İbtidailərin insan orqanizminə daxii olma yolları və lokalizasi-
yası.
Parazit ibtidailər insan orqanizminə aşağıdakı yollarla daxil olurlar:
1)
ağız vasitəsilə - qidanın qəbulu zamanı və ya daha çox çirkli əllər vasitəsilə
(Toxoplasma, Entamoeba, Lamblia, Cryptospo- ridium);
2)
sidik-cinsiyyət orqanlarının selikli qişaları vasitəsilə (Tricho- monas
vaginalis);
3)
dəridən - canlı keçiricilər vasitəsilə.
Törədicilərin lokalizasiyasma (sahib orqanizmdə yaşadığı və çoxaldığı yer)
görə parazit ibtidailər onların sistematik vəziyyətindən, yəni bu və ya digər sinfə
mənsubiyyətindən asılı olmayaraq, iki qrupa ayırd edilə bilərlər:
1)
toxuma (o cümlədən də qan) ibtidailəri, hansılar ki, toxumalarda çox vaxt
hüceyrədaxili yaşayır və çoxalırlar və adətən ətraf mühitə ifraz olunmurlar.
Onlara, məsələn leyşmaniozların, malyariyanın, tripanosomozların və bəzi
digər xəstəliklərin törədiciləri aiddir;
2)
boşluq ibtidailəri, hansılar ki, ətraf mühitlə əlaqəsi olan boşluqlarda (həzm
orqanları, tənəffüs, sidik-cinsiyyət sistemi) yaşayırlar. Belə parazitlərin
əksər hissəsi orqanların möhtəviy- yatında yaşayırlar, ancaq onların
divarlarının toxumalarında çoxala bilirlər; lakin həmişə bu orqanlardan
onlar ifrazatla bərabər ətraf mühitə düşürlər. Qan damarlarına keçərək bu
ibtidailər daxili orqanların toxumalarına gətirilə və orada çoxala bilirlər,
ancaq belə inkişaf onlar üçün başlıca deyildir. Parazitlərin lokalizasiyasını
bilmək yalnız xəstəliyin patogc-
nczinin, klinikasının, müvəffəqiyyətli laborator diaqnostikasının və müalicəsinin
başa düşülməsi üçün deyil, habelə parazitlərlə törədilən xəstəliklərin
epidcmiologiyası və profilaktikası üçün vacibdir. Belə ki, toxuma ibtidailəri
bilavasitə xəstə insandan sağlama ötürülə bilməz. Hətta təsadüfən ətraf mühitə
düşdükdə belə, məsələn kəsiklər zamanı xəstənin qanı ilə, onlar tezliklə məhv
olurlar. Adətən xəstənin qanından və zədələnmiş toxumalarından belə parazitlər
əvvəlcə qansorucu buğumayaqlıların - spesifik keçiricilərin (ağcaqanadların,
hünülərin, gənələrin, az hallarda digərlərinin) həzm yoluna düşürlər. Burada
paıazitin həyat tsiklinin bir hissəsi gedir, onlar böyük miqdarda toplanır və
invazion (yoluxucu) mərhələyə çatırlar. Yalnız
294
downloaded from KitabYurdu.org
bundan sonra yeni, yoluxmamış insanda təkrar qansorma zamanı yoluxmuş
keçiricilər törədicini ona keçirirlər. Toxuma ibtidailərinin bir sıra növləri həzm
yolundan yeni sahibin orqanizminə qida vasitəsilə, adətən yoluxmuş heyvanların əti
ilə (məsələn, toksoplazmalar, ət sporluları) düşə bilərlər.
Boşluq ibtidailəri yeni sahibin orqanizminə ağızdan su, qida vasitəsilə düşür,
onların sistaları və ya başqa davamlı formaları ilə (bağırsaq ibtidailəri) çirklənmiş
əllərlə və ya nəfəs alınan havada selik damcıları ilə (tənəffüs orqanlarının
parazitləri, pncvmosistalar) keçirlər. Sidik-cinsiyyət yollarının trixomonadalarla
yoluxması adətən cinsi təmas zamanı baş verir.
Toxuma ibtidailəri ilə törədilən xəstəliklərin yayılmasının qarşısının
alınmasında keçiricilərlə mübarizə, insanın, xüsusən də xəstənin, qansorucu
buğumayaqlılardan qorunması, heyvani mənşəli qida məhsullarının düzgün emalı
mühüm əhəmiyyət daşıyır. Boşluq ibtidailəri ilə törədilən xəstəliklərlə mübarizədə
isə törədicilər olan nəcis və insanın digər ifrazatları ilə ətraf mühitin çirklənməsinin
qarşısının alınması, ictimai və şəxsi gigiyena qaydalarının, mənzilin gigiyenasının
ciddi gözlənilməsinə başlıca rol ayrılır. Buğumayaqlılar yalnız onların yayılmasında
ikincili əhəmiyyət daşıyan bu xəstəliklərin mexaniki qeyri-spesifık keçiriciləri
(məsələn, milçəklər - bağırsaq ibtidailərinin keçiriciləri) ola bilərlər.
Pıotozoy invaziyasmm əsas mənbəyi xəstə insan və ya parazitgəzdirəndir,
onun orqanizmində törədicinin çoxalması və ya toplanması baş verir və oradan da
həyat qabiliyyəti saxlanmış vəziyyətdə ifraz edilir.
Bir sıra protozoy xəstəliklər antroponozdurlar (malyariya, trixomonozlar,
ləmblioz), yaxud da heyvanlarda onlar çox nadir rast gəlir (amöbiaz, izospoıoz).
Onların çoxu isə zoonozdurlar (məsələn, leyşmaniozlar, tripanosomozlar,
toksoplazmoz, balantidiaz, pnevmosistoz). Xəstə heyvanlar bəzən zoonozlaıın
törədiciləri ilə insanın yoluxması üçün mənbə ola bilərlər, özü də belə törədicilərlə
yoluxmuş insanlara nisbətən daha təhlükəlidirlər Vəhşi heyvanlar - zoonozların
törədicilərinin sahibləri təbiətdə invaziyanın rczcrvuarıdırlar. Ona görə də, zoonoz
protozooz xəstəlikləri üçün təbii ocaqların mövcud olması səciyyəvidir.
Bir çox protozoy xəstəliklərinə mövsümilük xasdır: adətən ilin isti dövründə
onlar soyuq dövrə nisbətən daha çox rast gəlirlər.
295
downloaded from KitabYurdu.org
Yalnız tənəffüs orqanlarının xəstəlikləri (məsələn, pııevmosistoz) soyuq dövrdə
daha tez-tez baş verir.
Canlı keçiricilərin və heyvanların - rezervuarların təbii şəraitə qarşı
müxtəlif tələbatları ilə bağlı olaraq, bir qrup xəstəliklər isti və rütubətli iqlim
zonasında (məsələn, ağcaqanadlarla ötürülən - malyariya və s.), digərləri isə - isti
və quru iqlim zonasında (məsələn, hünülərlə keçirilən leyşmaniozlar) üstünlük
təşkil edirlər. Protozoy xəstəliklərinin əksəriyyəti tropik xəstəliklərə aiddirlər.
Lakin mülayim iqlim zonalarında da onlardan bəziləri, ilk növbədə malyariya,
geniş yayılma imkanı (yaxın keçmişdə elə belə də olmuşdur) əldə edə bilərlər.
Protozoy xəstəliklərinin yayılmasına əlverişli təsir göstərən bütün şəraitləri
və xüsusiyyətləri bilmək onlara qarşı müvəffəqiyyətlə mübarizə aparmaq üçün
vacibdir.
Transmissiv xəstəliklərə yoluxmuş şəxslər vasitəsilə parazitlərin
yayılmasına imkan verməmək üçün onların qansorucu uçan həşəratlardan
(ağcaqanadlar, hünülər, milçəklər və s.) müdafiəsinə xüsusi diqqət ayırmaq
lazımdır. Həşəratların binalara uçmasının və yumurta qoymasının qarşısının
alınması, yumurta qoyulan yerlərdə sürfələrin və uçan formaların məhv edilməsi
vacib əhəmiyyət daşıyır. Bağırsaq protozoy xəstəlikləri ilə yoluxmuş şəxslərlə
törədicilərin yayılmasının qarşısının alınması məqsədi ilə onlann ifrazatları
dezinfeksiya olunur. Belə xəstələr tərəfindən şəxsi gigiyena qaydalarına qoyulan
tələblərin ciddi gözlənilməsi, ayaqyoluna getdikdən sonra əllərin müntəzəm
yuyulması, xəstələr üçün olan binaların sistematik dezinfeksiya və dezinseksiyası,
onların gigiyenik şəraitdə saxlanması vacib əhəmiyyət daşıyır.
SARCODINA SİNFİ
AMÖBİAZ
Amöbiaz - protozoy xəstəlik olub yoğun bağırsağın xoralı zədolənməsi ilə,
daxili orqanlarda abseslərin yaranma imkanı ilə, uzun sürən xronik gedişə
meylliyi ilə səciyyələnir. İnsanın bağırsaq invaziyaları içərisində amöbiaz həm
yayılmasına görə, həm də orqanizmə göstərdiyi patoloji təsirə görə daha böyük
əhəmiyyət daşıyır ki, bu da letal nəticələrə gətirib çıxara bilər. Klinik olaraq
xəstəlik xronik kolit (amöb dizenteriyası adlanır), bağırsaqdankənar amöbiaz və
ya simptomsuz parazitgəzdirmə şəklində gedir.
296
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |