Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə162/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   158   159   160   161   162   163   164   165   ...   177
Adil Babayev

KEÇMĠġ SSRĠ-DƏ DĠL QURUCULUĞU VƏ 
BĠLĠNQVĠZM MƏSƏLƏLƏRĠ 
Bu məsələni aĢkarlıq, demokratiya iĢığında, günün 
tələbləri səviyyəsində izah etmək lazımdır. 
70 il elə bir qurultay olmamıĢdır ki, onun 
tribunasından gurultulu ibarələrlə göstərilməsin ki, 
partiyanın milli dil siyasəti məhz Lenin prinsipinə 
əsaslanır. Yəni burada heç bir zorakı assimilyasiya 
yoxdur. Hər bir millətin öz dilini azad Ģəkildə inkiĢaf 
etdirməsi üçün maksimum Ģərait yaradılmıĢdır. Bu, 
zahirdə belə idi. Bütün müttəfiq respublikaların yerli 
əhalisinin dili dövlət dili elan edilmiĢdi. Hər bir muxtar 
vilayəti təĢkil edən xalqın dilində təlim-təhsil, mətbuat, 
radio və s. var idi. «Məcburi dövlət dili» yox idi, rus dili 
RSFSR-in dövlət dili idi. 
Molumdur ki, dil obyektivdir. Onun inkiĢafını heç 
bir omrlo vo ya fərmanla tənzimləmək olmaz. Amma 
onun inkiĢafına Ģorait yaratmaq vo ya bunu etməmək 
olar. Elə bır Ģərait yaradılmıĢdı ki, rus dilini bilmədən 
nəinki baĢqa respublikada, habelə öz respublikamızda, 
onun paytaxtında keçinmək olmazdı. Rus dili keçmiĢ 
SSRĠ-do yaĢayan xalqların beynəlmiləl ünsiyyət vasitəsi 
rolunu oynayırdı. Dillərin bir-birinə təsirindən 
danıĢarkən mütləq substrat və superstrat haqqında bir 
neçə kəlmə demək lazımdır. Substrat superstrat və 
adstrat dillorin qarĢılıqlı təsiri nəticəsində meydana 
gələn linqvistik hadisədir. Gəlmə və hakim dilin yerli və 
ya məğlub dildəki izləri superstrat adlanır. Superstrat – 
dillərin yalnız izləri kimi baĢa düĢülməməlidir. Dillərin 
bir-birinə qeyri-bərabər münasibəti nəticəsində biri 


qalıb, digəri isə məğlub olur. Superstratın dərəcəsi iki 
cəhətdən – yerli və ya məğlub dilin inkiĢaf etməsindən 
vo hakim dilin aqressivliyindən asılıdır. Əgər məğlub və 
ya yerli dil gəlmə dildən zəifdirso, onda gəlmo hakim dil 
onu dərhal sıradan çıxarır. Əgər əksinə, yerli dil 
güclüdürsə, onda aĢağıdan yuxarı təsir baĢ verir ki, bu da 
substrat adlanır. Bundan əlavə, hakim golmə dil çox 
güclü Ģovinist səciyyodədirsə, yenə superstrat güclü 
olur. Məs.: hind dili qədim dravid dilinə təsir edib. Bu da 
hind dilində dıavid substratının yaranmasına səbəb 
olmuĢdur. 
KeçmiĢ SSRĠ-də həmiĢə dillərin qarĢılıqlı Ģəkildə 
bir-birini inkiĢaf etdirməsindon danıĢırdılar. Bu, adstrat 
adlanır. 
Dillərin 
yanaĢı 
yaĢaması, 
bir-birini 
zənginləĢdirmosi dedikdə hələ milli dillərin qarĢılıqlı 
münasibəti də nəzərdə tutulurdu. Əslində isə gürcü dili 
ilə Azərbaycan dilinin bir-birini zənginləĢdirmosi 
imkanı çox aĢağı idi. Rus dili isə baĢqa milli dillərə güclü 
təsir edərək nəinki leksik, habelə fonetik vo qrammatik 
səviyyədə onlara öz elementlərini aĢılayırdı. Bu əsil 
superstrat idi. Rus dili vasitəsilə baĢqa xalqların dünya 
mədəniyyətinə çıxdığını söyləmək olmaz. Ġndi baĢqa 
xalqlar kimi, Azərbaycan xalqı da dünya mədəniyyətinə 
rus dilinin heç iĢtirakı olmadan çıxa bilir. 
Azərbaycan dili kağız üzərində birinci dilimiz idi. 
Amma elə Ģərait yaranmıĢdı ki, bir idarədə kargüzarlıq 
iĢləri, iclaslar, idarələrarası məktublar, vəsatətlər 
Azərbaycanca getmirdi. Elə indinin özündə də ana 
dilinin mənasını, mahiyyətini dərk etməyən vəzifəli 
Ģəxslər yenə milli dilimizin geniĢ iĢləni lmosinə mane 
olurlar. Azərbaycanda 2 milyon 165, 4 min nəfər rus 


dilini ikinci ana dili kimi mükəmməl bilir. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə