həmin tələbləri (ünsiyyət nəzərdə tutulur –
A. B.)
ödəmək üçün daha mükəmməl vasitə yarada bilsin... Dil
elə hadisələrdəndir ki, o hadisələr ümumbəĢəri mənəvi
qüvvəni daimi fəaliyyətə sövq edir... Bu sövqetməni
izləmək
və təsvir etmək dilçinin son, habelə birinci
dərəcəli vəzifəsidir.
Göründüyü kimi, Humboldt dilin xarakterini
düzgün müəyyənləĢdirməklə yanaĢı, dilçilərin də
vəzifələrini düzgün müəyyən ləĢdirm iĢdir.
V.
Humboldt dil və təfəkkür, dil və tarix, dil və
metod, dil və fəlsəfə, dil və onun quruluĢu, dil və yazı,
dil və sistem və s. kimi
problemləri indiki mənada
qoymuĢdur. Dil vo nitq məsələsini V.Humboldt anlama
prosesi ilə əlaqədar götürür. O, anlamanı da dil fəaliyyəti
kimi götürməkdə düzgün hərəkət
1
edir. Axı məlum olduğu üzrə, dilin kommunikativ
funksiyası məhz danıĢmaqla anlamanın vəhdəti zamanı
reallaĢa bilir. O, belə hesab edir ki, nitq prosesi sadəcə
olaraq düĢündüyün fikrin ifadəsindən ibarət deyil.
DanıĢanla birlikdə dinləyən də həmin fikir ətrafında
düĢünə bilməlidir. Əgər danıĢanın dediyi ilə eĢidənin
anladığı eyni deyilsə, deməli dilin funksiyası
I (Humboldta görə danıĢanın cəhdi) reallaĢa
bilməmiĢdir.
XIX əsr alimləri içərisində yalnız V. Humboldt dil
və təfəkkür prosesinə düzgün mövqedən yanaĢır. Onları
eyniləĢdirmədiyi kimi, təcrid də etmir, göstərir ki, dil vo
təfəkkür «bir- birindən qidalanır».Onların
hər ikisi insan
1
Амирова T. Л. Ольховиков Б., Рождественский 10. «Очерки по
истории языкознания». М. 1975. стр. 330. 102
zəkasının inkiĢafına kömək edir. Bu məsələ müasir
dilçilikdə dil funksiyalarını müəyyənləĢdirmək üçün
əsas elmi özül rolunu oynamıĢdır.
Dilin idrakı funksiyası məhz obyektiv gerçəkliyini dərk
edilməsində dilin roluna aiddir. Dilin təfəkkürlə
əlaqəsini düzgün qiymətləndirmək
Humboldta əsas
vermiĢdir ki, dilin hazır model olmadığını söyləsin. O
göstərir ki, dil insane təfəkküründə hazır model
kimi mövcud deyil. O, insan fikirləri ilə birlikdə
dəyiĢir. Bu dəyiĢmə dil strukturunda olduğu kimi, nitqlə
do ifadə edilir.
Dilçiliyin, XIX əsr səviyyəsinə görə elə bir sahəsi
yoxdur ki, V. Humboldt o sahədə tədqiqat aparmamıĢ
olsun. Dilin fəlsəfi problemlərindən tutmuĢ daxili
formalaĢmasınadək,
danıĢıq
səslərindən
tutmuĢ
yazıyadək, nitq anatomiyasından tutmuĢ
dilin sintaktik
quruluĢunadək Humboldtun diqqətini cəlb etmiĢ və
müəyyən mənada, həmin sahələrdə əsaslı tədqiqat
aparmıĢdır.
Dostları ilə paylaş: