ÜMUMĠ TÜRKOLOGĠYADA AZƏRBAYCAN
DĠLÇĠLĠYĠNĠN YERĠ
Azərbaycan dilçiliyinin çox qədim tarixi vardır.
Son vaxtlara qədər biz dilçiliyimizin tarixini XIX əsrdən,
bəzən isə 20-ci illərdən baĢlayırdıq. Bunun səbəbləri
vardır. Birinci, Azərbaycan alimləri orta əsrlərdə nəinki
dilçiliyə, habelə baĢqa elm sahələrinə aid əsərlərini
ərəbcə yazırdılar. Buna görə də onları tapmaq, oxuyub
tərcümə etmək çətinlik törədirdi. Ġkinci isə, bu məsələyə
kifayət qədər diqqət və əhəmiyyət verilmirdi.
Son vaxtlar ġərq xalqlarının ədəbiyyatı, elmi və
mədəniyyəti sahəsində yazılmıĢ bir sıra əsərlər ya
ruscaya tərcümə edilmiĢ, ya da milli dillərdə yenidən
nəĢr edilmiĢdir. Azərbaycan xalqının tarixi, ədəbiyyatı
və dilçiliyi sahəsindəki bir sıra monoqrafik əsərləri
yenidən iĢlənib nəĢr edilmiĢdir.
Məlumdur ki, ərəb elmini yaradan və inkiĢaf
etdirənlərin əksəriyyəti ərəb olmamıĢdır. Zamanın tələbi
ilə orta əsr alimləri əsərlərini ərəbcə yazdıqlarından
onların çoxu ya itib batmıĢ, ya da istnfadəsiz qalmıĢdır,
Orta əsr Azərbaycan dilçilərini və onların əsərlərini
aĢkara çıxarmaqda Nailə Ağayevanın zəhməti xüsusi
diqqətə layiqdir. O, yazır: «Bizə məlum olan yazılı
abidələrdən bilmək olar ki, XI əsrdən baĢlayaraq
Azerbaycanda qrammatika və leksikoqrafıya üzrə bütöv
bir məktəb yaranmıĢdın?
1
.
N. Ağayeva Azərbaycan alimlərinin dilçiliklə X
əsrdən məĢğul olduqlarını da qeyd edir. Lakin onların
əsərləri zamanımıza qədər gəlib çatmamıĢdır. Bu
alimlərdən bırı Mühəmməd ibn Zeyd Bin Yadahtovayx
əl Haysan ol Bərdəridir. Təxəllüsündən göründüyü kimi
o, Bərdədə anadan olmuĢ, sonra Misirə köçüb orada elmi
və pedaqoji iĢlə məĢğul olmuĢdur. Ət- Təbərinin
yazdığına görə, y. e. 912-ci ilin aprelində Ramadan
Ģəhərində onun mühazirəsini dinləmiĢdir. Alim
1
A r a e в а H. А. Азербайджанские языковеды средневековья. Б.
1990. с. 20.
ədəbiyyat, fəlsəfə, dilçilik və s. sahələrdə fəaliyyət
göstərmiĢdir. Əgər əsəri tapılarsa, bu Azərbaycan
aliminin adı dilçilik tariximizi, habelə türkologiya
tarixini Mahmud KaĢqaridən 150 il daha qədimə apara
bilər.
Orta əsr Azərbayçan dilçiləri haqqında qısaca
olaraq aĢağıdakıları demək olar:
Əbu Zəkəriyyə Yəhya ibn Əli ibn Məhəmməd
ƏĢ-ġeybani Əl Xətaib ət-Təbrizi – 1030-cu ildə Təbrizdə
anadan olmuĢdur. Sonralar Ərəbistana Suriyaya
köçməyə məcbur olmuĢdur. Burada o, dilçilik, poeziya,
ədəbiyyatĢünaslıq, fəlsəfə və baĢqa elmləri mükəmməl
öyrənmiĢ və özü do Ģerlər yazmıĢdır.
Əl-Ənbari və Yaqut Həməvi Xətib Təbrizinin
böyük istedadım yüksək qiymətləndirmiĢ, onu sintaksis
və leksiko-qrafiyanın imamı adlandırmıĢlar.
Xətib Təbrizi ərəb dilinin bütün sahələri üzrə elmi
fikir
söyləmiĢ,
əsərləri
(«Əl-lamə
fin-nəhv»
(qrammatikaya dair qısa icmal), «Əl muqaddamat
fi-n-nəhv» (qrammatikaya giriĢ), «Təhzib islah əl
məntiq» (Ġslah ol-məntiqin təshihi) və s. ilə ərəb
dilçiliyinin inkiĢafına güclü təkan vermiĢdir.
Əl Hüveyyi Nasir
(1073 – 1113),
Əl Mərəndi Əbu
Mühəmməd Əbdullah bin Nasir bin Ədbil-Əziz bin
Əbdüllah bin İsmayıl İbn Mühəmməd bin Əhməd
(1089 –
1146),
Ət- Tiflisi Abu el Fəzl Hubeyş ibn İbrahim
Səlmasi Məsud İbn İsmail
(1231 -ci ildə anadan olub),
Mahmud İbn Mühəmməd İbn Hamid Əbu əs-Sana
Səfiəddin Ət-Urmovi Əl-Karafi
(1249 – 1323) və onlarla
baĢqaları fəlsəfə, ədəbiyyat musiqi sahəsində yazsalar
da, daha çox dilçilik sahəsində fəaliyyət göstərmiĢlər.
XIX əsrdə ġərq dilləri kimi Azərbaycan dili də
həm Rusiyada, həm də Azərbaycanda tədris edilməyə
baĢladı. Bu iĢə təkcə azərbaycanlılar deyil, qeyri
millətlər də cəlb edilirdi. Azərbaycan dilinin
elmi-qrammatik
əsasda
tədrisi
dilimizin
qrammatikasının yaranması üçün əsas elmi baza
yaradırdı. Bu haqda geniĢ məlumat verməyi zəruri hesab
edirik.
Azərbaycan dilinin öyrənilməsi və tədrisi
məsələlərindən danıĢarkən mütləq bir neçə cəhəti nəzərə
almaq lazımdır. Əvvələn, bütün ġərqdə olduğu kimi,
Azərbaycanda da tək-tük təhsil evlərində (xanəgahlarda)
ərəb dili öyrədilirdi. Doğrudur, mollaxanalarda oxuyan
azərbaycanlılar ərəbcə bilmədiklərindən izahları molla
ana dilində aparırdı. Amma bu, heç də dilimizin
qanunlarının öyrənilməsi demək deyildi.
Bundan əlavə, xalqımızın və dilimizin adı belə çar
Rusiyası dövründə müxtəlif cür (Zaqafqaziya tatarları,
Qafqaz tatarları və s. Ģəkildə) iĢlədildiyindən dilimizin
tədrisi tarixini öyrənməkdə çətinlik çəkirik.
Azərbaycan dilinin Rusnyada öyrənilməsi zəruri
idi. Çünki çar Rusiyasının hökmranlığını bərqərar etmək
üçün yerli dilləri məmurlar və zabitlər bilməli idilər.
Azərbaycan dili isə çox sadə qrammatik quruluĢa malik
olan elə bir dil idi ki, onunla bütün Zaqafqaziyanı
dolaĢmaq olardı. Bunu M. Lermontov və Bestu-
jev-Marlinski də qeyd etmiĢdi.
Dilimiz Rusiyada keçən əsrin I rübündən tədris
edilməyo baĢlamıĢdır.
1850-ci ildən Azərbaycan dili Moskvada ġərq
dilləri Ġnstitutunda tədris edilməyə baĢlanmıĢ, sonra bu
iĢi, həmin kafedra üzrə kiçik asiyalı yunan həkim Stavr
Yelevteriyeviç Sakov davam etdirmiĢdir. O, Tolstoyun
əsərlərindən kiçik mətnlər və eyni zamanda cağatay
dilini də tərcümə edirdi. 1884-cü ildə nədənsə Sakov
Azərbaycan dilinin saatını azaldıb cığatay dilinə verməyi
təklif etdi. Onun bu təklifi qəbul olunur. Amma Qafqaz
ölkəsi üçün zəruri dil kimi bir neçə saat Azərbaycan
dilinin tədrisinə ayrılır.
1901 -ci ildən isə həmin institutda 3 türk dili –
Azərbaycan, türk və özbək dili tədris edilməyə baĢlayır
ki, bu iĢi Azərbaycan alimi Mirzə Abdulla Qaffarov
davam etdirmiĢdir.
Yeri gəlmiĢkən onu demək lazımdır ki, o vaxt
stabil dərslik olmadığından fənni tədris edən müəllimlər
özləri vəsaitlər tərtib edirdilər. Bunlardan bəzilərinin
adlarını çəkmək yerinə düĢərdi:
Ġncizadə Zeynalabdin. Anadan olduğu il və öldüyü
il bəlli deyil. Azərbaycan, rus və fransız dilini öyrənmək
üçün dərslik tərtib edib. Dərslik sual-cavab xarakteri
daĢıyıb. Müvazi olaraq mətnlərlə təchiz edilib. Kitab
belə adlanır, «Ruscadan türkcə və fransızcaya sərf».
Məmmədov Mirzə Cabbar anadan olduğu və
öldüyü
il
məlum
deyil.
Ġrəvan
müəllimlər
seminariyasında Azərbaycan dilini tədris edib. O dövr
üçün çox əhəmiyyətli olan təkbaĢına öyrənənlər üçün
Azərbaycan dili dərsliyi yazmıĢdır. Dərslik akademik
Krımski tərəfindən yüksək qiymətləndirilmiĢdir. Eləcə
də rus dilini öyrənən azərbaycanlılar üçün faydalı dərslik
yazmıĢdır.
Mirzə Cəfər TopçubaĢov (1790 – 1869). Gəncədə
anadan olmuĢ, uĢaq ikən atası onu Tiflisə aparıb
mədrəsəyə qoyur. Qısa müddətdə Mirzə Cəfər ana
dilindən əlavə, ərəb, fars, rus, gürcü dillərini öyrənir.
Sonra Peterburqa köçür, müxtəlif yerlərdə fars və
Azərbaycan dillərinnn tədrisi ilə məĢğul olur. 1843-çc
ildən baĢlayaraq universitetdə əməkdar professor, sonra
kafedra müdiri olmuĢ, 1849-cu ildə səhhətinə görə iĢdən
çıxıb öz yerini M. Kazımbəyə vermiĢdir.
Mirzə ġəfi Vazeh XIX əsrdə Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsidir. Alimin anadan
olması haqqında bir neçə məlumat var. Bunlardan
1794-cü il daha inandırıcıdır. Gəncədə anadan olub
orada da ilk təhsilini almıĢdır. 1840-cı ildə M. F.
Axundov öz yerini müəllimi Mirzə ġəfiyə verməklə
onun Tiflisdə ilahiyyat və Azərbaycan dili üzrə müəllim
kimi iĢə götürülməsinə kömək edir. 1848-ci ildə
Gəncəyə qayıdıb qəza məktəbində dərs deyir. Ġki il sonra
Tiflisə qayıdıb elmi-pedaqoji fəaliyyətini davam etdirir,
1852-ci ildə «Azərbaycan dili» dərsliyi – müntəxəbatı
tərtib edir. Əsər 1855-ci ildə Təbrizdə nəĢr edilib.
Buraya Azərbaycan-rus dilləri üzrə lüğət də daxil
edilmiĢdir.
Çernyayevski Aleksey Osipoviç (1840 – 1897).
Azərbaycan mədəniyyəti tarixinə xeyirxah və zəhmətkeĢ
bir rus ziyalısı kimi daxil olmuĢdur. O, ġamaxı Ģəhərində
anadan olmuĢ, uzun müddət Azərbaycan dilini tədris
etmiĢdir. Tiflisə getdikdən sonra Zaqafqaziya müəllimlər
seminariyasında tatar – Azərbaycan dili müfəttiĢi, sonra
isə, Qori müəllimlər seminariyasında Azərbaycan dili
Ģöbəsinin müdiri iĢləmiĢdir. O.Çernyayevski dilimizin
fonetik xüsusiyyətlərini nəzərə alan dərslik yazmıĢdır.
1882- ci ildə əsər ilk dəfə, sonralar dəfələrlə yenidən
iĢlənərək nəĢr edilmiĢdir. Çemyayevski habelə
Azərbaycan dilinin tədrisi metodikasına aid də əsər
yazmıĢdır.
Mirzə Məhəmməd Əli Qasım oğlu Kazım bəy
dövrünün ən böyük alim və mütəfəkkirlərindən biri
olmuĢdur. Bəzi mənbələrdə Mirzə Ağasəlim bəy kimi də
qeyd edilir. Çox güman ki, sonralar o, rus təbəəliyini
qəbul etdikdən sonra götürdüyü Aleksandr adı da
buradandır. Bəzən belə iddia edirlər ki, Mirzə Kazım bəy
Dərbənddə anadan olmuĢdur. Bu fikir onun qardaĢı
Əbdüssottar Qasımoğlu Kazım bəylə Mirzə Məhəmməd
Kazım bəyi eyniləĢdirməkdən irəli gəlir. Əbdüssottar
Kazım bəy 1820- ci ildə Dərbənddə anadan olmuĢ, o da
qardaĢı kimi Azərbaycan, fars və rus dillərini mükəmməl
bilmiĢdir. 1839-cu ildə 19 yaĢında ikən qardaĢının
məsləhətilə Qazan Ģəhərinə gəlir. Prof. Kazım bəy
fəlsəfə fakültəsi rəhbərlərinə yazırdı: «Bu yaxınlarda
daimi yaĢamaq üçün buraya gəlmiĢ mənim doğma
qardaĢım Əbdüssottar Kazım bəyi muzdsuz müəllim
kimi türk (Azərbaycan –
A. B.)
dili dərsi deməyə
buraxmaq olmazmı? Onun biliyinə gəlincə onun fars və
türk – Azərbaycan (sonuncu onun ana dilidir) dilləri üzrə
biliyi birinci dərəcəli türk-tatar Ģöbəsində yüksək
səviyyədə dərs deməsinə imkan verir». Həmin xahiĢə
əsasən 18 – X – 1839-cu ildən o , türk-tatar Ģöbəsində
müvəqqəti iĢə qəbul edilir. Bu vəzifədə o 1845-ci ilə
qədər çalıĢmıĢdır. 1855-ci ildə Qazan universitetindən
ġərq dilləri Ģöbəsinin Sankt-Peterburq universitetinə
keçməsi ilə əlaqədar olaraq tədris hissəsinin və qardaĢı
Mirzə Kazım bəyin təkidinə baxmayaraq o, iĢdən azad
edilmiĢdir. Mirzə Məhəmməd Əli Kazım bəy isə ġərq
fəlsəfəsini, islamĢünaslığı Avropa və rus elmini
mükəmməl mənimsəmiĢ çox görkəmli bir alim
olmuĢdur. O, rus xalq maarifinin, dilçiliyin inkiĢafında
eləcə
də
türkologiyanın
inkiĢafında,
habelə
türkologiyanın Rusiyada yayılması və inkiĢafında
misilsiz xidmətləri olmuĢ görkəmli Ģəxsiyyətdir.
Mirzə Məhəmməd Əli Qasım oğlu Kazım bəy 22
iyul 1802-ci ildə Ġranda RəĢt Ģəhərində anadan olmuĢdur.
Onun atası
Hacı Məhəmməd Qasım Kazım bəy ġərqi səyahət
edərkən RəĢt Ģəhərinin qubernatoru Mir Bağır xanın qızı
ilə evlənmiĢdir (1801).
Mirzə Kazım bəyin 5 yaĢı olanda atası Hacı
Məhəmməd Qasımı Dərbənd Ģəhərinə ġeyxülislam dəvət
etmiĢlər. O, bu vəzifədə 1820-ci ilədək iĢləmiĢdir.
Mirzə Kazım bəy 9 yaĢı olanda – yəni 1811 -ci
ildən anası ilə birlikdə Dərbəndə – atasının yanma
köçmüĢ, burada o təhsilini mükəmməlləĢdimiĢdir. Hələ
Ġranda ikən M. Kazım bəy Quranı oxumağa həvəs
göstərirdi. Sonralar atası onun istedadını görüb özü kimi
oğlunu da ġeyxülislam etmək fikrinə düĢdü. Buna görə
də oğlu ilə özü bilavasitə məĢğul olmağa baĢladı.
Atasından ilahiyyatı, ərəb, fars və Azərbaycan dilini
mükəmməl öyrənən Mirzə Kazımbəy 17 yaĢında ikən
«Ərəb dili qrammatikasının təcrübələri» adlı elmi əsərini
yazdı. Atası oğlunun bu istedadını Nəcəf və Kərbola
kimi Ģəhərlərdə oxutmaqla daha da inkiĢaf etdirmək
istəyirdi. Lakin onun arzusu baĢ tutmur. Çar hakimiyyəti
orqanları Hacı Məhəmməd Qasımı Ġran hökumətinə
casusluq etməkdə ittiham edir və əsassız dəlillərlə onu
məhkəməyə verərək 1820-ci ildən HəĢtərxan Ģəhərinə
sürgün edir.
M. Kazım bəy Rusiyadan Ġrana köçmək qərarına
gəlir. Ona görə də heç olmazsa, bir dəfə atası ilə
görüĢmək üçün 1821 -ci ildə HəĢtərxan Ģəhərinə gəlir.
Bir il xristianlar içərisində yaĢayan Məhəmməd Qasım,
oğlunu missionerlərlə tanıĢ edir, islam dininin
üstünlüklərini sübut etməyi xahiĢ edir. Lakin gənc bunun
əvəzində ərəb və fars dillərini bildiyini sübut edir. O,
islam dinini mükəmməl bildiyi kimi, xristianlığın da
mahiyyətini öyrənməyi qarĢısına məqsəd qoyur və bu
məqsədlə yəhudi və ingilis dillərini öyrənir.
M. Kazım bəy 1826-cı ildən Qazan universitetində
ġərq dillori üzrə mühazirələr oxuyur. 1828-ci ildə
türk-tatar dilləri kafedrası yarandığı gündən Kazım bəy
onun müdiri olur. Bu vaxtdan baĢlayaraq onun Ģöhrəti
bütün Rusiyaya yayılır.
1829-cu ildən Londonda kral Asiya cəmiyyəti
Kazım bəyi özünün həqiqi üzvü seçir. 1830-cu ildə
Qazan universiteti onu ġərq dilləri üzrə adyunt seçir.
Həmin il o, fars dilində «Ərəb dili tarixinə bir nəzər» adlı
dissertasiya yazır. Bundan sonra o «Krım xanlığının
tarixinə dair» (1832), «Krım xanlığının tatarlar
tərəfindən alınması (1835) vəs. monumental əsərlərini
yazır. 1839-cıı və 1846-cı illərdə «Türk dili ümumi
sərfi» adlı əsəri ilə dilçiliyimizə böyük töhfə verir. Bu
əsərdə o, Azərbaycan dilinin əsas cümlə-cəhətləri:
fonetik sistemi və qrammatik quruluĢu haqqında
müfəssəl məlumat verir. Əsər indi de türkologiyanın və
Azərbaycan dilçiliyinin ən mötəbər mənbələrindən biri
sayılır.
1845-ci ildə Mirzə Cəfər TopçubaĢovun pensiyaya
getməsi ilə əlaqədar olaraq Peterburq universitetinin
ġərq dilləri kafedrasına dəvət edilir.
V. Qriqoryev yazırdı ki, M. Kazım bəy ərəb-fars,
rus, ingilis, fransız və Azərbaycan dillərini mükəmməl
bilir, həmin dillərdə mühazirə oxuyur və elmi əsərlər
yazırdı.
M. Kazım bəy 1870-cı ildə Sankt-Peterburq
yaxınlığında Pavlov Ģəhərində vəfat etmiĢ, orada da dəfn
olunmuĢdur.
Azərbaycanda da XIX əsrin II yarısından
baĢlayaraq dilimiz bir fənn kimi tədris edilməyə
baĢlamıĢdır. Bu iĢdə S. Ə. ġirvaninin, M. ġ. Vazehin, M.
T. Sidqi, M.Ə.Sabir, Mirzə Əbülhəsən bəy Vəzirov, Səid
Ünsüzadə,
Süleyman
bəy
Vəlibəyov,
C.
Məmmədquluzadə, RəĢid bəy Əfəndiyev, Soltan Məcid
Qənizadə, Həbib boy Mahmudbəyov, Məhəmmədağa
ġahtaxtinski,
N.
Nərimanov,
Mahmud
bəy
Mahmudbəyov, Abbas Səhhət Mehdizadə, Abdulla ġaiq,
Firidun bəy Köçərli, Fərhad Ağazadə və onlarla baĢqa
qabaqcıl ziyalılar dilimizin tədrisi ilə məĢğul olmuĢlar
1
.
20-ci illərdən sonra dilimiz ali və orta məktəblərdə geniĢ
tədris edilməyə baĢladı. Bu vaxtdan baĢlayaraq
Azərbaycan
dilçiliyi
inkiĢaf
edərək
ümumi
türkologiyanın ön xəttinə çıxmıĢdır. Ġyirminci illərin
əvvəllərində Azərbayçan dili və ədəbiyyatı məktəblərdə
tədris edilməyə baĢladı. O vaxtlar öz milli kadrlarımız
kifayət qədər olmadığından baĢqa Ģəhərlərdən dəvət
edilmiĢ alimlər milli filologiya elmimizin inkiĢafına çox
1
A. M. B a b a y c v. «B. V. Çobanzadənin universitet Ibaliyyəti»
A DU elini usurlari filoloji seriya 1970.
1
5 – 6. soh. 45.
kömək edirdilər. Bunlardan Ġ.Ġ.MeĢĢaninovu, N. Y.
Marrı, A. Sa- moyloviçi, N. Asimi, Köprülüzadəni və s.
göstərmək olar. Hə min illərdə – 1924-cü ildə Bakıya
dəvət edilmiĢ prof. B.V.Çobanzadənin adını xüsusi
çəkmək lazımdır. B.V.Çobanzadə (1893 – 1937) milli
filologiya elmimizin banilərindən biri kimi, dilçilik,
ədəbiyyatĢünaslıq, onların tədrisi metodikası sahəsində
çox qiymətli əsərlər yazmıĢdır. Alimin Azərbaycan
elminin və mədəniyyətinin inkiĢafında və milli filoloq
kadrlarımızın hazırlanmasındakı misilsiz xidmətlərini
nəzərə alaraq onun haqqında bir qədər geniĢ məlumat
vermək lazımdır.
Bəkir Çobanzadə 1893-cü ildə mayın 15-də Krım
quberniyasının Qarasubazar kəndində çoban ailəsində
anadan olmuĢdur
1
. 1906-cı ildə RüĢdiyyə məktəbinə
girib 1909-cu ildə həmin məktəbi əliyyül əla
Ģəhadətnaməsi ilə bitirir. Elə həmin il təhsilini davam
etdirmək üçün Türkiyəyə gedərək «Sultaniy- yo»yə
daxil olur. Burada o, eyni zamanda universitetin üç illik
orob və fransız dili üzrə ali kursunda oxuyur. 1915-ci
ildə «Sultaniyyə»ni do əliyyül əla Ģəhadətnaməsi ilə
bitirib vətənə qayıdır və həmin məktəbin zəmanəti ilə
1916-çı ildə Macarıstana gedərək PeĢte universitetinin
filologiya-fəlsəfə fakültəsinə daxil olur. Dörd il Dyul
Nemetin mühazirələrinə qulaq asır. D Nemet ona Ģəxsən
rəhbərlik edir və fərdi məĢğul olurdu. 1919- cu ildə
həmin universiteti də əlaçı diplomu ilə bitirərək fəlsəfə
doktoru adı alır. B. Kaymas həmin diplomda belə
1
B. Kaymas. «Türk dili araĢdırmaları illiyi». Ankara
yazıldığını göstərir: «Macarıstan darülfünununu türk
filologiyası, ərəb və macar ədəbiyyatı tarixi üzrə icmal
edən Bəkir Sidqi əfəndinin imtahanlar nəticəsində
fəlsəfə doktoru ixrac etdiyinə dair»
2
.
Universiteti bitirdikdən sonra D. Nemetin təklifi
və rəhbərliyi ilə «Kodeks – Kumanikusda zahiri ahəng
uyğunsuzlu- ğu və türk dillərində məxrəc bazası
problemləri» adlı doktorluq dissertasiyası müdafiə etmiĢ,
filologiya elmləri doktoru alimlik dərəcəsi adı almıĢdır.
1922-ci ildə Krım universitetinə dəvət edilir , iki ildən
sonra həmin ali məktəbin rektoru olur. 1924-cü ildə
S.A.Ağamalı oğlu onu Bakıya dəvət edir. Həmin ilin
sentyabrında Bakıya gələn alim çox geniĢ elmi və ictimai
iĢ aparır. O, Bakı Yeni Türk Əlifbası Komitəsinin elmi
Ģurasının sədri, Azərbaycan Dövlət Universitetinin türk
dili və ədəbiyyatı kafedrasının müdiri, ġərq fakültəsinin
dekanı, Maarif Nazirliyi nəzdində terminologiya
komitəsinin
rəhbəri,
Azərbaycan
tədqiq-tətəbbö
cəmiyyəti rəyasət heyətinin elmi katibi, həmin
cəmiyyətin tarix vo dilçilik seksiyasının rəhbəri idi. O,
milli filoloq kadrlarımızın hazırlanmasında çox böyük
rol oynamıĢdır. Təsadüfi deyil ki, Azərbaycanın ən
tanınmıĢ filoloqları onun tələbəsi və ya aspirantları
olmuĢdur. Bunlar arasında M. M. DadaĢzadəni, M. A.
ġirəliyevi, M. C. Cəfərovu, F. S» Qasmızadəni, Ə. M.
Dəmirçizadəni, M. H. Hüseynzadəni, Q. K. Bağırovu, Ə.
Cəfəri və baĢqalarını göstərmək olar. 1932-ci ildə o,
Paris Beynəlxalq Linqvistlər cəmiyyətinin üzvü
seçilmiĢdi. Bu qədər ciddi iĢlə məĢğul olmasına
baxmayaraq, Azərbaycan dili və ədəbiyyatı və onların
məktəblərdə tədrisi metodikasına aid ilk əsərləri yazır,
bu sahədəki boĢluğu doldururdu. Cəmi 13 il
respublikamızda
yaĢamasına
baxmayaraq,
milli
filologiya elmimizə 15 kitab və 150-dən artıq elmi
məqalə həsr etmiĢ, Füzuli, Nəvai və «Dədə Qorqud»
dastanlarının dili» adlı nəĢr edilməmiĢ monoqrafiyaları
olmuĢdur.
Türkologiyada özünə Ģərəfli yer tutan ilk ümumi
dilçilik əsəri olan, 1924-cü ildə Bakıda nəĢr edilmiĢ
«Türk-tatar lisaniyyətinə mədxəl» adlı əsəri ilə o,
respublikamızda ümumi dilçiliyin əsasını qoymuĢdur.
Alimin əsas əsərləri təxminən aĢağıdakılardır (təxminən
ona görə deyirik ki, onu həbs edəndə bütün əlyazmarını
məhv
etmiĢlər):
«Türk
dilinin
metodikası»
(Məmmədzadə ilə birlikdə) (1932), «Türk dili» (evdə
pedtexnikum), (Bakı 1928), «Türk dili və ədəbiyyatının
tədrisi üsulu» (I qism 1926, II qism 1927. Əsər M. F.
Axundov adma Respublika kitabxanasının xüsusi
fondunda 494.362 (077) (1- 63) N-li Ģifrlə saxlanılır),
«Türk-tatar dialektolojisi (1927), «Elmi qramerin
əsasları» (Q. Bağırzadə ilə birlikdə) (Bakı, 1932), «Türk
dili» (1928), «Türk dili sərflərinin ümumi qüsurları»
(1925), «Türk qrameri» (F. Ağazadə ilə birlikdə. Əsər
Moskva Dövlət kitabxanasında Azərb. 3 – 5575 a N-li
Ģifrlə saxlanılır, inventar – N- 244 – 72).
Bunlar alimin dərslik və monoqrafiyalarının tam
siyahısı deyil. B. Çobanzadənin əsasını qoyduğu
Azərbaycan elmi dilçiliyi sonradan bütün sahələr üzrə
sürətlə inkiĢaf etmiĢdir.
Dostları ilə paylaş: |