olmuş qurdların skoleksinin (baş hissəsinin) öyrənilməsinin əsasında da qoymaq
olar.
• •
Cədvəl. Oküz və donuz soliterlorinin buğumlarının və
skolekslərinin q uruluşunda olan
fərqlər
JV
b
Əlamətlər
• m
Oküz
soliteri
Donuz soliteri
1
Xəstədə buğumların xaric
edilməsinin xarakteri
Aktiv, özbaşına,
adətən defekasiya
aktından asılı olmadan
Passiv, defekasiya
aktı zamanı
2
Buğumların hərəkətliliyi
hərəkətli
hərəkətsiz
3
Yetkin buğumlar
a)
uzunluğu, mm
b)
eni, mm
c)
uzunluğun enə nisbəti ç)
forma
16-20
4-7
1:3-1:4
daha çox qabarıq
10-12
5-6
1:2
az qabarıq
4 Yumurtalığın quruluşu
Yumurtalığın orta
sütunundan
hər tərəfə
18-36 yan şaxə çıxır
Yumurtalığın orta
sütunundan hər
tərəfə 8- 12
yan şaxə
çıxır
5
Qarmaqlann
olması
Yoxdur
Tac şəklində 22- 32
ədəd olur
Sisleserkoz diaqnozu kliniki, rentgenoloji və laborator məlumatların
(scroloji müayinə metodları) əsasında qoyulur.
Profilaktika məqsədilə xəstələrin mütləq şəkildə müalicə olunmasının xüsusi
əhəmiyyəti vardır. Onkosferlərlə yoluxmaya yol verməmək üçün xüsusilə
laborantların şəxsi gigiyena qaydalarına əməl etmələri vacibdir. Ətıaf mühitin insan
nəcisi ilə çirklənməsinə yol verməmək və donuzların insan nəcisi ilə
qidalanmasının qarşısını almaq lazımdır. Donuzları qapalı şəraitdə saxlamaq
məsləhət görülür.
Əhaliyə donuzları nəzarətsiz şəkildə həyətlərdə kəsilməsinin təhlükəli
olmasını və sanitar-baytar nəzarətin məqsədəuyğun olmasını izah edirlər. Əti,
xüsusilə baytar nəzarətindən keçməmiş əti yaxşıca bişirmək lazımdır.
286
downloaded from KitabYurdu.org
EXİNOKOKKOZLAR
Exinokokkozlar (Echinococcoses) qədimdən məlumdur. Hippokıat onu «su
ilə dolu qaraciyər» adlandumışdıı*.
Exinokokkozların kliniki-cpidcmioloji xüsusiyyətlərinə görə oxşar olan iki
forması - hidatioz və alvcolyar cxinokokkoz rast gəlir.
Hidatioz cxinokokkoz -
Echinococcus qranulosus, alveolyar exinokokkoz -
Ech. multilokularis tərəfindən törədir. O, lentşəkilli qurddur, uzunluğu 3,4-6,19mm,
eni 0,47-0,98 mm-dir, başmda 4 sormacı və qarmacıqları vardır, bədəni 3-4
proqlotidadan ibarətdir. Sonuncu proqlotidi yumurta ilə dolu olur. Qurdun sürfəsi bir
boşluqlu (Ech.unicularis) qovuq şəklindədir. Onun divarı iki qata bölünür: xarici -
kutikulyar və daxili - herminativ. Daxili qatda içərisi maye və yüzlərlə skolckslə dolu
divaryanı boşluqlar əmələ gəlir.
Exinokokkozun mənbəyi ətyeyən heyvanlar - xüsusilə it, qurd, çaqqaldır. Bu
heyvanlar paıazitin həm də son sahibidir. Onların bağırsağında
qurd cinsi yetişkənliyə
çatdıqdan sonra sonuncu proqlotid qopub nəcislə xaric olur. İnsan və otyeyən
heyvanlar helmintin aralıq sahibi hesab edilirlər. İnsan itlə sıx təmas zamanı, habelə
çiy su, göyərti, meyvə- tərəvəz vasitəsilə yoluxur.
İnsanın mədə-bağırsağında yumurtadan çıxan onkosfer qan dövranı ilə
qaıaciyrə və digər orqanlara yayılır. 5-6 ay ərzində onlar sürfə mərhələsini keçərək 5-
20 mm ölçüdə exinokok kistino çevrilir. Toxumanın xüsusiyyətindən asılı olaraq,
xüsusilə ağ ciyərlərdə, kista xeyli böyük ölçülərə çata bilər. Tədricən kistin ətrafında
flbroz (xitin) kapsula əmələ gəlir. Paıazitin mübadilə məhsulları inloksikasiya
əlamətləri törədir və orqanizmi scnsibilizə edir. Exinokok kistinin partlaması
nəticəsində mayenin qarın boşluğuna dağılmış skolekslər ikincili cxinokokkoza səbəb
olur. Exinokok kisti böyüdükcə orqan və toxumalara mexaniki təsir göstərir.
Kapsulaya kalsium duzlarının çökməsi nəticəsində kirəcləşmə baş verir. Kistin
ölçüləri 11 mm-dən 40 sm-ə qədər ola bilər. Onun içərisi şəffaf maye ilə dolur. Bəzən
öd qarışır. Böyük kistin içərisində xitin qişa ilə əhatə olunmuş çoxlu qız qovucuqlar
vardır. Kistli orqanlar distrofik dəyişikliyə uğrayır, bəzən kistə yaxın sahələrdə
iltihab, hətta serroz inkişaf edir. Parazitin ölməsi və kistin irinləməsi kəskin irinli
proses əlamətləri törədir.
Exinokokkozun inkubasiya dövrü uzun çəkir. Xəstəliyə məxsus əlamətlər ləng
inkişaf edir.
Ona görə də, exinokokkozun gedişi üç
287
downloaded from KitabYurdu.org