Bu, hər şeydən əvvəl, ümumi təsərrüfat dağınıqlığı və əcnəbi ölkələrdən
ipək qurdu toxumu almağın çətinləşməsilə bağlı idi.
Müharibə başlayandan sonra üzümçülükdə geriləmə müşahidə
edilirdi. 1915-1916-cı illərdə Gəncə quberniyasında üzümlüklərin sahəsi
13 min des-ə qədər olmuşdu. Bakı quberniyasında da elə ciddi bir
dəyişiklik baş verməmişdi.
Naxçıvan qəzasında isə azacıq artım vardı. Lakin kənd təsərrüfatının
başqa sahələrində olduğu kimi, 1917-ci ildə üzümlüklərin də ümumi
sahəsində azalma başlamışdı.
Müharibə illərində tütün yarpağına olan tələbat görünməmiş
səviyyəyə qalxmışdı. 1915-ci ildə Azərbaycanda 46 min pudadək tütün
yarpağı toplanmışdı. Bu, 1913-cü ildəkindən çox idi. Belə bir vəziyyət
müvəqqəti idi və az sonra təsərrüfatın bu sahəsində tənəzzül əlamətləri
özünü göstərdi.
Dünya müharibəsi əhalini səfalətə düçar etmişdi; fəhlələrin yaşayış
səviyyəsi daha da aşağı düşmüşdü. 1916-cı ildə mədən fəhlələri ayda 30
man. əməkhaqqı alırdılar. Sement istehsalında aylıq orta əməkhaqqı
təxminən 0 qədər olmuşdu. Metallurgiya sənayesində, peşədən asılı
olaraq, əməkh *qlan 30-67 man. arasında tərəddüd edirdi.
1915-
ci ildə ipək emalı sənayesində yaşlı fəhlələrin əməkhaqlan
ayda 25-30 man., yeniyetmələr 15-20 man. və azyaşlılannkı 12-15 man.
idi. Balıq emalı sənayesində də orta aylıq əməkhaqqı həmin ildə peşəyə
uyğun olaraq 30-60 man. olmuşdu.
Çoxişlənən malların bazar qiymətlərinin bahalığı üzündən fəhlələrin,
eləcə də bütövlükdə əhalinin alıcılıq qabiliyyəti çox aşağı idi. Ona görə də
nominal və real əməkhaqqı felən bir-birindən kəskin surətdə fərqlənirdi.
Müharibə illərində nominal əməkhaqqının bir qədər artmasına
baxmayaraq, ümumi nisbət yenə əvvəlki kimi qalmaqda idi.
1916-
cı ildə duzun pudu 7-8 dəfə, təsərrüfat mallannm
qiymətləri
1,5
dəfə, geyim şeyləri 2 dəfə bahalaşdığı halda, ölkəmizin 300 min
nəfərdən çox olan fəhlə ordusunun əməkhaqlan 77% artınimışdı. Demək
olar ki, bütün sənaye sahələrinin cəbhə üçün işləmələrinə baxmayaraq,
fəhlələrin ərzaqla təchizi yantmaz vəziyyətdə idi.
Müharibə ərəfəsində Gəncə quberniyasının bütün qəzalannda (Nu-
xa, Şuşa, Ərəş, Qaryagin, Qazax və b.) orta qiymətlərlə unun pudu 1 man.
20 qəpiyə, kərə yağı 16,5 manata, duz 60-70 qəpiyə, kartof 80-90 qəpiyə,
mal əti 3,5 man. və qoyun əti 4,5 manata satıldığı halda, müharibə
dövründə qiymətlər bir neçə dəfə bahalaşmışdı.
115
Məsələn, 1914-cü ilin payızında Qazax qəzasında unun pudu
2.5
man., qoyun əti 7 man. satılırdısa, az sonra vəziyyət xeyli
pisləşmişdi. 1915-ci ilin yaymda Nuxada unun pudu 3 man., qəndin pudu
9 man., duzun pudu 2,5 man., kərə yağı 31 man., ağ neft 2,5 man.,
düyünün pudu 5 man. satıldığı halda, 3-4 ay sonra yağın pudu 38 man.,
qənd
10.5
man., qoyun əti 16 man., 1917-ci ilin yanvannda isə unun pudu 8
man., camış əti 16 man., qoyun əti 32 man. (girvənkəsi 80 qəp.), düyünün
pudunun qiyməti 15-16 man-a qalxmışdı. Beıkı və Gəncə qubemi-
yalannm bütün qəzalannda qiymətlər təxminən eyni idi. Göründüyü kimi,
qiymətlərin, xüsusən ərzaq mallarının, görünməmiş dərəcədə bahalaşması
əhalinin böyük əksəriyyətinin güzəranını pisləşdirmişdi.
Hökumətin müharibə şəraiti ilə əlaqədar həyata keçirdiyi bəzi
tədbirlər vəziyyəti daha da pisləşdirmişdi. 1916-cı il iyulun 30-da Dövlət
Şurası və Dövlət Dumasının təsdiq etdikləri qaydaya görə həftənin dörd
günü ət və ət məhsullan bir yerdən başqa yerə apanlıb satıla bilməzdi.
Azərbaycanın sənaye müəssisələri cəbhə üçün işləsə də fəhlələrin
ərzaqla təchizi yantmaz halda idi. 1917-ci ilin əvvəlində vətəgə sahibləri
Bakı balıq idarəsinə yazırdılar ki, fəhlələr daha işləmək istəmirlər, çünki
onlara ərzaq verə bilmirik. Dörd yüz qramlıq Lənkəran fetirini
1.5
manata «gizli» satın almaq mümkün deyildir. Elə bu vaxt Gədəbəy
zavodunun müdiriyyəti Gəncə qəzası ərzaq komitəsinə yazırdı ki, bizə
heç olmasa un və qənd göndərin. Fəhlələrin 80%-ni təşkil edən azər-
baycanlılann əsas qidası çörək və çaydır.
Şəhərlərin ərzaqla təchizini nisbətən qaydaya qoymaq məqsədilə
Bakıda, Gəncədə, Nuxada, Gədəbəydə, Lənkəranda və Şuşada müstəqil
ərzaq komitələri yaradılmışdı.
Orduya səfərbər edilmiş ailə başçılannm vəziyyəti çıxılmaz idi.;
1914-cü ilin avqustunda verilmiş qaydaya görə belə ailələrin üzvlərinə,
onların sayından asılı olaraq, əməkhaqqının müəyyən hissəsinin verilməsi
belə, onlann səfalətU həyatlannı yaxşılaşdırmadı. Şamaxı, Şuşa, Cəbrayıl,
Qazax, Lənkəran və digər qəzalardan hakimiyyət or- qanlanna göndərilən
müraciətlərdə həyəcanla bildirilirdi ki, «ət və qənd kimi, bazarda çörək də
yoxa çıxımşdır».
Dəmiryolu ilə başhca olaraq hərbi yüklər daşmdığmdan Şimali
Qafqazdan Azərbaycana taxıl və un gətirilməsi, demək olar ki,
dayanmışdı. Hər il Bakıya 330 vaqon taxıl və un gətirildiyi halda,
müharibə dövründə bu, yanbayan azalmışdı.
116
Azərbaycan Qafqaz döyüş cəbhəsinə yaxın olduğundan təsərrüfat
dağınıqlığı və böhran burada başqa yerlərə nisbətən daha çox hiss edilirdi.
Cəbhə rayonlarından Azərbaycan qəzalanna və Bakıya hər gün
yüzlərlə yaralı və şikəst gətirilirdi. Bundan əlavə, Bakıda iri qoşun
hissələri yerləşdirilmişdi. Müharibə illərində qaçqınların və əsgərlərin
hesabına Bakı əhalisinin sayı 70 min nəfər artmışdı. Ərzaq böhranı
şəraitində buraya əhali axını vəziyyəti daha da gərginləşdirirdi. Qıtlıq və
aclıq ölkəni fəlakətə doğru sürükləyirdi.
Kəndlilərin vəziyyəti daha dözülməz idi. Aclıq, demək olar ki,
qəzaların əksəriyyətini bürümüşdü. Müharibənin törətdiyi dağınıqlıq
üzündən əkinə yararlı torpağın az qala yarıya qədəri becərilmirdi.
Məhsuldarlıq aşağı düşmüşdü. Toxum tapmaq böyük bir problemə
çevrilmişdi. Torpaq vergisinin artın İması kəndlilər üçün böyük zərbə idi.
Qazax, Gəncə, Cavanşir, Lənkəran, Naxçıvan, Şuşa qəzalanndan
Qafqaz canişini və çann ünvanına yazılan şikayət məktublannda
mülkədarlar və varlı kəndlilər tərəfindən kəndli torpaqlannm və su
mənbələrinin zorla zəbt olunmasından şikayətlənilirdi. Kənd əhalisinin
güzəranı ildən-ilə ağırlaşırdı. Ölkədəki haqsızlıqlara qarşı kəndli çıxışlan
güclənmişdi. Qaçaq hərəkatı geniş miqyas almış, onlar əsl xalq inti-
qamçılarma çevrilmişdilər.
§ 3. Çarizmin devrilməsi və Azərbaycan
Dünya müharibəsi imperiyada iqtisadi və siyasi böhranı
dərinləşdirmişdi. Bu, yerlərdə də özünü açıq şəkildə büruzə verirdi.
1916-cı ilin yayından Azərbaycanda fövqəladə vəziyyət tətbiq edilmişdi.
Bakı quberniyasında hərbi qubernator qeyri-məhdud səlahiyyətə malik
idi. Bakı şəhər dumasının 5 illik müddəti ötmüşdü. Deputatlann dörddə
bir hissəsi çıxıb getmişdi. Əslində duma fəaliyyətsiz idi.
1916-
cı ilin sonu - 1917-ci ilin əvvəllərində inqilabi və
milli-azadlıq hərəkatının yüksəlişi, cəbhələrdəki hərbi məğlubiyyətlər
liberal- monarxist burjuaziyanın və mülkədarlann narahatlığım artırmışdı.
Yaxınlaşmaqda olan inqilabın qarşısını almaq üçün həm çarizm, həm
də burjuaziya inqilaba qarşı sui-qəsd hazırlamağa başladılar. Çar Dövlət
Dumasını buraxmaq, Almaniya ilə separat sülh bağlamaq, sonra isə bütün
qüvvələri yaxınlaşmaqda olan inqilabın boğulmasına yönəlt
117
Dostları ilə paylaş: |