Onun təĢəbbüsü ilə Türkiyədə 1932-ci ildə Türk Dil
Qurumu yaradıldı. Bu qurumun qarĢısında türk dilinin
qədim yazılı mənbələrini axtarıb tapmaq, nəĢrə
hazırlamaq, canlı dialektləri öyrənmək, dilin tarixi və
müasir qrammatikasını
yaratmaq, izahlı və etimoloji
lüğətlərini hazırlamaq və s. kimi vəzifələr qoyulmuĢdu.
Bu iĢdə Rəhmətli Aratın, Besim Atalayın, Battal
Kaymasın, Akah Sirr Ləvəndin və baĢqalarının
xidmətləri böyükdür. Ġndiyədək
türk alimlərinin səyi
nəticəsində
M.
KaĢqarinin,
Ġbn
Mühənnanın,
Hautsimamn lüğətlərini tərcümə vo nəĢr etmiĢlər. Qədim
abidələrdən «Orxon Yenisey», «Dədə Qorqud»,
«Qutadqu bilik», «Koroğlu» və s. kimi abidələr nəĢr
edilmiĢ, onların üzərində ədəbiyyatĢünaslıq və linqvistik
tədqiqlər
aparılmıĢdır.
Universitetlərin
müvafiq
kafedralarında müntəzəm və ardıcıl tədqiqat iĢləri
aparılır. Son dövr alimlərindən Təhsin Banuqu oğlu,
Məcid
Mansur oğlu, Orxan ġaiq Gökyay, F. TemirtaĢ,
Abdulqədir Qaraxan, Məhərrəm Erkin, Zeynəb
Qorxmaz, Vəcihə HəĢumoğlu, Həsən Eren və b.
göstərmək olar. Onların
səyi nəticəsində Türk Dil
Qurumu xətti ilə bir neçə elmi konfrans keçirilmiĢ,
burada türk dillərinin ümumi, aktual problemləri
müqayisəli Ģəkildə müzakirə edilmiĢdir.
Dostları ilə paylaş: