Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə108/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   117

 
təsirindən  və  kimyəvi  terapevtik  preparatlardan  müdafiə  olunurlar.  Lakin  sistanın 
divarı  dağıldıqda  toksoplazmalar  azad  olur  və  patoloji  prosesin  inkişafına  səbəb 
olurlar. 
Yoluxmuş  və  ölmüş  heyvanların  orqanlarında  toksoplaz-  maların  həyat 
qabiliyyəti 20° C temperaturda 3 gün ərzində saxlanır, t=4-10° C-də - 18 gün, 45°C-
də - 15 dəqiqədən sonra, 50°C-də isə ani məhv olurlar. 1%-li duz turşusunda 1 doq, 
1%-li  formalində  -  20  dəq,  1%-li  fenolda  --  10  dəqiqədən  sonra  ölürlər.  Oosistalar 
ətraf  mühitdə  qalmağa  çox  davamlı  olub,  6-8  aya  qədər  həyat  qabiliyyətini 
saxlayırlar. 
İnvaziya mənbəyi. Toksoplazmoz həm ev, həm də sinantrop heyvanlarda (it, 
pişik,  donuz,  iribuynuzlu  qaramal,  at,  keçi,  qoyun,  dovşan,  toyuq,  hinduşka, 
göyərçin,  siçan,  siçovul),  həm  də  vəhşi  heyvanlarda  (gəmiricilər  -  qum  siçanı, 
gəlincik,  dələ;  meymunlar  və  s.)  aşkar  olunub,  insan  üçün  daha  təhlükəli  ev 
heyvanları  (itlər  və  pişik)  sayılır.  Heyvanlarda  toksoplazmoz  daha  çox 
parazilgəzdirmə  (simptomsuz  forma)  şəklində  gedir,  ancaq  klinik  ifadə  olunan 
formalar da rast gəlir. 
İnvaziya  mənbəyinin  yoluxduruculuq  dövrü.  Toksoplazmozun  törədicisi, 
xüsusən  də  sista  formasında  insan  və  heyvanların  orqanizmində  uzun  müddət 
saxlana  bilər.  Heyvanların  orqanizmindən  toksoplazmalar  kəskin  dövrdə  intensiv 
şəkildə nəcis, sidik, selik, süd vasitəsilə, balasalma zamanı döl və dölyanı maye ilə 
ifraz olunurlar; lalent formalarda törədicinin ifrazı dəyişkən xarakterdə gedir. 
Yoluxma  mexanizmi  və  yolları.  Toksoplazmoz  zoonoz  infek-  siyadır, 
insana 3 yolla keçir: general - bitki məhsulları, ksenotrop - ət məhsulları ilə, vertikal- 
yaxud  bətndaxili.  Toksoplazmozla  yoluxma  qida  məqsədilə  kifayət  qədər  termiki 
işlənməmiş  ət  və  süd  məhsullarının  istifadəsi  zamanı,  heyvanlara  qulluq  etdikdə 
zədələnmiş dəri örtüyü və ya selikli qişalardan, heyvanların dərilərini soyduqda, əti 
emal  etdikdə və s.  zamanı baş verir. Hava-damcı  mexanizmi tam sübut edilməyib. 
İnsandan insana toksoplazmoz anadan dölə tıansplasentar yolla örtülür. 
Həssaslıq  və  immunitet.  Toksoplazmozda  həm  humoral,  həm  də  hüceyrə 
immuniteti  inkişaf  edir.  Əmələ  gəlmiş  əkscisimlər  orqanizmdə  prosesin  inkişafını 
qeyri-steıil  immunitet  nəticəsində  məhdudlaşdırır,  ancaq  onların  müdafiə  təsiri 
yoxdur. Hücyerə immuniteti toksoplazminlə aparılan dəri sınağı ilə müəyyən edilir. 
Ümumilikdə, toksoplazmozda immunitet az gərginlikli və davamsızdır. O, 
318 
downloaded from KitabYurdu.org


interkurrcnt  xəstəliklərin  təsiri  ilə  zəifləyə  bilər  ki,  bu  da  kəskinləşmə  və 
ıesidivlərə  gətirib  çıxarır  və  tokoplazmoz  xronik  formaya  keçir.  İmmunitet 
toksoplazmozda davamsızdır. 
Epidemik  prosesin  təzahürləri.  Toksoplazmoz  bir  çox  ölkələrdə  - 
Avropa,  Cənubi  Amerika,  Afrika,  Asiya  və  Avstraliyada  qeyd  olunur  (10-30%). 
Əslində  bu,  həqiqi  xəstələnməni  göstərmir.  Rəsmi  qeydiyyat  əksər  ölkələrdə 
aparılmır.  İnsanların  toksoplazmoza  görə  həssaslığı  ümumidir.  Ən  çox  kənd 
əhalisi yoluxur ki, bunu da onların şəhər əhalisinə nisbətən heyvanlarla daha çox 
təmasda  olması  ilə  izah  edirlər.  Sənəti  ilə  əlaqədar  (heyvandarlıq,  ət 
kombinatlarının işçiləri, ovçular və s.) heyvanlarla təmasda olan şəxslərdə xəstəlik 
əhalinin digər qruplarına nisbətən çoxdur. 
İnkubasiya  dövrü  müxtəlifdir,  onu  müəyyən  etmək  invazi-  yalaşma  ilə 
əlaqədar çox çətindir, ancaq 15-20 gün sürməsi güman edilir. 
Klinik əlamətləri. Anadangəlmə və qazanılmış toksoplazmoz ayııd edilir. 
Anadangəlmə toksoplazmoz o vaxt baş verir ki, qadın hamiləlik dövründə ilk dəfə 
yoluxmuş  olsun.  Digər  tərəfdən  bu,  parazitemiya  baş  vermiş  qadınlarda  və  cift 
zədələndikdə  mümkündür.  Bətndaxili  yoluxma  özünü  təxminən  25%  halda 
yenidoğul-  muşlarda  klinik  əlamətlərlə  göstərir.  Xəstələrin  vəziyyətinin  ağırlığı 
daxil olmuş parazitin miqdarından asılıdır. 
Döl  hamiləliyin  son  dövründə  yoluxmuşdursa,  xəstəliyin  kəskin  forması 
inkişaf edəcəkdir. Belə hallarda xəstəlik dalağın, qaraciyərin böyüməsi, miokardit, 
interslisial pnevmoniya, ensefalit əlamətləri və s. ilə müşayiət oluna bilər. Spesifik 
müalicə  nəinki  xəstəni  müalicə  edir,  hətta  belə  ağırlaşmaların  qarşısını  alır. 
Anadangəlmə  tok-  soplamozda  getdikcə  artan  hidrosefaliya,  xorioretinit, 
kəllədaxili  kalsifikatlar, daxili  orqanlar tərəfindən müxtəlif  dəyişikliklər  (hepato- 
və  splenomeqaliya),  habelə  gözlərin  zədəlonməsi  qeyd  edilir.  Anadangəlmə 
toksoplazmozun  ayrı-ayrı  təzahürləri  sinir-psixi  pozğunluqlar,  qıcolmalar, 
uşaqların əqli inkişafdan geri qalması şəklində ola bilər. Qazanılmış toksoplazmoz 
(qida  məhsulları  ilə  yoluxma)  çox  zaman  simptomsuz,  yaxud  subklinik  keçir  və 
aydınlaşdırılmamış  qalır.  Klinik  cəhətdən  tam  təzahür  edən  toksoplazmoz  nadir 
hallarda  yoluxmadan  3-10  gün  sonra  prodormal  əlamətlərlə  başlayır:  ümumi 
zəiflik, əzələ ağrıları, uzunsürməyon ishal. 
Qazanılmış  toksoplazmoz  klinik  təzahürlərin  müxtəlifliyi  ilə  xarakterizə 
olunur. Xəstəliyin göz, serebral, limfadenopatik və 
319 
downloaded from KitabYurdu.org


ekzantcmalı  formaları  ayırd  olunur.  Xəstəliyin  kəskin  mərhələsində  titrətmə, 
qızdırma,  səpgi,  limfadenopatiya,  miokardit.,  inteıstisial  pnevmoniya  müşahidə 
edilir,  qaraciyər  böyüyür.  Dalaq  hiss  ediləcək  qədər  böyümür.  Kəskin  mərhələdə 
ensefalomielit simptomlan müşahidə edilir. Spesifik terapiya olmadıqda xəstələrin 
əksəriyyəti  bir  neçə  həftə  ərzində  ölür.  Qazanılmış  kəskin  toksoplazmoz  zamanı 
orqan  və  ya  sistemlərin  zədələnməsindən  asılı  olaraq  limfadenopatik,  visseral, 
serebral və göz formaları ayırd edilir. Böyüklərdə tokso- plazraoz əsasən subklinik, 
latent  infeksiya  şəklində  gedir.  Kəskin  gedişli  hallar  (ölümlə  nəticələnən)  az  rast 
gəlinir. 
Müalicə.  Toksoplazmoza  qarşı  2  spesifik  preparat  -  xloridin  (sinonimləri  - 
pirimetamin, daraprim, tindurin) və sulfanilamidlər işlədilir. Onlar sincrqizmo təsir 
edərək  folin  turşusundan  foli  turşusunun  sintezinə  imkan  vermir,  eləcə  də  P-
aminobenzoy  turşusunun  metabolizminə  təsir  edir.  Xəstələr  bu  preparatları  yaxşı 
keçirir.  Bəzən  tıombositopcniya  və  ya  leykopeniya  baş  verir.  Bu  əlavə  təsirin 
qarşısını almaq üçün xəstələrə folin turşusu təyin edilir ki, bundan orqanizm folin 
turşusu sintez edir. Xloridin (daraprim) sulfadi- mezinlə birgə metranidazol istifadə 
edilir. 
Laborator  diaqnostika.  İnsan  sağ  ikən  toksoplazmoz  törədicisini  aşkar 
etmək  üçün  onurğa  beyni  mayesi,  limfa  düyünlərinin  punktatı,  biopsiya  edilmiş 
limfatik düyünlər və badamcıqlar, dölyanı qişaların qalıqları və cift müayinə edilir. 
Seksiya materialı müayinə edildikdə dalaq və baş beyindən törədicini ayırd etmək 
olar.  Yaxmalar,  kəsiklər  hazırlanır,  Romanovski  üsulu  ilə  boyanır.  Daha  yaxşı 
nəticə  siçanlarda  bioloji  sınaq  qoyulduqda  əldə  edilir.  Ölmüş  siçanları 
toksoplazmaya  görə  müayinə  edirlər:  əgər  onlar  sağ  qalırsa  öldürür,  3-5  kortəbii 
əkmə aparırlar. İmmunoloji müayinə üçün KBR, HAR, İFR, habelə toksoplazminlə 
dəriiçi sınaq qoyulur. Dəriiçi sınaq hətta xəstəlikdən sonra ömürlük qalır. 
Profilaktik  tədbirlər.  Əsas  şəxsi  və  ictimai  gigiyena  qaydalarına  əməl 
etməkdir.  Evdə  it  və  pişik  saxladıqda  ciddi  surətdə  gigiyenik  rejim  gözlənilməli, 
xəstə izolyasiya və ya hospitalizasiya olunmalıdır. Ət və süd  məhsullarını termiki 
işləmədən keçirməli. Xəstə şəxslər aşkar edildikdə müalicə olunmalıdırlar. Sanitar-
maaıifi tədbirləri aparılmalıdır. Xəstəliyin spesifik profilaktikası yoxdur. 
Əkscpidcmik  tədbirlər.  Xəstələr  müalicəyə  cəlb  olunmalıdır.  Həmçinin 
toksoplazmozun  fəallaşması  qeyd  edilən  hamilə  qadınlar  da  müalicə  olunmalıdır. 
Xəstələnmiş azqiymətli heyvanlar məhv 
320 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə