kompaniyanın bazar payı ondan sonra bazara çıxan kompaniyanın bazar payından 13 % bənd çox olmuşdur.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə