Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə103/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   117

dırırlar.  Amöb  absesləri  irinli  plevritlərə,  empiemalara,  piopnev-  motoıoksa, 
pcrikardito, qaıaciyər-ağciyər fistullarma və digər ağırlaşmalara səbəb ola bilər. 
Uyğun  klinik  simptomlarla  təzahür  edən  beyin,  dalaq,  yumurtalıqlar, 
böyrəklərin  amöb  absesləri  çox  nadir  hallarda  rast  gəlir  və  mahiyyətcə  kazustik 
ağırlaşmalara və ya bağırsaqdankənar amöbiazın formalarına aid edilirlər. 
3) Dəri amöbiazı çox vaxt ikincili patoloji proses sayılır. Dəri örtüklərində, 
əsas  etibarilə  perianal  nahiyədə,  aralıqda  və  sağrı  nahiyəsində  eroziv  və  (və  ya) 
xoralaşmış  zədələr  formalaşır.  Amöb  xoraları  qaraciyərin  irinli  fistulları  ətrafında 
və ya amöb absesləri yarıldıqdan sonra əməliyyat tikişlərinin yaxınlığında yaranır. 
Xoralar  kifayət  qədər  dərindir,  az  ağrılıdırlar.  Onların  kənarları  qaralmışdır, 
xoradan  pis  qoxu  gəlir.  Xoralı  zədələrdən  götürülmüş  qaşmtılarda  paı  azitin 
vcgetativ formaları aşkar olunur. 
Proqnoz - amöbiazın spesifik müalicəsi aparılmadıqda çox ciddidir və qeyri-
qənaətbəxşdir,  bağırsaqdankənar  amöbiazın  gecikdirilmiş  diaqnostikasında  və 
ağırlaşmalar baş verdikdə letal nəticələrlə qurtarır. Erkən düzgün diaqnostikada və 
adekvat müalicədə proqnoz əlverişli ola bilər. 
Diaqnostika.  Amöbiazın  diaqnozu  səylə  yığılmış  epidemioloji  anamnez 
məlumatlarının,  xəstəliyin  anamnezinin,  xəstəliyin  klinik  mənzərəsinin  və 
protozooloji  müayinələrin  müsbət  nəticələrinin  (insanın  nəcisində  histoloji  amöb 
tapıldıqda)  əsasında  qoyulur.  Nativ  yaxma  praktik  olaraq  dizenteıiya  amöbünün 
toxuma formalarının aşkarlanmasının ən yaxşı metodu sayılıb sadəliyi ilə fərqlənir 
və  yalnız  «nəm»  şəraitdə  (yığılmış  nəcisi  defekasiyadan  dərhal  sonra  müayinə 
etmək  lazımdır)  amöblərin  hərəkəti  sayəsində  onları  etibarlı  surətdə  təyin  etməyə 
imkan verir. Nəcisi uzun müddət saxladıqda və ya onları dezinfeksiya vasitələrinin 
izləri  olan  qaba  yığdıqda  amöbləı*  məhv  olurlar  ki,  bu  da  amöbiazın 
hipodiaqnostikasının başlıca səbəbidir. Xəstənin nəcisini və ya yoğun bağırsaqdan 
rektoroma- noskopiya zamanı götürülmüş seliyi müayinə edirlər. 
Bağırsaqdankənar amöbiaz zamanı qaraciyər abseslorindən, ağciyərlərdən və 
ya  digər  orqanlardan  onların  punksiyası  və  ya  yarılması  zamanı  götürülmüş  irin 
müayinə  edilir.  Material  həmin  anda  müayinə  olunur,  çünki  amöblər  hətta  onları 
qısa müddətdə saxladıqda belə tezliklə ölürlər. 
303 
downloaded from KitabYurdu.org


AmÖbiazm müalicəsi. Xəstəliyin müxtəlif formalarına və bakterial floraya 
törədicinin  təsir  mexanizmini  və  onların  istiqamətini  nəzərə  alan  preparatların 
istifadəsinə əsaslanmış kompleks terapiya tətbiq olunur. 
Spesifik  müalicə  üçün  əsasən  metronidazol  (trixopol,  flaqin,  klion)  istifadə 
edilir  ki,  o  da  böyüklərə  30  mq/kq  sutqalıq  dozada  (0,6-0,8  q  gündə  3  dəfə)  5-10 
gün  ərzində  təyin  edilir.  Müalicə  aparıldıqdan  sonra  amöbün  boşluq  formasından 
tam azad olunma mümkün olmadığı üçün əlavə diloksanid furoat böyüklərə 500 mq 
dozada gündə 3 dəfə 5-10 gün ərzində, uşaqlara sutqada 20 mq/kq dozada 3 dəfə 5-
10  gün  ərzində  təyin  edilir.  Kolit  sindromunun  tezliklə  qarşısının  alınması  üçün 
metronidazolla  aparılan  müalicə  kompleksinə  enterosodiv  2  həb  dozada  sutqada  3 
dəfə  10  gün  ərzində  daxil  edirlər.  Bağırsaq  amöbiazında  tinidazol  (fasijin)  0,6 
dozada gündə 2 dəfə olmaqla  5 gün ərzində və ornidazol (tiberal) 500  mq dozada 
gündə 2 dəfə 5-10 gün ərzində təyin edilərsə daha səmərəli nəticə verər. 
Spesifik  terapiya  antibiotiklərin  (tetrasiklinlərin)  təyin  edilməsi  ilə 
tamamlana bilər. Adekvat dərman müalicəsi amöbomatarın itməsinə gətirib çıxarır. 
Mübarizə  və  profilaktika  tədbirləri.  Amöbiazla  xəstələr  mütləq 
hospitalizasiya  olunmalı  və  stasionar  şəraitdə  müalicə  almalıdırlar.  Xəstəliyi 
keçirmiş şəxslərin evə yazılması laboratoriya nəzarəti altında həyata keçirilməlidir. 
Epidemik  ocaqda  olan  şəxslər  sistagəzdirməyo  görə  müayinəyə  cəlb  edilirlər. 
Dezinfeksiya məqsədilə. 3%-li lizol məhlulu işlədilir. Amöbiazın profilaktikasında 
sudan  səmərəli  surətdə  istifadə  edilməyə  (su  mənbələrinin  nəcislə  çirklənmədən 
qorunması), ictimai qidalanma müəssisələrində, uşaq müəssisələrində və su kəməri 
şəbəkəsinin  fəhlələri  arasında  xəstələrin  və  töıədicigəzdirənlərin  aşkar  edilməsinə 
böyük  diqqət  verilir.  Şəxsi  gigiyena  qaydalarının  gözlənilməsi  vacibdir,  bu  zaman 
tərəvəz  və  meyvələrin  isti  su  ilə  yuyulmasına  ciddi  yanaşmaq  lazımdır.  Kiçik 
çaylardan, aı xlaıdan və digər açıq su mənbələrindən su içmək olmaz. 
304 
downloaded from KitabYurdu.org


QAMÇILILAR SİNFİ 
Qamçılıların  fərqləndirici  xüsusiyyəti  bir  və  ya  bir  neçə  qamçının 
olmasıdır.  Qamçılıların  bədənində  xüsusi  orqanoid  -  kinetoplast  vardır.  Onun 
funksiyası  qamçının  hərəkət  etməsi  üçün  enerji  hasil  etməkdir.  Bəzi  növlərdə 
qamçılardan  biri  bədən  boyunca  keçir  və  onunla  nazik  arakəsmə  vasitəsilə 
birləşərək dalğa şəkilli membran əmələ gətirir. Bu membran ibtidainin hərəkətini 
təmin edir. 
Adı  çəkilən  sinfin  çoxsaylı  növləri  arasında  insan  üçün  daha  patogen 
əhəmiyyətə malik olanlar leyşmaııiya və tripanosomalardır. Onlar insana qansoran 
keçiricilər  vasitəsilə  ötürülürlər.  Digər  nümayəndəsi  ləmbliyalar  bağırsaqda, 
trixomonadların  müxtəlif  növləri  bağırsaqda,  ağız  boşluğunda  və  sidik  cinsiyyət 
orqanlarında yaşayırlar. Bu ibtidailər çox geniş yayılmışdır. 
LEYŞMANİOZLAR 
Leyşmaniozların  törədicisi  leyşmaniyalar  qamçılılar  sinfinə  aiddir.  İnsan 
üçün  leyşmaniyaların  bir  neçə  növü  patogendiı*.  Leishmaniya  tropika  minor  
antroponoz  (şəhər)  dəri  leşmaniozunu,  Leishmania  major  -  zoonoz  (səhra)  dəri 
leyşmaniyozunu törədir. Leishmania braziliensis - Cənubi Amerikada rast gəlir və 
dəri-selikli qişa (amerika) leyşmaniozunu törədir. Leishmania donovani - visseral, 
daxili  (hind,  kala-azar)  leyşmaniozunu  törədir.  Leishmania  infantum  -  visseral 
(Aralıq  dənizi)  lcyşmaniozunun  törədicisidir.  Azərbaycanda  leyşmaniyaların  2 
növünə rast gəlinir: Leishmania tropica və Leishmania donovani. 
Leyşmaniyalar 2 inkişaf mərhələsi keçirlər: qamçısız və qamçılı. Qamçısız 
forma  oval  şəkillidir,  nüvəsi  dairəvi  olub,  hüceyrənin  1/3-  ni  tutur.  Onurğalı 
sahibin  (insan,  it,  gəmiricilər)  bədənində  rast  gəlir,  makrofaqlarda,  sümük  iliyi, 
dalaq,  qaraciyər  hüceyrələrində  hüceyrə  daxilində  parazitlik  edirlər.  Bir 
zədələnmiş hüceyrə daxilində onlarla leyşmaniya ola bilər. Sadə bölünmə yolu ilə 
çoxalır.  Qamçılı  forma  hərəkətlidir.  Onurğasız  sahiblərdə  -  mığmığalarda 
(hünülərdə) və qidalı mühitlərdə inkişaf edirlər. 
Həyat  tsikli.  Leyşmaniozlar  tranmissiv  infeksiyalar  qrupuna  aid  edilir. 
Keçiriciləri  kiçik  qansoran  həşəratlar,  mığmığalardır.  Mığmığalar  xəstə  insan  və 
ya heyvandan qan soran zaman yoluxurlar. 
305 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə