Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   67
Maili quyular

Şaquli quyu
– quyu lüləsinin şaquldan inhiraf bucağı 5
0
-ni 
keçməyən quyulardır. 
çoxdibli. küt quyular 
Şəkil 1.2. Quyuların tipləri 
Maili istiqamətlənmiş quyu
– quyu lüləsinin şaquldan 
inhiraf bucağı 5
0
-dən çoxdur. Maili quyu elə quyuya deyilir ki, 
onun dibi, ağzının dib səviyyəsindəki üfqi müstəvi üzərinə 
proyeksiyasına nisbətən istənilən istiqamətdə uzaqlaşmış olsun. 
Bu zaman quyu ağzının və dibinin üfqi proyeksiyaları 
arasındakı ən yaxın məsafə maili quyunun inhirafı, yaxud 
şaquldan uzaqlaşma məsafəsi adlanır. 
Üfüqi quyular
– elə quyulara deyilir ki, lülənin şaquldan 
inhiraf bucağı 80-90
0
–yə qədər təşkil edir. Üfüqi qazımanı 


18 
fərqləndirən başlıca cəhət quyu lüləsinin məhsuldar layla 
görüş sahəsinin böyük olması, həmçinin lay flüidlərinin müstəvi 
üzrə paralel axınını (şaquli və maili quyularda radial axımdan 
fərqli olaraq) təmin etməkdir. 
“Təbiətdə düz xətt yoxdur” və neftlə doymuş məhsuldar 
laylar üçün də tam üfüqi laylar yoxdur və yerin təkində laylar 
müəyyən dərəcədə maili, bir çox hallarda ciddi maili vəziyyətdə 
yerləşir, onda belə çıxır ki, 90
0
-yə yaxın üfüqi quyu qazımağa 
ehtiyac yoxdur. Deməli, bu tip quyuları optimal trayektoriya ilə 
layın yatım istiqamətində qazımaq lazımdır. Ona görə də üfüqi 
quyular layın içərisində verilmiş azimuta malik müəyyən 
uzunluqlu intervalı olan quyulardır. 
Küt quyular
- Küt qazıma dedikdə, məhdud ölçülərə malik 
meydança üzərindən ağızları bir-birinə yaxın olan maili 
quyuların qazılması başa düşülür. 
Çoxlüləli quyular
əsas lülədən bir və ya bir neçə əlavə 
lülənin ayrılmasından ibarətdir. Əgər lülənin şaxələnmə nöqtəsi 
məhsuldar laydan yuxarıda yerləşirsə, onda belə quyular 
çoxlüləli adlanır (ÇLQ).
Çoxdibli quyular
əsas lülədən bir və ya bir neçə əlavə 
lülənin ayrılmasından ibarətdir. Əgər lülənin şaxələnmə nöqtəsi 
məhsuldar layın içərisində yerləşirsə, belə quyular çoxdibli 
adlanır. (ÇDQ). 
İki və daha çox şaxəli lüləsi olan quyular çoxlüləli və ya 
çoxdibli quyular adlanır (şəkil1.3). Çoxlüləli quyular çoxdibli 
quyulardan nə ilə fərqlənir? 
Çoxlüləli və çoxdibli quyular arasında əsas fərq 
şaxələnmə nöqtələrinin fərqli olmasıdır. Başqa sözlə desək, 


19 
quyunun əlavə lülələri, əsas lülədən məhsuldar layın yuxarı 
hissəsindən qazılır, və belə ki, quyu məhsuldar layla birdən çox 
nöqtədə kəsişir və ya əlavə lülə başqa məhsuldar laya qazılır. 
Belə quyular çoxlüləli adlanır (ÇLQ). 
a b 
Şəkil 1.3.Çoxlüləli quyu (ÇLQ) (a) və Çoxdibli quyu (ÇDQ) (b) 
Əgər quyunun əsas lüləsi məhsuldar layın içərisinə 
qazılıbsa və məhsuldar layın özündə ondan bir və ya bir neçə 
əlavə lülə qazılıbsa, onda bu çoxlüləli quyu adlanır (ÇDQ). Bu 
halda quyu lüləsi məhsuldar layın yuxarı sərhədini ancaq bir 
nöqədə kəsir. 
Bir lüləli maili quyuların qazılması ilə maili quyuların 
potensial imkanları tükənmir. Quyu lüləsinin məhsuldar qat 
içərisində üfüqi qazılması əvvəlcə küt qazımanın, sonra isə 
çoxdibli quyuların qazılması üçün geniş imkanlar yaratdı. 
Küt qazıma dedikdə, məhdud ölçülərə malik meydança 
üzərindən ağızları bir-birinə yaxın olan maili quyuların 
qazılması başa düşülür. Bu quyuların dibi isə yatağın işlənmə 
şəbəkəsinə uyğun olaraq, məhsuldar layın verilmiş (əvvəlcədən 
müəyyən edilmiş) nöqtələrində yerləşir. 


20 
Küt qazımanın tətbiqinin zəruriliyini (vacibliyini) 
aşağıdakı şəraitlər tələb edir: dənizdə, dağlarda, meşələrdə, 
bataqlıq sahələrdə, texniki cəhətdən möhtəşəm tikililər və 
müdafiə əhəmiyyətli obyektlər altında yerləşən yataqları açmaq 
lazım gəldikdə; texnoloji yatağın işlənmə şəbəkəsinin 
pozulmaması xatirinə təbii əyilmə ilə mübarizə çətin olduqda; 
geoloji su hövzələri altında kəskin relyefə malik sahələrdə, çox 
laylı yataqlarda, qış mövsümündə böyük qar örtüyü gözlənən 
hallarda küt qazımadan istifadə etmək əlverişlidir. 
İki lüləli ardıcıl, iki lüləli paralel və üçlüləli qazıma küt 
qazımanın müxtəlif kateqoriyalarındandırlar. 
Küt qazıma meydançasının hazırlanması üçün görülən 
işlərin həcmi, bir quyu üçün fərdi özüldə görülən işlərin 
həcmindən bir qədər çoxdur. Lakin küt qazımada görülən 
işlərin həcminin həmin meydançadan qazılacaq quyuların 
sayına olan nisbəti çox kiçik olub, iqtisadi cəhətdən əlverişlidir. 
Vətənimizdə və xarici ölkələrdə küt qazıma təcrübəsi 
göstərir ki, bu üsulla qazıma tikinti və montaj (quraşdırma) 
işlərinin xeyli azaldılmasına, yol tikintisi və su təchizatı ilə 
əlaqədar xərclərin, elektrik xətlərinin və rabitənin yaradılması 
xərclərinin xeyli azaldılmasına imkan verir, istismar edilən 
quyulara xidməti sadələşdirir, daşınmalı yüklərin həcmini 
ixtisar etmək mümkün olur. 
Ümumiyyətlə, küt üsulu ilə qazıma mədən tikintisinə sərf 
ediləcək xərcləri ixtisar etməyə, istismar prosesinin və 
xidmətlərin avtomatlaşdırılmasına, neft və qaz yataqlarının 
mənimsənilməsi və istismarı zamanı ətraf mühitin mühafizə 
edilməsinə yaxşı imkan yaradır. 
Küt qazımada bir meydança üzərindən qazılacaq quyuların 
minimal sayı 2 ola bilər. Neft mədənlərində küt qazımada, 
adətən, 16

24 quyunun qazılması qruplaşdırılır, bəzən bu 
rəqəm 30-dan çox da olur (şəkil 1.4). Xarici ölkələrin təcrübəsi 


21 
göstərir ki, küt qazıma üsulu ilə bir meydança üzərindən 60-
dan çox quyu qazımaq mümkündür.
Məsələn, ABŞ-ın Kaliforniya körfəzində ölçüləri 60x60m 
olan süni ada üzərindən 68 quyu qazılmışdır. 
Birinci quyunun qazılmasına qədər küt qazımanın planı 
hazırlanır. Burada quyu ağızlarının yerləşdirilməsi, quyuların 
qazılma növbəsi, qazıma qurğusunun yerdəyişmə istiqaməti, 
quyuların layihə azimutları və quyu diblərinin inhirafları 
göstərilir. Küt qazıma meydançada quyuların qazılma ardıcıllığı 
qazıma qurğusunun yerdəyişmə istiqaməti ilə quyuların layihə 
istiqamətləri (saat əqrəbi istiqamətində) arasındakı buçağın 
qiymətindən asılı olaraq təyin edilir (şəkil 1.2). 
Şəkil 1.4.Küt qazıma meydançasında quyuların qazılma 
növbələrinin təyini: 
1,2,3,4,5,6,7,8–quyuların 
qazılma 
növbəsi; 
A- 
qazıma 
dəzgahının hərəkət istiqaməti; I–quyu lülələrinin görüşməsi 
ehtimalının minimum olması üçün quyular qrupu, hansı ki, 
quyu böyük dərinlikdən qazılır nəinki əvvəlki quyu; IIa, IIb–
birinci qrup quyular üçün maili lülənin qazılması dərinlikləri 
artırmalıdır; III–kiçik zenit bucaqları və maksimum şaquli 


22 
intervalı olan quyular, hər bir növbəti quyu üçün maili lülənin 
qazılma dərinliyi kiçikdir, nəinki əvvəlki quyular üçün. 
İki qonşu quyu ağızları arasındakı məsafə ilk əvvəl 
quyunun təmiri üçün aqreqatın quraşdırılması kaçalka dəzgahın 
yerləşməsi şərtindən təyin edilir. Quyu ağızlarının arasındakı 
məsafəni təyin edən zaman həmçinin də şaquli intervalın 
uzunluğu və əvvəlki quyu lüləsinin trayektoriyası nəzərə 
alınmalıdır. 
Bu zaman iki qonşu quyu ağızları arasındakı məsafə 3 m-
dən az olmamalıdır. Əgər əvvəlki quyu qazıma dəzgahının 
hərəkəti istiqamətinə əyilmişsə onda iki quyu ağızları 
arasındakı məsafə artırıla bilər. İki qonşu quyunun şaqul üzrə 
maili lülələrin qazılma nöqtələri arasındakı məsafə 30 m qəbul 
olunur, əgər qazılma azimutları arasındakı fərq 10
0
–dən az 
olarsa: 20m əgər fərq 10
0
–20
0
olarsa: 10 m əgər qazılma 
azimutları 20
0
-dən çox fərqlənirsə. 
Maili lülənin qazılma dərinliyi qazıma dəzgahının hərəkət 
istiqamətindən quyunun layihə istiqamətinə qədər (saat əqrəbi 
istiqamətində) olan buçağın qiymətindən asılı olaraq seçilir:
-əgər göstərilən bucaq 60 ̶ 300

– yə bərabər olarsa, onda 
birinci quyu minimum dərinlikdə qazılır, sonrakı quyuların 
qazılma dərinliyi əvvəlkindən böyük seçilir; 
-əgər qazıma dəzgahının hərəkət istiqaməti ilə layihə 
azimutu arasındakı bucaq 60 ̶ 120
0
və ya 240 ̶ 300
0
olarsa, 
onda maili lülənin qazılması əvvəlki quyuya nisbətən yuxarıdan 
qazılır; 
-əgər həmin bucaq 0 – 60
0
və ya 300 ̶ 360

– yə bərabər 
olarsa onda birinci quyu böyük dərinlikdə qazılır və bundan 
sonra qazılan quyular əvvəlkinə nisbətən kiçik dərinlikdən 
seçilir. Maili lülənin əvvəlki quyudakına nisbətən yuxarıdan 
qazılması zamanı və əvvəlki quyu şaquli olan halda aşağıdakı 
tələbləri yerinə yetirmək lazımdır; 


23 
-inhirafedicini quyuya endirməzdən əvvəl profilin birinci 
sahəsində zenit və azimut bucaqlarının ölçməli: lülənin əyriliyi 
1
0
-dən artıq olduqda qazımanı lülələrin göruşməsi ehtimalının 
olmasını nəzərə almaqla aparmaq lazımdır; 
-qazılan və əvvəlcə qazılmış quyu müstəvilərinin 
görüşməsinə imkan verilmir; 
-quyu lüləsinə nəzarət iki inklinometrlə aparılmalıdır; 
-bir meydançadan quyuların küt qazılması zamanı 
əyriliyin yığılma intensivliyi 2
0
/10 m aşmayan eyni 
inhirafetdiricilər tətbiq edilməlidir. 
Quyuların 
qazılmasının 
texniki-iqtisadi 
səmərəsini 
yüksəltmək üçün qabaqcıl üsullardan biri də çoxdibli quyuların 
qazılmasıdır (şəkil 1.5). Bu üsulun mahiyyəti əsas quyu 
lüləsindən bir və ya bir neçə əlavə lülənin qazılmasıdır ki, bu da 
yerin üstündən bilavasitə həmin məqsəd üçün qazılmalı olan bir 
neçə quyunun bir lülə ilə əvəz edilməsi deməkdir. Beləliklə, 
qazılmış ilk əsas lülədən dəfələrlə istifadə etməklə, yuxarı 
məhsuldar olmayan horizontların qazılmasını və bunun 
nəticəsində, qazımanın həcmini ixtisar etmək mümkündür. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə