Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə100/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   117

İbtidailərin insan orqanizminə daxii olma yolları və lokalizasi- 
yası. 
Parazit ibtidailər insan orqanizminə aşağıdakı yollarla daxil olurlar: 
1)
 
ağız vasitəsilə - qidanın qəbulu zamanı və ya daha çox çirkli əllər vasitəsilə 
(Toxoplasma, Entamoeba, Lamblia, Cryptospo- ridium); 
2)
 
sidik-cinsiyyət  orqanlarının  selikli  qişaları  vasitəsilə  (Tricho-  monas 
vaginalis); 
3)
 
dəridən - canlı keçiricilər vasitəsilə. 
Törədicilərin lokalizasiyasma (sahib orqanizmdə yaşadığı və çoxaldığı yer) 
görə parazit ibtidailər onların sistematik  vəziyyətindən, yəni bu və ya digər sinfə 
mənsubiyyətindən asılı olmayaraq, iki qrupa ayırd edilə bilərlər: 
1)
 
toxuma  (o  cümlədən  də  qan)  ibtidailəri,  hansılar  ki,  toxumalarda  çox  vaxt 
hüceyrədaxili yaşayır və çoxalırlar və adətən ətraf mühitə ifraz olunmurlar. 
Onlara,  məsələn  leyşmaniozların,  malyariyanın,  tripanosomozların  və  bəzi 
digər xəstəliklərin törədiciləri aiddir; 
2)
 
boşluq ibtidailəri, hansılar ki, ətraf mühitlə əlaqəsi olan boşluqlarda (həzm 
orqanları,  tənəffüs,  sidik-cinsiyyət  sistemi)  yaşayırlar.  Belə  parazitlərin 
əksər  hissəsi  orqanların  möhtəviy-  yatında  yaşayırlar,  ancaq  onların 
divarlarının  toxumalarında  çoxala  bilirlər;  lakin  həmişə  bu  orqanlardan 
onlar  ifrazatla  bərabər  ətraf  mühitə  düşürlər.  Qan  damarlarına  keçərək  bu 
ibtidailər  daxili  orqanların  toxumalarına  gətirilə  və  orada  çoxala  bilirlər, 
ancaq  belə  inkişaf  onlar  üçün  başlıca  deyildir.  Parazitlərin  lokalizasiyasını 
bilmək yalnız xəstəliyin patogc- 
nczinin,  klinikasının,  müvəffəqiyyətli  laborator  diaqnostikasının  və  müalicəsinin 
başa  düşülməsi  üçün  deyil,  habelə  parazitlərlə  törədilən  xəstəliklərin 
epidcmiologiyası  və  profilaktikası  üçün  vacibdir.  Belə  ki,  toxuma  ibtidailəri 
bilavasitə  xəstə  insandan  sağlama  ötürülə  bilməz.  Hətta  təsadüfən  ətraf  mühitə 
düşdükdə  belə,  məsələn  kəsiklər  zamanı  xəstənin  qanı  ilə,  onlar  tezliklə  məhv 
olurlar.  Adətən  xəstənin  qanından  və  zədələnmiş  toxumalarından  belə  parazitlər 
əvvəlcə  qansorucu  buğumayaqlıların  -  spesifik  keçiricilərin  (ağcaqanadların, 
hünülərin,  gənələrin,  az  hallarda  digərlərinin)  həzm  yoluna  düşürlər.  Burada 
paıazitin  həyat  tsiklinin  bir  hissəsi  gedir,  onlar  böyük  miqdarda  toplanır  və 
invazion (yoluxucu) mərhələyə çatırlar. Yalnız 
294 
downloaded from KitabYurdu.org


bundan  sonra  yeni,  yoluxmamış  insanda  təkrar  qansorma  zamanı  yoluxmuş 
keçiricilər  törədicini  ona  keçirirlər.  Toxuma  ibtidailərinin  bir  sıra  növləri  həzm 
yolundan yeni sahibin orqanizminə qida vasitəsilə, adətən yoluxmuş heyvanların əti 
ilə (məsələn, toksoplazmalar, ət sporluları) düşə bilərlər. 
Boşluq ibtidailəri yeni sahibin orqanizminə ağızdan su, qida vasitəsilə düşür, 
onların  sistaları  və  ya  başqa  davamlı  formaları  ilə  (bağırsaq  ibtidailəri)  çirklənmiş 
əllərlə  və  ya  nəfəs  alınan  havada  selik  damcıları  ilə  (tənəffüs  orqanlarının 
parazitləri,  pncvmosistalar)  keçirlər.  Sidik-cinsiyyət  yollarının  trixomonadalarla 
yoluxması adətən cinsi təmas zamanı baş verir. 
Toxuma  ibtidailəri  ilə  törədilən  xəstəliklərin  yayılmasının  qarşısının 
alınmasında  keçiricilərlə  mübarizə,  insanın,  xüsusən  də  xəstənin,  qansorucu 
buğumayaqlılardan  qorunması,  heyvani  mənşəli  qida  məhsullarının  düzgün  emalı 
mühüm əhəmiyyət daşıyır. Boşluq ibtidailəri ilə törədilən xəstəliklərlə mübarizədə 
isə törədicilər olan nəcis və insanın digər ifrazatları ilə ətraf mühitin çirklənməsinin 
qarşısının  alınması,  ictimai  və  şəxsi  gigiyena  qaydalarının,  mənzilin  gigiyenasının 
ciddi gözlənilməsinə başlıca rol ayrılır. Buğumayaqlılar yalnız onların yayılmasında 
ikincili  əhəmiyyət  daşıyan  bu  xəstəliklərin  mexaniki  qeyri-spesifık  keçiriciləri 
(məsələn, milçəklər - bağırsaq ibtidailərinin keçiriciləri) ola bilərlər. 
Pıotozoy  invaziyasmm  əsas  mənbəyi  xəstə  insan  və  ya  parazitgəzdirəndir, 
onun orqanizmində törədicinin çoxalması və ya toplanması baş verir və oradan da 
həyat qabiliyyəti saxlanmış vəziyyətdə ifraz edilir. 
Bir  sıra  protozoy  xəstəliklər  antroponozdurlar  (malyariya,  trixomonozlar, 
ləmblioz),  yaxud  da  heyvanlarda  onlar  çox  nadir  rast  gəlir  (amöbiaz,  izospoıoz). 
Onların  çoxu  isə  zoonozdurlar  (məsələn,  leyşmaniozlar,  tripanosomozlar, 
toksoplazmoz,  balantidiaz,  pnevmosistoz).  Xəstə  heyvanlar  bəzən  zoonozlaıın 
törədiciləri ilə insanın yoluxması üçün mənbə ola bilərlər, özü də belə törədicilərlə 
yoluxmuş  insanlara  nisbətən  daha  təhlükəlidirlər  Vəhşi  heyvanlar  -  zoonozların 
törədicilərinin  sahibləri  təbiətdə  invaziyanın  rczcrvuarıdırlar.  Ona  görə  də,  zoonoz 
protozooz xəstəlikləri üçün təbii ocaqların mövcud olması səciyyəvidir. 
Bir çox protozoy xəstəliklərinə mövsümilük xasdır: adətən ilin isti dövründə 
onlar soyuq dövrə nisbətən daha çox rast gəlirlər. 
295 
downloaded from KitabYurdu.org


Yalnız  tənəffüs  orqanlarının  xəstəlikləri  (məsələn,  pııevmosistoz)  soyuq  dövrdə 
daha tez-tez baş verir. 
Canlı  keçiricilərin  və  heyvanların  -  rezervuarların  təbii  şəraitə  qarşı 
müxtəlif  tələbatları  ilə  bağlı  olaraq,  bir  qrup  xəstəliklər  isti  və  rütubətli  iqlim 
zonasında (məsələn, ağcaqanadlarla ötürülən - malyariya və s.), digərləri isə - isti 
və  quru  iqlim  zonasında  (məsələn,  hünülərlə  keçirilən  leyşmaniozlar)  üstünlük 
təşkil  edirlər.  Protozoy  xəstəliklərinin  əksəriyyəti  tropik  xəstəliklərə  aiddirlər. 
Lakin  mülayim  iqlim  zonalarında  da  onlardan  bəziləri,  ilk  növbədə  malyariya, 
geniş yayılma imkanı (yaxın keçmişdə elə belə də olmuşdur) əldə edə bilərlər. 
Protozoy xəstəliklərinin yayılmasına əlverişli təsir göstərən bütün şəraitləri 
və  xüsusiyyətləri  bilmək  onlara  qarşı  müvəffəqiyyətlə  mübarizə  aparmaq  üçün 
vacibdir. 
Transmissiv  xəstəliklərə  yoluxmuş  şəxslər  vasitəsilə  parazitlərin 
yayılmasına  imkan  verməmək  üçün  onların  qansorucu  uçan  həşəratlardan 
(ağcaqanadlar,  hünülər,  milçəklər  və  s.)  müdafiəsinə  xüsusi  diqqət  ayırmaq 
lazımdır.  Həşəratların  binalara  uçmasının  və  yumurta  qoymasının  qarşısının 
alınması, yumurta qoyulan yerlərdə sürfələrin və uçan formaların məhv edilməsi 
vacib  əhəmiyyət  daşıyır.  Bağırsaq  protozoy  xəstəlikləri  ilə  yoluxmuş  şəxslərlə 
törədicilərin  yayılmasının  qarşısının  alınması  məqsədi  ilə  onlann  ifrazatları 
dezinfeksiya olunur. Belə xəstələr tərəfindən şəxsi gigiyena qaydalarına qoyulan 
tələblərin  ciddi  gözlənilməsi,  ayaqyoluna  getdikdən  sonra  əllərin  müntəzəm 
yuyulması, xəstələr üçün olan binaların sistematik dezinfeksiya və dezinseksiyası, 
onların gigiyenik şəraitdə saxlanması vacib əhəmiyyət daşıyır. 
SARCODINA SİNFİ 
AMÖBİAZ 
Amöbiaz - protozoy xəstəlik olub yoğun bağırsağın xoralı zədolənməsi ilə, 
daxili  orqanlarda  abseslərin  yaranma  imkanı  ilə,  uzun  sürən  xronik  gedişə 
meylliyi  ilə  səciyyələnir.  İnsanın  bağırsaq  invaziyaları  içərisində  amöbiaz  həm 
yayılmasına  görə,  həm  də  orqanizmə  göstərdiyi  patoloji  təsirə  görə  daha  böyük 
əhəmiyyət  daşıyır  ki,  bu  da  letal  nəticələrə  gətirib  çıxara  bilər.  Klinik  olaraq 
xəstəlik  xronik  kolit  (amöb  dizenteriyası  adlanır),  bağırsaqdankənar  amöbiaz  və 
ya simptomsuz parazitgəzdirmə şəklində gedir. 
296 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə