Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə40/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   177
Adil Babayev

AZƏRBAYCANDA DĠLÇĠLĠK 
Azərbaycan 
dilçiliyindən 
danıĢarkən 
Azərbaycanda dilçilik məsələsindən do danıĢmaq 
lazımdır. Azərbaycanda dilçilik dedikdə Azərbaycan 
alimlərinin müxtəlif sistemli dillər üzərində apardığı 
elmi axtarıĢlar nəzərdə tutulur. Azərbaycan dilçiləri 
baĢqa dillərin tədrisi və tədqiqi ilə məĢğul olaraq 
diqqətəlayiq elmi əsərlər yaratmıĢlar. 
Rus dilçiliyi
sahəsində M. T. Tağıyevin, Ə. R. 
Mahmudovun, L. Q. Vəkilovanın, F. Hüseynovun, Ç. Ə. 
Bədəlovun və baĢqalarının tədqiqat iĢləri Rusiyada da 
yüksək qiymətləndirilmiĢdir. M. T. Tağıyev xüsusi lüğət 
Ģöbəsi təĢkil edərək «Azərbaycanca-rusca» dördcildlik 
lüğət hazırlayır, slavyanĢünas alimlər rus dilinin 
fonetikası, leksikası, qrammatikası, tarixi, ali və orta 
məktəblərdə tədrisi üsulları və s. kimi məsələlər üzərində 
iĢləyirlər. 
German dilləri
üzərində aparılan tədqiqatlar da 
səmərəlidir. Bu sahədəki tədqiqat iĢləri, rus dilinə 
nisbətən, kec baĢlanmıĢdır. German dilləri üzrə 
mütəxəssislər əsasən son 20 – 30- çu ildə 
formalaĢmıĢdır. GermanĢünaslar iki istiqamətdə tədqiqat 


aparır. 
İngilis dilçiliyi
üzrə, hamıdan əvvəl, ilk 
azərbaycanlı 
elmlər 
doktoru, 
germanĢünas 
Z.N.Verdiyevanın adını çəkmək lazımdır. Onun baĢlıca 
xidməti bundan ibarətdir ki, Xarici Dillər Ġnstitutunun 
xüsusi lüğət bölməsini təĢkil edib və onun iĢinə elmi 
rəhbərlik edir. Bölmədə indiyədək ingilis dilində daha 
çox tezlikli iĢlədilən sözlər, lüğətlər seriyası 
hazırlanması dilçiliyimiz üçün böyük hadisədir. 
Lüğətlərin hər biri bir nitq hissəsini əhatə edən tədris 
sistemli əsərlərdən ibarətdir ki, müvafiq olaraq felə, 
sifətə, zərfə, ismə aiddir. Bu lüğətlər öz spesifik 
xüsusiyyətləri ilə baĢqalarından seçilən ideoqrafik 
lüğətlərdir. Ənənəvi lüğətlərdəki söz korpuslarının əlifba 
sisteminə əsaslanmasından fərqli olaraq, ideoqrafik 
lüğətlərdə semantik prinsip qəbul edilmiĢdir. BaĢqa 
sözlə, bu lüğətlərdə sözlər öz semantik ümumiliyi və 
mənası üzrə qruplaĢdınlmıĢdır. Belə metod təkcə yeniliyi 
ilə deyil, yayılması ilə də seçilir. 1981-ci ildə Bakıda 
həmin lüğət nəĢr edildikdən sonra ingilislər özləri bu 
məsələyə diqqət yetirdi və Lonqma (Böyük Britaniya) 
nəĢriyyatı bu seriyadan lüğət nəĢr etdi. Tematik lüğətlər 
Azərbaycanda tələbələrin ingilis dilini öyrənməsini xeyli 
asanlaĢdırır. 
Ölkəmizdə ilk dəfədir ki, dili daĢıyanların 
Ģüurunda əks olunduğu kimi tərtib edilən lüğət nəĢr 
edilmiĢdir. 
Z.Verdiyeva 
ingilis 
dilinin 
Azərbaycan 
auditoriyasında tədrisi metodikasına aid də əsərlər 
yazmıĢdır. Bu sahədə o, ingilis filologiyasına və dil 
tədrisi metodikasına aid müxtəlif dərslik və dərs 


vəsaitləri hazırlamıĢdır. 
O. Musayevin, A. Tahirovun, h. Nağıyevanın, S. 
Babayevin, M. Qayıbovanın ingilis dili dərslikləri 
hazırlamaları ger- man dilçiliyi sahəsində mühüm addım 
hesab edilə bilər. 
Alman dilçiliyi
üzrə tədqiqatlar qocaman alim C. 
M. Cəfərovun adı ilə bağlıdır. Onun yaratdığı alman dili 
məktəbinin yetirmələri olan onlarla mütəxəssis bu 
sahədə müvəffəqiyyətlə elmi-pedaqoji iĢ aparır. C. 
Cəfərovun Ģagirdlərindən biri F. Y. Veysəlovdur. O, 
alman dilinin fonetikası sahəsində ixtisaslaĢan ilk 
azərbaycanlı professordur. L. R. Zinder məktəbinin 
tərəfdarı olan F. Veysəlov alman dilindəki fomemlərin 
xüsusiyyətlərinə aid çoxlu tədqiqat iĢi aparmıĢdır. Onun 
«Alman dilinin fonetikası» (1980) əsəri həm dərslik, 
həm də tədqiqat əsəri kimi qiymətləndirilir. S. 
Abdullayevin alman və Azərbaycan dilləri üzrə apardığı 
müqayisəli 
tədqiqatlarda 
diqqətəlayiqdir. 
Gənc 
almanĢünaslardan Ə. L. Əliyevanın, Y. T. Xəlilovun vo 
baĢqalarının maraqlı tədqiqatları vardır. 
Roman dillər
/ üzrə tədqiqlər germanĢünaslığa 
nisbətən zəif inkiĢaf etmiĢdir. Bu sahədə hələ təzə 
mütəxəssislər yetiĢir. Doğrudur, roman dillərindən 
fransız dili üzrə M. O. Quliyevanın, K. O. DadaĢovun, 
Ə.Musayevin ali məktəblər üçün dərslik və dərs 
vəsaitləri vardır. Orta məktəblər üzrə də dərsliklər 
hazırlanmasında B. Ġsmayılov, Ç. Babaxanova, 
M.Rəhimov və baĢqaları səmərəli iĢləyirlər. 
Fransız dili
üzərində tədqiqat aparan kadrlar artıq 
yetkin- ləĢməyə və kamilləĢməyə baĢlamıĢdır. Bu sahədə 
B.B.Ġsmayılovun tədqiqlərini xüsusi qeyd etmək 


lazımdır. Onun «Fransız dilində isim determinantlarının 
üsulları» (1970), «Fransız dilinin kommunikativ 
sintaksisi» 
(1989) 
adlı 
əsərləri 
milli 
romanĢünaslığımızın ən yaxĢı nümunələrindən biri 
sayıla bilər. Filologiya elmləri namizədi R. Cabbarov 
«Fransız dilində ərəb mənĢəli sözlər» adlı əsərilə 
ĢərqĢünaslıqla romanĢünaslıq arasında bir körpü 
yaratmıĢ, sanballı bir tədqiqat iĢi meydana gətirmiĢdir. 
Ə. M. Musayevin «Fransız dilinin leksikası», 
O.A.Əmirbəyovun «Fransız dilinin praktik fonetikası» 
(B. Ġsmayılovla birlikdə) əsərləri də diqqətə layiqdir. 
Şərqşünaslığın
tarixi daha qədim olsa da, ərəb və 
fars dilləri üzərində əsil tədqiqatlar son dövrlərə aiddir. 
Orta əsrlərdə Azərbaycan dilçilərinin ərəb dili üzərində 
apardığı tədqiqatlar hələ geniĢ elmi içtimaiyyətə 
çatmadığından 
biz 
Ə. 
Məmmədovun, 
V. 
Məmmədəliyevin ərəb dili və onun müxtəlif problemləri 
üzərində apardıqları tədqiqlərdən bəhs edə bilərik. Ə. C. 
Məmədovun «Ərəb dili» (1971), «Учебник арабского 
языка» (1980), «Ərəb dilinin qısa kursu» (1988) əsərləri 
ərəb dilinin öyrənilməsinə kömək etdiyi kimi, ərəb 
dilçiliyi üzrə mühüm tədqiqat iĢi kimi də qəbul edilə 
bilər. Ərəb dilli mənbələrin iĢlənməsində Z. 
Bünyadovun 
xidmətini 
qeyd 
etmək 
lazımdır. 
V.M.Məmədəliyevin «Ərəb dilçiliyi» (1985) adlı 
monoqrafiyası da ĢərqĢünaslığımız üçün böyük uğur 
sayıla bilər. 
Fars dili üzrə görkəmli mütəxəssislər H. 
Mahmudov, M.Sultanov, R. Sultanov və onların 
Ģagirdləri diqqətəlayiq tod- qiqat iĢləri aparırlar. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə