TÜRKOLOGĠYA
ÜMUMĠ
DĠLÇĠLĠYĠN
SAHƏSĠ KĠMĠ
Ümumi dilçilikdə roman, german, slavyan dilçilik
sahəsi olduğu kimi, türkologiya sahəsi də vardır.
Türkologiya geniĢ anlayıĢdır. Belə ki, türk xalqlarının
tarixi, etnoqrafiyası, mədəniyyəti, ədəbiyyatı, yazısı və
dili üzərində aparılan bütün tədqiqatlar türkologiyaya
aiddir. Linqvistik termin olaraq türkologiya türk dilləri
üzərində aparılan elmi iĢləri əhatə edir. Türkologiyanın
tarixi haqqında qədim mənbələrdən məlumat almaq çox
çətindir. Bəlkə də türk dillən üzərində müəyyən
tədqiqatlar olmuĢ vo türk tayfalarının lüğətləri
hazırlanmıĢdır. Lakin Ġslam dininin qəbul edilməsi ilə
əlaqədar olaraq türk xalqlarının hamısının əksər yazılı
elmi ədəbi abidələri məhv edilmiĢdir. Buna görə də
türkologiyanın tarixini XI əsrdən Mahmud KaĢqaridən
baĢlamalı oluruq. Mahmud KaĢqarinin həyatı və
yaradıcılığı haqqında hələlik elmə dəqiq faktlar məlum
deyil. Nə rus, nə də Azərbaycan dilçiliyində alimin
Ģəxsiyyəti və həyatı haqqında dəqiq məlumat verilmir.
Yaxın və Orta ġərqə məĢhur olan M. KaĢqari rus
və Avropa dilçiliyində lazımi səviyyədə tədqiq
edilməmiĢdir. Hamının təsdiq etdiyi bir fikir mövcuddur
ki, M. KaĢqari Çinin Sinsızyan – Uyğur əyalətində
KaĢqar çayının kənarında kiçik bir Ģəhərdə
doğulmuĢdur. Özü türk xalqlarına mənsubdur. Amma
Qolovin, yuxarıda deyildiyi kimi, onu ərəb hesab
etmiĢdir. Bu, yanlıĢ fikirdir. Mahmud KaĢqari əsəri
ərəbcə yazmaqda baĢqa məqsəd izləmiĢdir. Prof. B. V.
Çobanzado M.KaĢqariyə, onun elmi yaradıcılığına ilk
dəfə və layiqli qiymət verərək yazırdı: «Abbasi xilafəti
dövründə xəlifə Əbülqasim Əbdüllah ibn Mühəmməd əl
Müqtədi ba Əmrüllah zamanında (1075 – 1094)
Mahmud ibn əl-hüseyn Mahmud əl KaĢqari tərəfindən
yazılmıĢ «Kitabi divani-lüğət-it-türk» adındakı əsər türk
dilinin qaidələrini və lüğətini ərəbcə izah edir, müəllif
kitabının dibaçəsində özünün «türk, türkmən, oğuz,
çəkiçəkil, yəğmayi, qırğız» lüğətini və qafiyəsini, yəni
dillərini və ədəbiyyatını bildiyini söyləyir. Buxara və
NiĢapurda eĢitdiyi belə bir hadisəni qeyd edir: «Türkcə
öyrəniniz, çünki türklər uzun müddət hökumət
sürəcəklər. Dövlət günəĢinin türklərin səmasında, türk
bürcündə doğduğu bir zamanda M.KaĢqari türkcə
öyrənməyi hər kəsə vacib və lazım bilir»
1
.
M.KaĢqarinin «Kitabi-divani-lüğət-it-türk» əsəri
türk dillərinin leksik, qrammatik xüsusiyyətləri haqqında
ətraflı məlumat verir. Türk dillərindəki ahəng qanunu
haqqında ilk məlumatı M. KaĢqari vermiĢdir. O, habelə
türk dillərinin qrammatik-morfoloji tipi haqqında da
məlumat vermiĢdir. Mahmud KaĢqari Azərbaycanda
olmamıĢdır. Lakin oğuz dilindən bəhs etdiyi üçün
dilimizin mühüm xüsusiyyətlərindən danıĢmıĢdı. Bunu
professor B. Çobanzadə hələ 1924-cü ildə təsdiq edirdi.
Məlumdur ki,
'
Чобатале Б. П. Деятельность научного сошла. ПЧК НТ/\ после
III пленума и проблемы яамка. В сб. «Культура и письменность
Востока». 1930. книга VI стр. 136
.
inqilabdan əvvəl bəzi alimlər – ziyalılar türk
dillorıni qarĢı- qarĢıya qoyur, ya da türk dedikdə bircə
osmanlı Türkiyəsini nəzərdə tuturdular. Əlbotto, bu elmi
hazırlığın azlığı vo məsələyə birtərəfli yanaĢmaqdan irəli
gəlirdi. Bəzi Azərbaycan ziyalıları (məs. Ə. Cavad) türk
dillərinin bir ana kökdən yaranması ilə türk xalqlarının
hamısının Anadolu türklərindən törəməsi məsələsini
qarıĢdırırdılar. Bu məsələ indi də çox böyük əhəmiyyət
kəsb edir. Əlbəttə, türk xalqlarının ümumiliyi, onların
vahid bir ailə təĢkil etməsi, ümumi türki dildən ayrılmıĢ
dillərdə danıĢması heç də bütün türk xalqlarının
dillərinin Anadolu türkcəsindən törəməsini iddia etməyə
əsas vermir. Bu gün türk birliyi, türk dillərinin
yaxınlaĢması vacib olduru Ģəraitdə belə, türk dillərindən
hər hansı birinin Anadolu türkcosinin Ģivəsi hesab
edilməsi demək deyil. Bu, əksinə çox zərərli təmayüldür.
Bu məsələni prof. B. Çobanzadə 1930-cu ildə düzgün
izah etsə də, alimin fikri siyasi təzyiq altında itib- batırdı.
Alim yazırdı: «Azərbaycan dili də osmanlı-türk dili
qədər qədim və müstəqildir. Biz artıq xristian erasının XI
əsrində Mahmud KaĢqarinin monumental əsəri
«Kitabi-divani- lüğət-it-türk» əsərində Azərbaycan
dilinin əsas fonetik və qrammatik xüsusiyyətləri ilə tanıĢ
oluruq. Məlum olduğu üzrə, Azərabycan dilinin
oğuz-qıpçaq qrupundan, səlcuq dialektindən ayrılması
və müstəqilləĢməsi də bu dövrə təsadüf edir»
1
.
M. KaĢqarinin öz əlyazması bizə gəlib
çatmamıĢdır. XIII əsrdə Azərbaycan alimi Məhəmməd
Əssani əsərin üzünü köçülmüĢdür. Əssani nüsxəsini
1919-cu ildə məĢhur türk alimi kilisli müəllim Rifət çap
etdirmiĢdir. Bu əsəri Türkiyədə vo Özbəkistanda
müvafiq dillərə tərcümə edib nəĢr etmiĢlər.
M. KaĢqaridən Ġbn Mühənnaya qədər türk dilləri
haqqında nə qədər deyilib, yazılmıĢsa da onlar
zamanımıza qədər gəlib çatmamıĢdır. Əlseyyid
Cəmaləddin
ibn
Mühənna
özünün
məĢhur
«Kitab-haliyyətül insan və haliyyətül lisan» əsərində
tiirk, fars vo monqol dilləri haqqında geniĢ məlumat
verir. Bu əsər rus ĢərqĢünaslarının diqqətini cəlb
etmiĢdir. 1900-cü ildə Melioranski «Араб филолог о
турецком языке» adlı kitabında bu əsərdən bəhs
etmiĢdir. Melioranski bu əsərin cəmi beĢ nüsxəsi
olduğunu göstərir. Halbuki, Londonda 1240-cı ildə Xəlil
ibn Məhəmməd əl Qidnusinin əldə elədiyi bir nüsxəni
«Türkcə ərəbcə lüğətçə» adı ilə Hutsima 1894-cü ildə
nəĢr etdirmiĢdir.
Özbək alim və Ģairi ƏliĢir Nəvai də türk dilləri
haqqında bəhs etmiĢdir.
Dilçilik tarixindən bəhs edən rus alimlərinin heç
biri – nə F. M. Berezin, nə T. Amirova, nə baĢqaları
türkologiyadan bir dilçilik sahəsi kimi bəhs etməmiĢdir.
«Dilçilik təlimləri tarixi» əsərində F.M.Berezin cəmi
bircə dəfə M.KaĢqarinin adını ərəb dilçisi kimi çəkir
(səh. 15).
Avropada
və
Rusiyada
türk
xalqlarının
mədəniyyətinə, dilinə maraq XVIII əsrdən baĢlayaraq
güclənir
1
. Bu iĢ türk dillərinin faktik materiallarının
toplanması ilə baĢlanır. Belu alimlərdən Q. Miller, T.
1
Баскаков H.A. Введение в изучение тюркских языков. М.
1969. 124
Stralinberq, V. TatiĢev və s. göstərmək olar. XVIII
əsrdən – XIX əsrədək türkdilli xalqların leksik
materialları toplanıb lüğətlər halında nəĢr edilirdi, Bu
iĢdə əslən alman olub, sonra rus təbəəliyini qəbul etmiĢ
V. V. Radlovun (1837 – 1918) xidmətlərini xüsusi qeyd
etmək lazımdır. O, yarım əsrdən artıq bir dövrdə türk
dillərinin
leksik
materiallarını
toplayıb
sistemləĢdirməkdən əlavə, türk xalqlarının ədəbiyyatı və
mədəniyyəti ilə do yaxından maraqlanmıĢdır. Prof. В. V
Çobanzadə türkologiyada ilk dəfə olaraq V. V. Radlovun
iĢinə
yüksək
qiymət
vermiĢdir.
O,
Avropa
türkoloqlarının əsərlərini yüksək qiymətləndirərok V.
Radlovu onlardan fərqləndirir. O, yazırdı: «Bütün bu
alimlər (türkoloqlar –
A. B.)
arasında türkiyyət –
türkoloji elminin əsasını qoyanların birincilərindən olan
Radlovun adı böyük bir yer tutur. Bu zat 1837-ci ildə
Berlində anadan olmuĢ, sonra Barnaulda uzun müddət
yaĢamıĢ, sonra Qazan müsəlman məktəbləri müfəttiĢi,
1884-çü ildə Peterburqda Asiya muzeyi müdiri, Rusiya
Elmlər Akademiyası üzvü və s. olmuĢdur. Özünün bir
çox əsəri içində «Bütün türk ləhcələri, lüğəti təcrübəsi»,
«ġimal türkcəsinin səvtiyyatı»,
«Türklərin xalq ədəbiyyatından nümunələr»,
«Əski türk ləhcəsi haqqında», «Kodeks Kumanikusun
türkcəyə aid məvadi» və s. baĢlıcalardır... Bu böyük və
çalıĢqan almanın topladığı geniĢ material yalnız birinci
elm süzgəçindon keçirilmiĢ olub qalıbi- istifadə bir hala
gəlmək üçün daha çox iĢləmək və ələnmək istər».
V. V. Radlovun «Опыт словаря тюркских
наречий» adlı çoxcildlik lüğəti bir çox qədim və müasir
türk dillərinin leksik və frazeoloji materialı əsasında
yazılmıĢ və 1888 – 1911- ci illər arasında nəĢr
edilmiĢdir. Biitün lüğət səkkiz kitabdan ibarətdir. Dörd
cildin hər birində iki kitab əhatə olunur. Bu lüğət
M.KaĢqari lüğətindən sonra ikinci, XIX əsrdə isə yeganə
müqayisəli lüğətdir. Əsərin «NəĢriyyatdan» hissəsində
oxuyuruq: «Öz zamanı üçün leksik materialın
geniĢliyinə və onun ciddi elmiliyinə vo sistemliyinə görə
Radlov türk leksiko- qrafiyasının ən yüksək nailiyyəti
idi»
1 2
.
Əsərdə müəllifin müqəddiməsindən aydın olur ki,
o, lüğətdə osmanlı, kalmık, qırğız, qara-qırğız (qazax),
tatar, Azərbaycan və s. türk dillərini müqayisə etmiĢdir.
Sözlük türkcədir. Ġzah isə rus və almanca verilmiĢdir. Bu
lüğət indi də öz əhəmiyyətini itirməmiĢdir.
Leksikoqrafıya sahəsində çalıĢan L.Budaqovun
«Сравнительный
словарь
турецко-татарских
наречий» adlı lüğəti do XIX əsr rus türkologiyasının
inkiĢafında mühüm rol oynamıĢdır. XIX əsrdə Rusiyada
türkologiya geniĢ inkiĢaf edirdi. Türk dillərinə marağın
artması həmin dillərin qrammatikalarının yaradılmasını
da Ģərtləndirirdi. M. Kazımbəy, O. Botlinq, B. Doru, O.
Senkovski,
A.
Muxalinski və s. kimi alimlər türk
dillərinin leksikası və qrammatikası üzərində tədqiqat
aparırdılar. Türkologiyanın inkiĢafına kömək edən
faktorlardan biri də bütün ġərq dillərinə, o cümlədən türk
1
В. V. Ço b a n z ad ə. Turk tatar lisaniyyolina mədxəl В 1424. Səh.
ĠKĠ
2
P а л л о в В. В. Опыт словаря тюркских наречий С. I la ерб> pr.
IR4K
dillərinə Rusiya dövlətinin maraq göstərməsi idi.
Rusiyanın ġərqdəki siyasəti tələb edirdi ki, bu xalqlarla
əlaqə yaratmaq üçün göndərilən missionerlər yerli dilləri
bilsinlər. Rusiyada bu dillərin praktik Ģəkildə
öyranilməsi iĢinə də məhz bir mövqedən qiymət verilə
bilər. Rus missionerlərinin «Туземный язык» adlandır-
dıqları türk dillərinin öyrənilməsi onun tədqiqi ilə əlaqəli
Ģəkildə gedirdi. Türk xalqlarının yaĢadıqları quberniya
mərkəzlərində – Bakıda. Tiflisdə, DaĢkənddə və s.
Ģəhərlərdə türk dilləri öyrənilir və səthi də olsa tədqiq
edilirdi. Rusiyanın böyük Ģəhərlərində – ümumiyyətlə,
Rusiyada türk dillərinin tədqiqi tarixi haqqında geniĢ
tədqiqat aparmıĢ A. N. Kononov göstərir ki, türk dilləri
dörd böyük elmi mərkəzdə tədqiq olunmuĢdu: «Qazan
universiteti (X. Fren, Ġ. Xəlfin, M. Kazımbəy. N.
Berezin, M. Mahmudov, N. Katanov, S. Malov və s.);
Moskva universiteti (A. Boldırov, F. Fortunatov, F.
KorĢ, V. Miller və s.); Peterburq (Petroqrad) universiteti
(Mirzə Cəfər TopçubaĢov, sonralar M Kazımbəy. L.
Budaqov, O. Sepkovski, M. Osmanov, P. Mclioraııski,
A. Samoyloviç və s.); Lazarcv adına ġərq Dilləri
Ġnstitutu (L. Lazarev, S. Sokov, V.Miller, F. KorĢ, A.
Krımski, V. Qordlevski, M. Qaffarov və s.)
1
.
Rus alimləri qədim türk yazılı abidələrinin
oxunması, tədqiqi, tərcüməsi və nəĢri iĢində də çox əmək
sərf etmiĢ, türk xalqlarının alimləri ilə yanaĢı iĢləyərək
bu dil ailəsinin tədqiqi və tədrisi ilə məĢğul olmuĢlar. A.
Samoyloviç, N. AĢmarin, N. Baskakov, A. Kononov, A.
1
Кононов А. Н. История изучения тюркских языков в России.
Л. 1972. с. 115.
Borovkov, A. Qordlevski, Ġ. MeĢĢaninov, N. Dırenkova,
A. Koklyanova və onlarla baĢqası həm türkdilli kadrların
hazırlanmasında, həm də türk dillərinin tədqiqi iĢində
ciddi çalıĢmıĢlar.
Türkologiyanın inkiĢafında əsas rolu türk
xalqlarının öz alimləri oynamıĢlar. Azərbaycan – B.
Çobaıızadə, onun tələbələri M. ġirəliyev, Ə.
Dəmirçizadə, M. Hüseynzadə, digər respublikalarda –
P.Əzimov, F. Abdullayev, C. Kenisbayev, ġ. Sarıbaycv,
A. Annaurov, Ə. TeniĢev, C.Amansarıyev, Ə. Nəcib və
onlarla baĢqaları türk dilləri üzərində səmərəli tədqiqat
aparmıĢlar.
Rusiyada türkologiya bir xətt boyunca inkiĢaf
etməmiĢdir. PərəstiĢ dövründə türkizmə qarĢı sanki
müharibə elan edilmiĢdi.
Belə ki, uzun müddət Ural-Altay nəzəriyyəsi
qadağan edilmiĢ, türk dillərinin qohumluğundan
danıĢanlara pantürkist damğası vurulmuĢdu. Siyasət
elmə üstün gəldiyi bir halda bu elmin əsl mənada inkiĢaf
etməsi çox çətin idi. Hətta türk dillərinin eyni mənĢədən
olmasını iddia edənlər xalqın (hansı xalqın?) düĢməm ;
hesab
edilərək
məhv
edimiĢlər.
Bu,
türk
respublikalarında, xüsusən, Azərbaycanda öz faciəli
nəticələrini vermiĢdi, B. Çobanzadə, V. Xuluflu,
Q.Bağırov və baĢqa dilçi alimləri misal göstərmək olar.
TÜRK DĠLLƏRĠNĠN XARĠCĠ ÖLKƏLƏRDƏ
TƏDQĠQĠ
Türk dillərinə maraq ilk növbədə türk xalqlarına
olan maraqdan doğur. Türk xalqlarının zəngin tarixi,
qədim və inkiĢaf etmiĢ ədəbiyyatı, asan öyrənilə bilən
dili Avıopa alimlərinin- türkoloqlarının diqqətini cəlb
edirdi. XIX əsrdə bıı iĢ sistem Ģəklində həyata
keçirilməyə baĢlandı. Almaniyada bütün elm sahələri ilə
yanaĢı, türkologiya da yaranıb inkiĢaf edirdi.
Almaniyada türkologiyanın inkiĢafı təsadüfi
deyildi. Çünki bu əsrdə dilçiliyin və fəlsəfənin inkiĢafı
butün dünyada birinci yerdə idi.
[ V. Banq, K. Brokelman, K. Foy. Q. BerqĢtresser,
T. Veyl və baĢqaları türk dillərinə böyük maraq
göstərirdilər. Almaniyada türk dillərinin tədqiqi Berlində
Humboldı
adına Universitetdə, habelə Leypsiq
Universitetində aparılır. K.Həzayi, P. Tisma, Ġ. Vamke,
Meyer, X. ġteyn və baĢqalarının türkologiya sahəsindəki
təqdirəlayiq xidmətləri vardır. PolĢada da türkologiyaya
maraq çoxdan baĢlamıĢdır. PolĢada türkologiyadan bəhs
edərkən ilk növbədə məĢhur alim A. Zayon- çkovski
haqqında danıĢmaq lazımdır. Bu alim uzun illər türk
dillərinin yazılı abidələri üzərində tədqiqat aparmıĢ və
hətta dilçiliyə «türki dil» terminini gətirmiĢdir. Prof. F.
R. Zeynalov alimin xidmətlərindən danıĢaraq yazır: «O,
qədim türk dilləri, abidələri ilə yanaĢı, müasir dillərlə də
məĢğul olur, leksiko- qrafıya sahəsində də fəaliyyət
göstərirdi. Onun on sanballı əsəri qədim Xəzər dilinə
həsr olunmuĢdur (1949). Sonralar o, Cəmaləddin-ət
Türkinin tərtib etdiyi «Kitabu bulqan almuĢtaq
fil-luğət-it-türk Vəl-qifçak» adlı ərəb-qıpçaq lüğətini
tərcümə və Ģərh edərək nəĢr etmiĢdir (1954 – 1958).
A.Zayonçkovskinin son illərdə hazırladığı ən görkəmli
əsəri Qütbün «Xosrov vo ġirin» poemasıdır (1958 –
1961)».
A. Zayonçkəvskidən baĢqa, L. Levitski, A.
Dubinski və baĢqaları da türk dillərinə daxil olan türk,
tatar, karaim, yakut, çuvaĢ və s. dillər üzərində tədqiqat
aparmıĢlar.
Demək lazımdır ki, 1970-ci ildə A. Zayonçkovski
vəfat etdikdən sonra onun yaratmıĢ olduğu türkologiya
məktəbi zəifləmiĢ. ġərqĢünaslıq Ġnstitutu bağlanmıĢdır.
Macarıstanda
türkologiyanın
inkiĢafı
qeyri-Avropa ölgə- lorino nisbətən daha baĢqa Ģərtlərlə
bağlıdır. Əgər almanlar, çexlər, rumınlar və b. xalqlar
türk dilləri ilə XIX əsrdən maraqlanırdısa, macarların
türkdilli hunlarla əlaqəsi 1500 ildən artıq bir dövrü əhatə
edir. Türkdilli xalqlar Macarıstan ərazisinə köçdükdən
sonra macar-türk dilləri əlaqəsi daha da gücləndi.
Tarixdən məlumdur ki, XV əsrdə Macarıstan Osmanlı
imperiyası tərəfindən iĢğal edilmiĢ, burada türk nüfuzu
geniĢlənmiĢdir. Əvvəllər Macarıstanda türk dillərinin
leksik materialı toplanıb lüğətlər tərtib edilirdisə, XIX
əsrdə Avropada yaranan dilçilik məktəblərinin təsiri ilə
burada da əsl türkoloji tədqiqlər baĢlanır. A.Vamberi, Ġ.
KunoĢ kimi alimlər türk, tatar, çuvaĢ, baĢqırd vo s. dilləri
tədqiq edirlər. XX əsrin əvvəllərində Z.Tombots türk
dilləri üzərində aparılan araĢdırmalara rəhbərlik edirdisə,
əsrimizin ortalarında bu iĢə D. Y. Nemet baĢçılıq etdi. O,
PeĢte universitetində qədim və müasir türk dillərinin
fonetikası, leksika vo qrammatikası üzərində geniĢ
tədqiqat aparır və türk dillərini müqayisəli Ģəkildə tədris
edirdi. D. Nemet Azərbaycan dilçiliyinin görkəmli
nümayəndələrindən biri B. V. Çobanzadənin də elmi
rəhbəri olmuĢdur.
Müasir dövrdə iki elmi mərkəzdə – Macarıstan
EA-da və BudapeĢt Universitetində türk dilləri tədqiq
edilir.
Görkəmli macar türkoloqları içərisində D.
Nemetin, C. Kakukun, T. Halasi-Kunun, A. Rona-TaĢın
vo b. adlarını çəkmək olar. XIX – XX əsrlərdə
Rumıniyada,
Bolqarıstanda,
Yuqoslaviyada,
Çexo-Slovakiyada və s. Avropa ölkələrində türk dilləri
tədqiq edilməyə baĢlamıĢ, indi də davam etməkdədir.
Dostları ilə paylaş: |