Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə106/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   117

simptomsuz  gedişdə  3  il  müddətində  sürə  bilər.  Visseral  leyşmaniozla  xəstə  insan 
epidemioloji rol oynamır. 
Yoluxma  mexanizmi  və  yolları.  Törədicinin  yoluxma  mexanizmi  - 
transmissivdir. Leyşmaniyalann keçiriciləri Phlebotomus cinsi hünüləridir. Keçirici 
yarımsəhra zonasında yerləşmiş evlərin arasında bitən ağac bitkilərdə yuva salır. 
Həssaslıq  və  immunitet.  İnsanlar,  xüsusən  də  uşaq  yaşlarında  visseıal 
leyşmanioza  qarşı  yüksək  dərəcədə  həssasdırlar.  Bir  qayda  olaraq,  keçirilmiş 
invaziyadan  sonra  davamlı  immunitet  əmələ  gəlir  və  homoloji  reinvaziya  halları 
nadir  təsadüf  edilir.  Lakin  qazanılmış  immunitetin  yaranması  çox  vaxt  xəstənin 
reaktivliyindən  və  müalicənin  başlanması  müddətindən  asılıdır.  Dəri 
leyşmaniozunun hər iki tipinə qarşı çarpaz immunitet müşahidə edilmir. 
Epidcmik prosesin təzahürləri. Visseral lcyşmaniozun əsas ocaqları tropik 
və  subtropik  ölkələrdə:  Şərqi  və  Şimali  Hindistan,  Şri-  Lanka,  İrak,  İran,  Aralıq 
dənizi sahillərində, Afrikada yerləşmişdir. 
MDB  ölkələrində  visseral  leyşmanioz  Orta  Asiya,  Zaqafqaziya  və  Cənubi 
Qazaxıstanda  rast  gəlir.  Bütün  ocaqlarda,  Hindistandan  başqa,  visseral 
leyşmaniozun  Aralıq  dənizi  forması  müşahidə  edilir.  İnsanlar,  xüsusən  də  uşaqlar 
(«uşaq»  leyşmaniozu)  visseral  leyşmanioza  çox  həssasdırlar.  Yaş  artdıqca 
xəstələnmə  azalır  və  çox  nadir  hallarda  reinfeksiya  hallan  qeydə  alınır.  Keçirilmiş 
xəstəlikdən sonra visseral leyşmanioza qarşı gərgin immunitet yaranır, lakin bu, dəri 
lcyşmaniozundan qorumur. 
İnkubasiya dövrü. Adətən 2-4 aydır, həftədən ilə qədər davam edə bilər. 
Əsas  klinik  əlamətlər.  Visseral  leyşmaniozun  klinik  şəkli  proqressivləşən 
anemiya  ilə,  dəri  örtüklərinin  avazıması,  qaraciyərin  və  dalağın  xeyli  böyüməsi, 
qızdırma ilə səciyyələnir. Müalicə olunmayan hallarda xəstəlik qısa müddət ərzində 
kaxeksiya və letal nəticə ilə başa çatır. Uşaqlarda xəstəlik sürətlə inkişaf edir, ağır 
gedişi ilə xarakterizə olur, 3-6 aydan sonra ölümə gətirib çıxarır. Böyük uşaqlarda 
və böyüklərdə xəstəlik çox vaxt xronik şəkildə bir neçə ilə qədər sürür. 
Müalicədə  solyusurmin  (solyustibozan)  tətbiq  edilir.  Paıazilin  sürməyə 
rezistent formları da vardır. 
Laborator  diaqnostika.  Müayinə  üçün  material  -  sümük  iliyindən  (adətən 
döş  sümüyündən,  yaxud  baldır  sümüyündən,  az  hallarda  qaraciyərdən)  punktat 
götürülür, yaxma hazırlanır və 
312 
downloaded from KitabYurdu.org


əkmələr aparılır. Müayinələr dəri lcyşmaniozunda olduğu kimi yerinə yetirilir. 
Profilaktik və əksepidenıik tədbirlər kənd tipli dəri leyşmaniozunda olduğu 
qaydada həyata keçirilir. Rekonvalesscntlər xəstəliyi keçirdikdən sonra 6 ay ərzində 
dispanser  müşahidə  altında  saxlanırlar;  xəstəliyin  resdivləri  baş  verdikdə  onlarla 
təkrari müalicə kursu aparılır. 
LYAMBLİOZ 
Qamçılılır  sinfinin  digər  mühüm  epidemioloji  əhəmiyyətə  malik-  növü 
lyambliyalardır (Lamblia intestinalis). 
Lyambliyalar vegctativ forma şəklində mövcud olur və sista əmələ gətirmək 
qabiliyyətinə  malikdirlər.  Vegetaliv  forma  aktiv  hərəkətli  və  armudabənzər 
formadadır. Bədənin ön ucu girdələnmiş, arxa ucu itiləşmişdir. Bədənin ön ucunda - 
yarıq şəklində sorucu disk vardır. İki nüvəsi, 4 cüt qamçıları vardır. 
Hərəkəti xarakterikdir, parazit uzununa oxu boyu fırlanma hərəkəti sayəsində 
yanı üstə çevrilir. Preparatda lyambliyalar otaq temperaturunda qısa müddətə məhv 
olur. Qidanı bütün bədən səthi ilə sorurlar. Boylama, bölünmə yolu ilə çoxalırlar. 
Sistalar  -  lyambliyanın  hərəkətsiz  formalarıdır.  Uzunluğu  10-14  mkra-dir. 
Forması  ovaldır.  Qişası  qalındır,  yaxşı  görünür,  çox  zaman  elə  bil  ki,  sistanın 
özündən  ayrılmışdır.  Bu  əlamət  sistanı  digər  oxşar  törədicilərdən  fərqləndirməyə 
imkan  verir.  Lyuqol  məhlulunda  sarımtıl-qəhvəyi  rəngdə  rənglənir.  Rənglənmə 
sistada 4 nüvəni görməyə imkan verir. 
Lyambliyalar  nazik  bağırsağın  yuxan  şöbəsində  yaşayırlar.  Sorucu  diskin 
köməyi ilə xovlara yapışırlar. Lyambliyalar öd kisəsində yaşamırlar, çünki öd onlara 
öldürücü  təsir  göstərir.  Duodenal  zondlama  zamanı  onların  tez-tez  aşkar  edilməsi 
lyambliyaların  möhtəviyyata onikibarmaq bağırsağın divarlarından düşməsi ilə izah 
olunur. 
Adətən vegetativ formalar nəcislə xaric olunmurlar, lakin ishal zamanı onları 
təzəcə ifraz olunmuş maye nəcisdə tapmaq olar. Lyambliyalar onlar üçün əlverişsiz 
olan  bağırsağın  aşağı  şöbələrinə  düşərək  sistaya  çevrilir  və  bu  zaman  nəcislə  xaric 
olunurlar. Sistalar havanın rütubətindən və temperaturundan asılı olaraq 1 aya qədər 
saxlanırlar. Qurudulma onları tez məhv edir. Yoluxma çirklənmiş 
313 
downloaded from KitabYurdu.org


əllər,  oyuncaqlar,  qida  və  su  vasitəsilə  olur.  Bağırsağa  düşən  sistalar  vegetativ 
formaya çevrilirlər. Bir sista iki vcgetativ forma əmələ gətirir. 
Lyambliyalar  geniş  yayılmışdır,  daha  tez-tez  uşaqlarda  rast  gəlir.  Çoxlu 
miqdarda  yoluxduqda  bağırsağın  selikli  qişasını  mexaniki  surətdə  qıcıqlandıra  və 
sorulmanı  müəyyən  dərəcədə  çətinləşdirə  bilir.  Bu  zaman  qarında  küt  ağrılır, 
quruldamalar,  ishal,  iştahanın  pozulması,  ürək  bulanma,  bəzən  isə  sağ  qabırğaaltı 
nahiyədə  ağrılar  əmələ  gəlir.  Bu  xəstəlik  lyamblioz  adlanır.  Bəzi  hallarda 
lyambliyalar bağırsağın və öd yollarının digər xəstəliklərinin gedişini ağırlaşdırır. 
Diaqnoz. Yoluxmuş şəxsdə lyambliyaları asanlıqla aşkar elmək olur. Belə ki, 
nəcis  formalaşmışdırsa  nativ  yaxmada  mikroskopiya  zamanı  sistalar  aşkar  edilir. 
Paralel olaraq Lyuqol məhlulu ilə rənglənmiş yaxmalara baxırlar. 
Təzə  ifraz  olunmuş  maye  nəcisdə  və  duodcnal  zondlama  zamanı  alınmış 
materialda  hərəkətli  vegetativ  formaları  aşkar  etmək  olar.  Dəqiq  diaqnoz  üçün 
nəcisdə  sistaları  aşkar  etmək  kifayədir,  bununla  əlaqədar  olaraq  vegetativ 
mərhələləri  aşkar  etmək  üçün  təzə  ifraz  olunmuş  nəcisi  və  duodenol  zondlama 
zamanı  təcili  müayinə  etmək  lazım  gəlir.  Lakin  bəzi  hallarda  koproskopiya  və 
duodenal  zondlama  metodlarının  birgə  aparılması  lyambliozun  aşkar  edilmə 
tezliyini artırır. Invaziya zəif dərəcədə olduqda zənginləşdirmə metodundan istifadə 
olunur.  Sistalar  qeyri-müntəzəm  ifraz  olunduğundan  çoxsaylı  müayinələr  tələb 
edilir. 
Qeyd  etmək  lazımdır  ki,  lyambliyaların  geniş  şəkildə  yayılması 
(parazitgəzdirənlik) 
bəzən 
müayinə 
edəni 
çaşdırır 
və 
lyambiliozun 
hiperdiaqnostikasını  törədir.  Buna  görə  do  mədə-bağırsaq  traktının  və  ya  öd 
yollarının  zədələnməsinin  klinik  mənzərəsi  göründükdə  xəstəliyin  digər  mümkün 
olan səbəblərini, məsələn, bakterioloji müayinə aparmaqla istisna etmək lazımdır. 
Lyamblioz  invazion  xəstəlik  olub  simptomsuz  parazitgəzdirmə  şəklində 
keçərək bəzən nazik bağırsağın funksiyasının pozulmasına (xroııik ishal, steatoreya) 
gətirib çıxarır. 
Törədici. İbtidai - lyambliya Lamblia intestinalis qamçılılar sinfinə aiddir. 
Lyambliyaların vegetativ formaları armudvarı olurlar. Parazitin uzunluğu 9-
18  mkm,  eni  5-10  mkm.  2  nüvəsi  və  4  cüt  qamçısı  var.  Patogenlik  xüsusiyyəti  az 
öyrənilib. Lombliyaların sistaları oval 
314 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə