MÜASĠR DÜNYA DĠLÇĠLĠYĠ HAQQINDA
QISA MƏLUMAT
Dünyada elə bir mədəni xalq yoxdur ki, dil
haqqında bu və ya digər dərəcədə fikir yürütməsin. Elə
bir inkiĢaf etmiĢ ölkə yoxdur ki, orada dilçilik
konsepsiyası olmasın. BaĢqa elmlər kimi dilçilik də bir
ölkədə geniĢ yayılmıĢ, baĢqasında zəif inkiĢaf etmiĢdir.
Bu, birinci növbədə dünya xalqlarının bir- birinin dilinə
olan marağı ilə bağlıdır. Müasir dünya dilçiliyi bütün
ölkələrdə yayılmasına baxmayaraq, bu elm bir ölkədə
daha çox inkiĢaf edərək məktəbə, nəzəriyyəyə çevrilmiĢ,
baĢqasında isə aĢağı səviyyədə qalmıĢdır. Müasir dünya
dilçiliyi dedikdə isə əvvəl: ənənəvi dilçilik,
strukturalizm:
Danimarka
qlossematikası,
Çexo-Slovakiya
funksional
dilçiliyi,
Amerikan
deskriptivizmi və etnolinqvistikası nozordə tutulur.
Ənənəvi dilçilik. Dünyanın ən qabaqcıl dilçilik
məktəblərindən biri olan ənənəvi dilçilik müqayisəli
tarixi metoda əsaslanır. Müasir qrammatikaların, demək
olar ki, hamısı ənənəvi dilçilik nümunosidir. Ənənəvi
dilçilik
dedikdə
yalnız
ənənəyə
bağlı
olub
modernləĢməkdən uzaq bir dilçilik nəzərdə tutulmur.
Ənənəvi dilçilik dil faktlarının forması ilə yanaĢı,
mahiyyətinə də fikir verir. Belə ki, söz birləĢmələri
arasındakı semantik münasibətlər, cümlə üzvləri
arasındakı
həm
qrammatik-sintaktik,
həm
də
semantik-məntiqi
mənasibətlər ənənəvi dilçiliyin
diqqətindən yayınmır. Bundan əlavə, ənənəvi dilçilik dil
faktlarının dil sistemindəki yerini, onların sintaktik
funksiyasını müqayisəli-tarixi dilçiliyin qənaətləri
mevqeyindən izah edir. Ġstər nitq hissələrinin bölgüsü,
istərsə də cümlə üzvlərinin və cümlə tiplərinin
müəyyənləĢdirilməsi
ənənəvi
dilçiliyə
əsaslanır.
Ənənəvi dilçilik belə hesab edir ki, dil sisteminə daxil
olan bütün vahidlərin dildəki mövqeyini müəyyən-
ləĢdirərkən onların forması (tipi) ilə yanaĢı, mahiyyətini
də nəzərə almaq lazımdır. Bu cəhət ənənəvi dilçiliyi
struktura-
üzmə yaxınlaĢdırır. Ənənəvi dilçilik
müqayisəli-tarixi metoda əsaslandığı üçün riyazi,
eksperimental və s. bu kimi metodları o qədər də məqbul
saymır. Dilin mahiyyəti, funksiyaları, cəmiyyətdəki rolu
və s. ekstralinqvistik cəhətləri də ənənəvi dilçilikdə
öyrənilir. Dil inkiĢafının prosesləri, mərhələləri,
qarĢılıqlı əlaqələri və s. ənənəvi dilçiliyin obyektinə
daxildir.
Strukturalizm.
Dünyanın
qabaqcıl
dilçilik
məktəblərinin çoxu struktur metoda əsaslanır. Görkəmli
Ġsveçrə dilçisi Ferdinand de Sössürün təlimi əsasında
formalaĢan Avropa və Amerika strukturalizmi iki ən
böyük qola ayrılır. Ümumiyyətlə, dünyada struktur
dilçilik məktəbi çoxdur. Onların hər biri F. de Sössür
təlimindən müxtəlif cəhətləri götürür. Bütün struktur
dilçilik məktəbləri üçün ümumi bir cəhət bundan
ibarətdir ki,
onlar dildən kənar faktorları rədd edir, yalnız dil
iĢarələrini) təĢkil etdiyi dil strukturunu öyrənir. Bu
səbəbdən də semiotik; struktur dilçiliyin əsasını təĢkil
edir. Avropada struktur dilçilik «gənc qrammatiklər»in
əsas kimi qəbul etdikləri dil faktlarınır toplanması, lakin
onları sistem halında götürüb dil strukturundakı yerini
müəyyənləĢdirməmək kimi meyllərini tənqid etməklə
yaranmıĢdır.
Struktur
dilçilik
dil
vahidlərinin
(iĢarələrinin) qarĢılıqlı əlaqə və münasibətlərinə də
əhəmiyyət verir. (Bununla o, ənənəvi dilçiliyə
yaxınlaĢır).
Ferdinand de Sössür vəfatından üç il sonra nəĢr
edilmiĢ olan «Ümumi dilçilik kursu»nda dörd əsas
müddəa irəli sürmüĢdür ki, bu müddəaların hər biri
sonradan yaranmıĢ struktur dilçilik məktəbinin elmi
əsası olmuĢdur. Həmin əsərdə alim iddia edirdi ki,
«Dilçiliyin həqiqi obyekti dildir», «Dil xüsusi
sistemdir», «Dil substansiya deyil, formadır», «Dilin hər
vəziyyətindo hər Ģey münasibətlərə əsaslanır». Bu
müddəalar struktur dilçiliyin təməl daĢıdır. Burada alim
dil elementlərinin spesifika, sistem, forma və münasibət
cəhətlərini təsdiq edir.
Ferdinanad de Sössürün təlimində aĢağıdakı
problemlər (dixotomiyalar) aparıcı sahələrdir: dil və
nitq; dil sistem kimi; dil iĢarəsi sistemi ; sinxroniya və
daxroniya ; xarici və daxili dilçilik ; sintaqmatik və
assosiativ əlaqələr.
50-ci illərdə strukturalizm çox güclü surətdə
inkiĢaf edib, ənənəvi dilçiliyi sıxıĢdırmağa baĢlamıĢdı.
Sonralar ənənəvi dilçilik öz sabitliyini qoruyub saxlaya
bildi. Strukturalizmin görkəmli nümayəndələrindən V.
N. Belozarovu, A. A. Zoleznyanı, L.R.Zinderi, V.N.
Ġvanovu, Y.Ġ.Levini, M.Ġ.Lekomtsevi, Ġ.Ġ.Revzini və
baĢqalarını göstərmək olar. Ġ. Ġ. Revzin strukturalizmin
osas cəhətlərindən bəhs edərək yazır: «ModelləĢdirmə
ideyası ilə bağlı olan təbii dillərin tədqiqinə mücərrəd
yanaĢma buna gətirib çıxardı ki, təbii dillər iĢarələr
sisteminin xüsusi hissəsi kimi öyrənildi. Dilçilik isə
tədricən semiotikanın tərkib hissəsi oldu.
Semiotika – iĢarələr sisteminin qanunları və
funksional fəaliyyətinin ümumi cəhətləri haqqında
elmdir»
1
.
1
Revzin. Ġ. 1. Sovremenaya struktunaya
linqvistika. M. 1977. s. 33. 148 150
I Praqa funksional dilçiliyi. Bu məktəbin adı
dilçilik
■
ədəbiyyatında müxtəlif cür çəkilir; funksional
dilçilik, Praqa
■
dilçiliyi, Praqa funksional dilçiliyi, funksional
Çexo-Slovakiya dilçiliyi. Bu məktəbin yaranması Vilem
Mateziusun adı ilə
bağlıdır. O, 1926-cı ildə Praqa Ģəhərində dəmək
təĢkil etmiĢ və F. de Sössürün təlimindəki əsas
müddəalardan dil sistemini və spesifikasını nəzərə
almıĢdır. Avropa və Amerikanın baĢqa struktur dilçilik
məktəblərindən fərqli olaraq, funksional dilçilik məktəbi
nümayəndələri dil vahidlərinin məna cəhətinə də əhə-
miyyət verir. Bununla belə, onlar hər bir dil vahidini və
bütövlükdə dili funksional fəaliyyətdə qiymətləndirirlər.
Əslində bu düzgündür. Çünki hər bir dil faktı öz
mahiyyətini fəaliyyət prosesində reallaĢdırır. Funksional
dilçiliyi ənənəvi dilçiliyə yaxınlaĢdıran cəhətlər də
vardır. Belə ki, dildəki ekstralinqvistik faktorlara
əhəmiyyət verməklə onlar müqayisəli-tarixi dilçilik
prinsiplərinə əsaslanırlar. Funksional dilçilər belə hesab
edirlər ki, dilçilik məntiq vo fəlsəfədən ayrılmalıdır.
Praqa
dilçilik
məktəbinin
nümayəndələri
funksional əlaqə dedikdə dil vahidlərinin vahid bir
struktur daxilində bir-birindən asılılıq münasibətlərini
deyil, qarĢılıqlı əlaqəni nəzərdə tuturlar. Bu cəhətlə onlar
dilin ən kiçik vahidi olan fonemlərin də müstəqil iĢarə
kimi müəyyən funksiya daĢıdığını bir daha təsdiq etdilər.
Beləliklə, onlar fonologiyanın müstəqil dilçilik sahəsi
kimi elmi əsasını qoydular.
Funksional dilçiliyin on görkəmli nümayəndələri
aĢağıdakılardır: V. Matezius, B. Trika, U. Vaxek,
V.Skaliçka, N. S. Trubetskoi, R. O. Yakobson və s. Bu
alimlərin hər biri həmin məktəbin bir sahəsinin əsasını
qoymuĢlar. Belə ki, Vilem Matezius cümlənin aktual
üzvlənməsi (tema, rema problemi), N. S. Trubetskoy –
fonologiya prinsiplərini, habelə «dil ittifaqı» anlayıĢını,
R. Yakobson isə diaxronik tədqiqatda və dilin diaxronik
inkiĢafında sistem anlayıĢını irəli sürmüĢdür. Bu alimlər
içərisində rus alimi N. Trubetskoyu xüsusi qeyd etmək
lazımdır. O, özünün fonologiyaya həsr edilmiĢ əsərini
alman dilində yazmıĢdır. Əsər müəllifin ölümündən
sonra ana dilinə tərcümə edilmiĢdir. Bu əsərdə N. S.
Trubetskoy
fonologiyanı
bir elm sahəsi kimi
əsaslandıraraq yazırdı: «Nitq səsləri haqqında bir deyil,
iki elm yaratmaq təklif edilir. Onlardan biri nitq aktına,
digəri isə dilə yönəlməlidir. Müvafiq olaraq səslər
haqqında hər iki elm tədqiqat üçün tamamilə müxtəlif
metodlar totbiq etməlidir. Nitq aktı səsləri haqqında elm
hansı ki, konkret fiziki hadisələrlo əlaqədardır, o. təbii
metodlardan istifadə etməlidir. Dil səsləri haqqında elm
isə, əksinə, linqvistik (yaxud sosial-elmi) metodlardan
istifadə etməlidir. Biz nitq aktı səsləri haqqındakı elmi
fonetika, dil səsləri haqqındakı elmi fonologiya
adlandırırıq»
1
.
Praqa funksional dilçilik məktəbi son illərdə daha
böyük uğurlar əldə etmiĢdir. Onun bəzi müddəaları
Almaniyada da özünə tərəfdarlar tapmıĢdır. Ġndi dil
vahidlərini, səsləri, morfemləri, leksemləri, cümlə
üzvlərini və cümlələri funksional fəaliyyət prosesində
götürmək və onların öz potensial imkanlarını
reallaĢdırma yolları həm dilçilik nümayəndələrinin, həm
də Z.ġmidt, A. Dresler kimi alman dilçilərinin
konsepsiyalarının əsasını təĢkil edir.
Praqa funksional dilçiliyi əsasında yaranana «Mətn
dilçiliyi» müasir dilçiliyin on aparıcı sahələrindəndir.
XX əsrin II yarısından baĢlayaraq bu sahə Azərbaycanda
da geniĢ tədqiq edilir. Bu sahədə K.M.Abdullayevin,
Ə.Abdullayevin, A.Y.Məmmədovun, N.Novruzovanın
və b. adlarını xüsusi çəkmək lazımdır.
Müasir alman dilçiliyi. Almaniyada nəzəri
dilçiliyin əsasları hələ XIX əsrdə qoyulmuĢdur. XX əsrin
birinci yarısında burada dilçilik tədqiqatları bir qədər
azalır. 20-ci illərdən baĢlayaraq Almaniyada həm
struktur dilçilik, həm də müqayisəli-tarixi dilçilik inkiĢaf
edir. Dilçilik sahəsində bir çox konsepsiyanın vətəni
Almaniya olmuĢdur. Yuxarıda adlarinı çəkdiyimiz
Ziqfrid ġmidt və Avqust Dresler mətn linqivistikası və
sintaktik tam üzərində yeni tədqiqatları ilə diqqəti cəlb
edirlər. Onlar sübut etdilər ki, mətn dil vahididir.
Beləliklə, dilin ən böyük vahidi kimi cümlə öz statusunu
itirir. Onlar habelə mətnin quruluĢu, sxemi, hüdudu və
növləri haqqında ideyalar irəli sürdülər. Almaniya
Elmlər Akademiyası Dilçilik
1
Зиндер
Л.
P. «Общая
фонетика». M. 1979. стр. 7 – 8. 152
Ġnstitutuna uzun müddət rəhbərlik etmiĢ Günter
Foydel müasir alman dilinin aktual problemlərini tədqiq
etmiĢdir. Almaniyanın ali məktəblərində dərslik kimi
istifadə edilən V. ġmidtin «Alman dili nəzəriyyəsi» adlı
əsəri dilə yeni mövqedən yanaĢma əsasında yaranmıĢdır.
K. F. Mayer isə dil, və təfəkkür problemlərini
iĢıqlandırır. Almaniyada yeni yetiĢən dilçilər nəsli yeni
Humboldtçuluqdan tədricən uzaqlaĢırlar.
1
Almaniyada
müxtəlif
problemlər
üzərində
aĢağıdakı alimlər iĢləyir:
1)
Vilhelm
ġmidt
–
nəzəri
dilçilik.sosialinqvistika.
2)
Verner Noyman – struktur dilçilik,
sosialinqvistika.
3)
Rudolf Qrosse – dialektologiya. Alman
ədəbi dili problemi üzrə.
4)
Qabriele ġib – alman dili tarixi.
5)
Ġ. ġmidt – alman dili tarixi, ədəbi dilin
normaları məsələsi.
6)
Renata BauduĢ – alman dilinin
leksikologiyası.
7)
Rut
Klapenbax
– alman dilinin
leksikoqrafıyası.
8)
Ġoannes Fridrix – yazı problemləri və s.
Danimarka qlossematikası. Danimarka və ya
Kopenhagen qlossematikası öz ideyasını F. de Sössür
təlimindən alan Avropa struktur dilçiliyinin inkiĢaf etmiĢ
qollarındandır.
Danimarka
qlossematikasının
ən
görkəmli nümayəndələri – V. Broyndal, L. Yelmslev, X.
Uldall və baĢqalarıdır.
Qlossematika termini «qlossa» – söz haqqında elm
deməkdir. GeniĢ menada qlossematika sözün, daha
doğrusu, dil vahidlərinin təcrübəyə qədər və təcrübəsiz
anlaĢılmasını əsas götürən, onun «substansiyasına»
diqqət verməyən dilçilik cərəyanıdır. Qlossematiklər dili
çılpaq əlaqələr sistemindən ibarət hesab edirlər. Onlar
belə hesab edirlər ki, dil vahidlərinin oxĢar və fərqli
cəhətlərini müqayisə edərək aĢkara çıxarmaq lazım
deyil. Qlossematika məktəbinin nümayəndələrinin
əsaslandığı apriora metodu əslində idealist metod olub
sübut etməyə çalıĢır ki, dil faktları haqqında məlumatı
biz onları təcrübi Ģəkildə
Öyrənmədən daha əvvəl alırıq. Məzmun, ifadə,
semantik- məntiqi cəhətlərinin öyrənilməsi, habelə
cümlə üzvləri və mürəkkəb cümlə tərkibinə daxil olan
sadə cümlələrin sintaktik və semantik münasibətlərinin
öyrənilməsi inkar edilir. Beləliklə, onlar dili sırf əlaqələr
sistemi kimi götürüb, onun yalnız struktur cəhətlərinə
əhəmiyyət verirlər.
Amerika deskriptivizmi. Deskriptiv sözü ingiliscə
des- kription sözündən olub, təsvir deməkdir. Deskriptiv
dilçilik struktur dilçiliyin bir Ģaxəsidir . Amerikada
dilçilik elmi Avropaya nisbətən çox gec yaranmıĢ və
əslində praktik tələbdən irəli gəlmiĢdir. Belə ki,
Amerikada hinduların dillərinə maraq artdıqdan sonra
yazısı olmayan dilləri, tədqiq etmək, onlar üçün yazı
sistemi yaratmaq yeni bir sahəni «Amerikanistika»
sahəsini yaratdı. Həmin məktəbin banisi Frans Boas
(1858 – 1942) hinduların dili üzərində təsvir-tədqiq iĢləri
aparır.
Bundan
əlavə,
deskriptiv
məktəbinin
nümayəndələri
ġimali
və
Cənubi
Amerika
Eskimoslarının, Kvakitul, Omeyda, Tsimit və s. dillərini
tədqiq etməyə baĢlamıĢdılar.
Deskriptiv dilçiliyin əsas müddəaları həmin
məktəbin banisi F. Boasın 1911 -çi ildə nəĢr etdirdiyi
«Amerika hindularının dillərinə aid rəhbərlik» adlı
əsərinin giriĢ hissəsində verilmiĢdir. Burada o, göstərirdi
ki, hər bir dil öz xüsusi tipi, səsləri, forma və mənası
əsasında təsvir edilməlidir. Buradan aydın olur ki,
deskriptiv dilçilik dil vahidlərinin tədqiqini –
mahiyyətcə araĢdırılmasını ikinci plana çəkirlər. Və belə
bir yanlıĢ nəticəyə gəlirlər ki, dilçiliyin əsas vəzifəsi dili
tədqiq etmək deyil, təsvir etməkdir. Bu səbəbdən do
onlar heç özlərinin danıĢa bilmədikləri hinduların,
eskimosların və s. dilləri üzərində iĢ aparmağa
baĢladılar.
Bundan sonra amerikan dilçiliyində dilə, onun
hərtərəfli öyrənilməsinə həvəs daha da artır. Belə ki,
1924-cü ildə «Amerika dilçilik cəmiyyəti», 1926-cı ildə
həmin cəmiyyətin nəzdində dilçilik institutu təĢkil edilir.
Ölkənin Harvard, Miçiqan, Pensilvan universitetlərində
və baĢqa elmi müəssisələrində dillərin tədrisi baĢlanır.
Dərslik və qrammatikaların hazırlanması üçün zərurət
yaranır. Buna görə də görkəmli Amerika dilçisi Leonard
Blumfildin 1933-cü ildə məĢhur «Dil»
adlı əsəri meydana gəldi. Bu əsər deskriptıv
dilçiliyin ən görkəmli nümunəsi idi. Bu əsərdə müəllif
dil faktlarının çılpaq Ģəkildə təsvirini verməklə avropalı
həmkarları olan qlosse- matiklərə yaxınlaĢır, digər
tərəfdən isə dilçiliyi dəqiq elmlər cərkəsinə keçirməyə
cəhd edirdi. Blumfild «Dil» adlı əsərində bir sıra
cəhətlərlə öz sələflərindən ayrılır. Belə ki, o, dildə gedən
fonetik dəyiĢikliyi zəruri, qanunauyğun və analoji əsasda
baĢ verən hadisə hesab edir və belə bir qərara gəlirdi ki,
dildə səs dəyiĢmələri müntəzəm gedir. Blumfild dili
cəmiyyət həyatının üzvi atributu hesab edirdi. Dilin
nitqdən fərqini düzgün müəyyənləĢdirən L. Blumfild
məhz nitqi ünsiyyət vasitəsi, danıĢanla dinləyən arasında
əlaqə yaradan vasitə hesab edirdi. Blumfıldin bir sıra
dünyakörüĢləri Avropa müqayisəli-tarixi dilçiliyilə də
səsləĢir. O, formadan bəhs edərkən bütövlükdə dil
sözündən istifadə edir və burada məna əlaqələri do
axtarırdı.
L. Blumfild qrammatika məsələlərində də orijinal
mövqe tuturdu. O, qrammatikanın özünü forma hesab
etməkdən əlavə, dildə sadə və mürəkkəb formalar
olduğunu da göstərirdi.
Blumfildin vəfatından sonra Z.Harris «Struktur
dilçilikdə metodlar», Q. Qlison «Deskriptiv dilçiliyə
giriĢ» əsərləri ilə deskriptiv dilçiliyi daha da inkiĢaf
etdirdilər. Deskriptiv dilçiliyin inkiĢafı Amerikada yeni
dilçilik sahələrinin: nyazı dilçilik, kibernetika dilçiliyi,
maĢın dilçiliyi və baĢqa sahələrin meydana gəlməsinə
səbəb oldu.
Amerikan etnolinqvistikası. Adından göründüyü
kimi, etnolinqvistika dili etnoqrafiya, mədəniyyət tarixi,
psixologiya, antropologiya sahələri ilə əlaqəli Ģəkildə
götürür. Doğrudan da, dilin mənĢəyi, dil strukturundakı
özünəməxsusluq və s. Cəhətlər yuxarıdakı problemlərlə
az və ya çox dərəcədə əlaqədardır. Bu, xüsusilə xalqın
tarixini, onun ənənəsini dil materialı əsasında öyrənirkən
meydana çıxır. Məlumdur ki, dili xalq əxlaqı, ruhu,
ənənəsi, tarixi və s, ilə əlaqələndirmək ideyasını V, F.
Humboldt meydana atmıĢ, F. Boas Amerikada bu fikri
geniĢləndirmiĢdi. Bu ideyalar əsasında da Amerikada
yeni bir dilçilik məktəbi – etnolinqvistika yarandı. Yeri
gəlmiĢkən göstərmək lazımdır ki, etnolinqvistika
deskriptiv dilçiliklə demək olar ki, eyni vaxtda yaranmıĢ
və özünə daha çox tərəfdar tapmıĢdır.
Bunun səbəbi, hər Ģeydən əvvəl, etnolinqvistikanın
daha sado ideyalara malik olması idi. Amerikan
etnoiinqvistikasının banisi və ən görkəmli nümayəndəsi
Edvard Sepir (1884 – 1934) idi. O, «Dil» (1921) və
«Dilçiliyin elm kimi mövqeyi» (1926) əsərlərində
etnolinqvistikanı elmi cəhətdən əsaslandıraraq dili xalq
həyatı, mənəviyyat tarixi, ənənəsi və s. cəhətlərlə
əlaqələndirirdi. O, etnolinqvistikanın əsasını qoysa da,
desk- riptiv dilçiliyin də inkiĢafında mühüm rol
oynamıĢdır. E. Sepir dili cəmiyyət həyatı, onun
dünyagörüĢü ilə sıx bağlayırdı. O, belə hesab edirdi ki,
dil nəinki xalqın keçmiĢ mədəniyyət tarixini öyrənməyə
kömək edir, habelə cəmiyyətdə mədəniyyətin gələcək
inkiĢafı üçün də çox mühüm rol oynayır. O, habelə dili
insan davranıĢı ilə də əlaqələndirirdi. Edvard Sepirin
davamçısı Bencamenli Uorfdur (1897 – 1941). Uorföz
müəllimi (onun mühazirəsini dinlədiyi və dilçilik
ideyalarının təsiri altına düĢdüyü üçün E. Sepiri
müəllimi hesab edirdi) E.Sepirin fikirlərini daha da
dərinləĢdirmiĢdi. Uorf fəlsəfi anlayıĢlar olan zaman və
materiya anlayıĢlarının müxtəlif dillərdə müxtəlif cür
təzahür etməsini dilin daxili mahiyyətində məkan və
zaman anlayıĢlarının müxtəlif dillərdə müxtəlif cür ifadə
edilməsini dilin qrammatik quruluĢunda deyil, xalq
ruhunda axtarırdı. Bu əlbəttə yanlıĢ fikir idi.
Dünya strukturalizmində ümumi çəhət olaraq
aĢağıdakıları göstərmək olar:
1.
Dil müəyyən strukturdan ibarətdir. O, qarĢılıqlı
əlaqəli,
bir-birini Ģərtləndirən elementlərin məcmusudur.
2.
Dil hər Ģeydən əvvəl sinxron Ģəkildə
öyrənilməlidir.
3.
Dilin öyrənilməsi onun formasından çıxıĢ edərək
aparılmalıdır.
4.
Dilçilik çalıĢaraq dəqiq elmlər sırasına
keçməlidir.
Kiçik fərqlərlə Amerika dilçiliyini üç məktəbə
(istiqamətə) ayırmaq olar:
l.
Blunfildin
tələbəsi olan Yel məktəbinin
nümayəndələri - C.Treycer, B.Blok, Z.Hərris, Y.Smit;
2.
En-Arbar
(Miçiqan
Ģtatı)
məktəbinin
nümayəndələri - K.Payk, C.Friz, Y.Nayda;
3.
Transformasion təhsil məktəbi nümayəndələri
- N.Xomski, P.Liz. Son vaxtlar U.Çeyfın tədqiqatları
diqqəti daha çox cəlb edir.
Dostları ilə paylaş: |