Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   67
Maili quyular

 Rotor üsulu ilə qazıma 
(şəkil 2.2). Bü üsulla qazımada 
transmissiya sistemi ilə qazıma bucurqadından alınan hərəkət, 
quyu ağzında yerləşdirilmiş rotor mizinə, oradan isə aparıcı 
boru (işlək boru) vasitəsilə qazıma kəmərinə ötürülür. Beləliklə, 
qazıma kəmərinin ucuna bağlanmış qazıma baltası qazıma 
kəməri ilə birlikdə fırlanır. Belə şəraitdə qazıma kəməri qiymət 


38 
və istiqaməti müxtəlif olan külli miqdarda qüvvələrin təsirinə 
məruz qaldığından çox gərgin şəraitdə işləyir. 
Baltaya verilən oxboyu yük qazıma kəməri ağırlığının 
müəyyən hissəsi hesabına əldə edilir. 
Deməli, rotor üsulu ilə qazımada süxur baltaya verilən 
oxboyu yük və baltanın fırladılması nəticəsində qazıma baltası 
vasitəsilə dağıdılır. 
Rotor üsulu ilə qazımada yaranan maksimal burucu mo-
ment–baltanın fırladılmasına süxurların göstərdiyi müqavimət-
dən; qazıma kəmərinin quyu divarına sürtülməsindən yaranan 
sürtünmə qüvvələrinin qiymətindən; qazıma məhlulunun 
müqavimətindən; quyu lüləsinin trayektoriyasından və s. 
asılıdır. 
Rotor üsulu ilə qazıma, dünya qazıma təcrübəsində çox 
geniş yayılmışdır. 
Hazırda xarici ölkələrdə qazılan quyuların demək olar ki, 
böyük əksəriyyəti bu üsulla qazılır. 
Rotor üsulu ilə qazımanın, turbin üsulu ilə qazımadan 
üstünlükləri aşağıdakılardır: Burada rejim parametrləri bir-
birindən asılı olmadığı üçün onlardan hər birini müstəqil 
dəyişmək və baltaya böyük burucu moment ötürmək 
mümkündür: baltada böyük təzyiq düşküsü yaratmaq imkanı 
vardır, baltanın dövrlər sayı kiçik olduğundan, bir balta ilə 
qazıma gedişi xeyli yüksək olur. 
Nöqsan 
cəhəti 
isə 
qazıma 
kəmərinin 
fırlanması 
nəticəsində kəmərə dinamik yüklərin təsir etməsi, qəza baş 
verməsi ehtimalının artması, sürtünmə qüvvələrinin təsiri 
nəticəsində qazıma və qoruyucu boruların intensiv yeyilməsi və 
s. 


39 
 
Şəkil 2.2. Rotor qazıma üsulunun sxemi. 
1 – yuxarı qapaq; 2 – rotorun mizi(stolu); 3 – baş kürəli dayaq; 
4 – sökülə bilən altlıqlar; 5 – aparıcı borunun sıxıcısı; 6 – 
ötürücü val ; 7 – yataq; 8 – köməkçi dayaq; 9 – zəncir çarxı; 10 
– kilid qurğusu; 11 - kronşteyn 
Yuxarı intiqal sistem ilə qazıma
Rotor qazıma üsuluna 
məxsus olan nöqsanlar son zamanlar geniş istifadə edilən yuxarı 
intiqal sisteminin köməyilə aradan qaldırılmışdır. Bu sistemin 
köməyilə quyuların qazılması təşəbbüsü təxminən 1950-ci ildə
olmuşdur.Ancaq 1980-cı ilin əvvəllərində yuxarı intiqal sistem 
yarandı və bunun köməyilə ilk kommersiya quyuları qazılmağa 
başladı. Bu sistemi o zamanlar ancaq dəniz qazımasında tətbiq 
edirdilər. Bəzi hallarda isə çox kiçik sayda sistem quruda 
qazımaya tətbiq edilirdi.1992-ci ilə qədər yuxarı intiqal sistemin 
iş effektliyi nəzərə çarpacaq dərəcədə yüksəldi və dünyada ilk 
yığcam yuxarı intiqal sistem yarandı və dəniz özüllərində geniş 
istifadə olunmağa başladı. Beləliklə, 1992-ci ildən etibarən 
qərbi Kanadada yuxarı intiqal sistemin köməyilə quyuların 
qazılması prosesi başladı. 


40 
Artıq 2001-ci ilin əvvəllərindən başlayaraq Kanadanın 
qərb yataqlarında 80-ə qədər yuxarı intiqal sistemli qazıma 
qurğuları işləyirdi. Bunlardan yarısı elektrik, qalan yarısı isə 
hidravlik sistem ilə işləyirdi. 
Yuxarı intiqal ilə birlikdə qazıma qurğusunun sxematik 
görünüşü şəkil 2.3-də, yuxarı intiqal sisteminin ümumi 
görünüşü isə şəkil 2.4-də verilmişdir. Yuxarı intiqal sistem 
(YİS)-maili 
və 
üfüqi 
quyuların 
qazılması 
prosesini 
yaxşılaşdırmağa imkan verən, bir çox texnoloji əməliyyatların 
yerinə yetirilməsini təmin edən prinsip etibarilə yeni tip qazıma 
qurğusudur. 
Ümumiyyətlə, 
YİS–özlüyündə 
mexanikləşdirilmiş 
vasitələr kompleksi ilə təmin olunmuş hərəkət edən fırladıcıdır. 
Yuxarı intiqal sistemini tətbiq sahələrinə görə iki qrupa 
bölmək olar: quruda və dənizdə neft və qaz quyularını qazımaq 
üçün qurğu və təmir işlərini yerinə yetirən aqreqat (güc 
fırlanğıcı). 
Hazırda 
yuxarı 
intiqal 
qazıma 
qurğusu 
dünya 
praktikasında çox geniş yayılmışdır. Məlumdur ki, neft və qazın 
az vəsait sərf etməklə çıxarılması üfqi qazımanın geniş tətbiqi 
ilə yerinə yetirilir. 
Üfüqi quyuların qazılması zamanı qəza vəziyyətlərinin 
yaranma ehtimalının ciddi artmasını nəzərə alaraq quyuların 
yeni texnologiyanın tətbiqi ilə qazılmasını tələb edirdi. Belə 
qəzaların yaranma ehtimalını minimuma endirmək üçün məhz 
yuxarı intiqal sistemi yarandı. Güc fırlanğıclarının əksəriyyəti 
sabit cərəyan mühərriklərindən, az hissəsi isə dəyişən cərəyan 
və ya hidrlavlik mühərriklərdən hərəkət alır. İntiqal mühərrikin 
gücü 800 kVt-a qədər, fırladıcı momenti 25-45 kN

m-dir. 


41 
Şəkil 2.3.Yuxarı intiqal sistemi ilə qazımanın sxematik 
görünüşü


42 
Yuxarı intiqal sistemin köməyilə aşağıdakı işləri görmək 
olar: 

yüksək fırladıcı momentlə mürəkkəb geoloji şəraitdə 
şaquli, maili istiqamətlənmiş və üfqi quyuların qazılması;

qazıma zamanı, endirmə-qaldırma əməliyyatında, 
“yuxarıdan-aşağıya” və “aşağıdan-yuxarıya” üsulları ilə quyu 
lüləsinin 
genişləndirilməsi 
zamanı 
qazıma 
kəmərinin 
fırladılması; 
Şəkil 2.4. Yuxarı intiqal sisteminin ümumi görünüşü. 

qoruyucu kəmərlərin vintinin açılması, bağlanması, 
bərkidilməsi və boşaldılması; 

qoruyucu 
kəmərlərin 
endirilməsi 
əməliyyatının 
aparılması; 

qazıma kəmərinə şamların və ya tək boruların əlavə 
olunması 
zamanı 
quyu 
dibində 
baltanın 
vəziyyətinin 
dəyişməməsi; 

quyudibi mühərriklə qazıma zamanı çox kiçik dövrlər 
sayında qazıma kəmərinin döndərilməsi; 

quyuların yuyulması; 


43 

qəza və mürəkkəbləşmələrin ləğv olunması zamanı 
yumaqla qazıma kəmərinin yuxarı-aşağı hərəkətini təmin 
etmək; 

maili və ya üfüqi quyularda alətin endirilməsi və 
qaldırılması zamanı alətin müntəzəm olaraq fırladılması 
nəticəsində sürtünmə qüvvələrinin qiymətlərinin minimuma 
enməsi; 

qazıma kəmərinə qurğunun istənilən nöqtəsində boru 
əlavə olunması; 

boru açarlarından istifadə etmədən boruların açılıb 
bağlanması; 

elevatorun avtomatik olaraq bağlanması; 

neft-qaz və su təzahürləri zamanı fırlanan kəmər 
təsirindən Preventorun rezin plaskalarının yeyilmə dərəcəsinin 
azaldılması; 

əl ilə görülən əməliyyatların çoxunun qazmaçı 
pultundan idarə edilməsi və bunların nəticəsində məhsuldar 
olmayan vaxt itkilərinin və endirmə-qaldırma əməliyyatlarına 
sərf edilən vaxtın azaldılması nəticəsində qazımaya sərf olunan 
vaxtın artması və s. 
Başqa sözlə desək, yuxarı intiqal sistemindən istifadə 
edilməsi rotor üsulu ilə qazımanın nöqsanlarını aradan 
qaldırmaqla yanaşı, qazımanın texniki-iqtisadi göstəricilərini
xeyli yaxşılaşdırmağa geniş imkan yaradır. 
Yuxarı intiqal sistemin istifadə olunması hesabına
müəyyən qədər istismar üstünlükləri əldə etmək olar: 

qazımadan endirmə-qaldırma əməliyyatına və əksinə 
keçdikdə fırlanğıcın quraşdırılması, çıxarılması və kvadratın 
şurfa qoyulmasına vaxtın sərf olunmaması; 

maili istiqamətlənmiş və üfüqi qazımada boruların əlavə 
olunması zamanı alət quyu dibində olduğundan hər dəfə boru 


44 
əlavə olunduqdan sonra onun düzgün istiqamətləndirilməsinə 
vaxt sərf olunmaması; 

alətə boruların əlavə olunmasına və endirmə-qaldırma 
əməliyyatlarına vaxtın sərf olunmaması hesabına quyunun 
qazılmasına çox vaxtın sərf olunması; 

yuxarı intiqal sistemlə qazıma nöqteyi-nəzərindən ən 
mühümü quyu lüləsinin “yuxarıdan-aşağı” və “aşağıdan-
yuxarı” genişləndirilməsi zamanı müntəzəm olaraq qazıma 
kəmərinin fırladılması və qazıma məhlulunun dövranı 
imkanının təmin olunması; 

maili istiqamətlənmiş və üfüqi quyularda alətin 
endirilməsi-qaldırılması zamanı onun 
müntəzəm olaraq 
fırladılması nəticəsində sürtünmə qüvvələrinin qiymətinin 
minimuma enməsi qazıma kəmərinin quyu lüləsində tutulma 
ehtimalını azaldır; 

qazıma kəmərinə boru əlavə olunmasını qazıma 
qurğusunun istənilən nöqtəsində yerinə yetirmək olar; 

quyuda problem yarandıqda kəmərin fırladılmasını və 
qazıma məhlulunun dövranını təcili təmin etmək olar. 
Bunlardan 
əlavə 
yuxarı 
intiqal 
sisteminin 
üstün 
cəhətlərindən biri də quyunun qazılması və quyu lüləsinin 
qoruyucu 
kəmərlərlə 
eyni 
vaxtda 
möhkəmləndirilməsi 
texnologiyasıdır. Bu zaman qazıma boruları kəmərinin əvəzinə 
qoruyucu kəmərlərdən istifadə edilir. Qazıma aləti sistemi kabel 
vasitəsilə endirilən quyudibi alətdir. 
Bu quyudibi alət aşagıdakı ünsürlərdən ibarətdəir: 

“Pilot balta”; 

möhkəmləndirilmiş pərlərə malik açılan genişləndirici; 

quyudibi mühərrik; 

telesistem (maili istiqamətlənmiş və üfqi quyuları 
qazımaq üçün); 


45 
Quyuda qalan qoruyucu boruların aşağı hissəsi aşağıdakı 
ünsürlərdən ibarətdir: 

möhkəmləndirilmiş frezer tipli qoruyucu kəmər altlığı 
(başmaq); 

profilli nippel (profilə malik ucları yivli borucuq); 

qoruyucu kəmər və spiral şəkilli mərkəzləşdirici. 
Misal üçün belə texnologiyanın tətbiqi ilə 178 mm 
diametrli qoruyucu kəmərdən istifadə etməklə 11 günə dərinliyi 
2900m olan quyunu qazımaq mümkün olmuşdur. 
Hazırda bu üsul ilə diametri 140,178,244,5 və 339,7mm 
olan qoruyucu borulardan istifadə etməklə quyuların qazılma 
texnologiyası inkişaf etdirilir.
2.2. Quyudibi mühəriklərlə qazıma. 
Quyudibi mühərriklərlə qazıma öz növbəsində turbin 
qazıyıcısı, vintli hidravliki quyudibi mühərrik və elektrik 
qazıyıcısı ilə qazıma üsullarına ayrılır. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə