mərhələyə bölünür: latcnt ya simptomsuz dövr, əlamətlərin üzə çıxması dövrü və
ağırlaşmalar dövrü.
Xəstəliyin birinci dövrü təsadüfən, operativ müdaxilə, rentgenoloji müayinə,
USM, tomoqrafıya və s. nəticəsində aşkar edilir.
İkinci mərhələnin klinik təzahürləri exinokok kistinin yerindən asılı olaraq
yerli və ümumi simptomlarla xarakterizə olunur. Parazitin mübadilə məhsullarının
sorulması iştahanın azalması, ağırlaşma, başgicəllənmə, baş ağrısı, zəiflik, əmək
qabiliyyətinin azalması, subfebril qızdırma, allergik simptomlar - səpgi, dəri
qaşınması və s. verir. Xəstə epiqastral və sağ qabırğa altında ağrı, ağırlıq, təzyiq hiss
edir. Qaraciyər böyüyür, borkiyir, ağrısız olur. Bəzən onun səthində yumşaq
konsistensiyalı exinokok kisti əllənir. Kistin divari kirəcləşdikdə taxtanı xatırladır.
Üçüncü dövr bir neçə il cəkə bilər. Beynin exinokokkozunda ən kiçik kist
belə erkən ağır nevroloji əlamətlər - iflic, beyincik pozğunluqları verir. Bəzən
xəstəlik ciddi ağırlaşma, məs. qaraciyərin exinokokkozunda - assit, sarılıq, ağ
ciyərin exinokokkozunda - ağ ciyərlərin atelektazı, divaıaralığı orqanların
yerdəyişməsi, sümüyün exinokokkozunda - sekvestrlərin (boşluqların) yaranması
şəklində təzahür edir.
Exinokokkozda həqiqi rcsidiv təkrar yoluxmanın nəticəsində baş verir və
sərbəst, təkrar xəstəlik kimi qəbul edilir. Hətta cəırahi müdaxilədən uzun illər sonra
əvvəlki iş yerlərinə qayıtmış şəxslərdə belə residivlər təsadüf edilir. Yalançı residiv
isə müalicədən az sonra baş verir və adətən cərrahi müdaxilənin radikal olmaması,
kisənin partlaması ilə əlaqələndirilir.
Exinokokkozlu xəstələrin hcmoqrammasında eozinofıliya, EÇS-in artması
aşkar edilir. Bəzən qaraciyərin funksional sınaqları da dəyişir. Exinokokkozun
proqnozu ciddi olur.
Diaqnoz epidemioloji anamnezo, klinik mənzərəyə, laboıator, instrumental
müayinələrə və allergik sınağa əsaslanır.
İmumunoloji müayinələrdən cxinokokk kistinin mayesindən hazırlanmış
antigenlə QDHR, lateks aqqlütinasiya reaksiyası tətbiq edilir. Dəri-allergik Katsoni
sınağı ilə qoyulur. O, qaraciyər exinokokkozunda daha həssas sayılır. Rentgenoloji,
USM, angio- qrafiya, exoqrafiyası, tomoqrafıya və laporoskopiya, diaqnostik
laporotomiya diaqnozu dəqiqləşdirməyə imkan verir.
288
downloaded from KitabYurdu.org
DİFİLLOBOTRİ O ZL AR
DifiIIobotriozların (Diphillobothriosis) törədicisi Diphylloboth- rium cinsinə
aid IO-dan çox növü olan lcntşəkilli qurdlardır. Ən çox D.latura (enli Icntcə)
öyrənilib. Strobilanın uzunluğu 10 metrə çatır. 3-4 min pıoqlotidadan ibarətdir. Onlar
baş tərəfdə geniş, quyruq tərəfdə kvadrat şəklində olur. Skoleksində iki uzun soruçu
şırımı botriləri vardır. Yumurtaları (70-45 mk) oval formadadır, iki konturlu qişası
olur, qapaqlıdır.
Difillobotnozların ocaqları Avropanın bir çox ölkələrində, cənubi Amerikada,
Avstraliyanın şərq sahillərində, Mərkəzi Afrikada (göllər bölgəsində) yerləşmişdir.
D.latum biohelmintozdur, zoonozdur. Son sahibi və invaziya mənbəyi insandır, nadir
hallarda balıq yeyən heyvanlardır. Yetkin qurdlar nazik bağırsaqlarda paıazitlik edir,
ilk aralıq sahib xərçənglər (cyclops və $.), ikinci - balıqlardır.
Onların orqanizmində sürfələr - pleroserkoidlər əmələ gəlir. İnsan yaxşı
bişməmiş və duzlanmamış balıq və ya kürü yedikdə yoluxur. İnvaziyaya qarşı ümumi
həssaslıq müəyyən edilir.
Difıllobotrilər orqanizmə mexaniki və toksik-allergik təsir göstərir. Helmint
botriləri ilə bağırsağın divarım sıxaraq onu atrofiyaya və nekıoza uğradır. Həm qurdun
mübadilə məhsulları, həm də nekroz sahəsindən sorulmuş toksinlər və dəyişilmiş
zülallar orqanizmi sensibilizasiya edir. Endogen olaraq B
12 vitamini və fol turşusu
çatışmazlığının meqaloblastik anemiyanın patogenezində böyük əhəmiyyəti var.
İnvaziya dövrü bəzən 10 ilə qədər davam edir.
Çox vaxt invaziya simptomsuz gedir. Bəzən zəiflik, baş ağrısı, başgicəllənmə,
əmək qabiliyyətinin azalması, mədə-bağırsaq pozğunluğu, ürək bulanma, qusma,
qarnın hər yerində və epiqastrumda yeməklə və defekasiya ilə əlaqəsi olmayan
müxtəlif ağrılar, meteorizm, qəbizlik və ishal olur, onlar bir-birini əvəz edir. Çoxlu
parazitin toplanması dinamiki ya obturasion bağırsaq keçməzliyinin yaranmasına
gətirib çıxara bilər.
Diaqnozu hiperxrom anemiya və nəcisdə D.latum yumurtasının və ya
strobilanın hissələrinin tapılmasına əsasən qoyulur.
289
downloaded from KitabYurdu.org
FASSİOLYOZ
Fassiolyozu (Fasciolesis) qaraçiyər sorucusu - Fasciola hepatica və
F.gigantika törədir. Onlar 20-16x5-12 ram iri ölçülü yastı qurdlardır. Baş
tərəfdəki tüklü xortumda ağız və qarın sormadan yerləşir. Qurdun yumurtaları də
iri olur.
Fassiolyoz - zoonoz xəstəlikdir. İnfeksiya mənbəyi kimi insanın rolu azdır.
Qurdun son sahibi insan və müxtəlif kənd təsərrüfatı heyvanları, aralıq sahib-
yumşaqbədənlilərdir. Nəcislə birlikdə qurdun yumurtası suya və nəm torpağa
düşür. 4-6 həftə ərzində inkişaf edərək kı'prikli sürfələrə - merasidı’lərə çevrilirlər.
Onlar yum- şaqbədənlilərin orqanizmində qeyri-cinsi yolla çoxalaraq quyruqlu
sürfələr - serkari əmələ gəlirir. Serkaıi su bitkilərinin gövdələrinə yapışır və
invazion sürfələrə - adoleskarilərə çevrilir. Fassiolanın qeyri-cinsi inkişaf dövrü 4-
6 həftə çəkir. Suda və bitkilərin üzərində 2 ilə qədər yaşayır, quru şəraitdə tez
ölürlər. İnsan gölməçədən su içdikdə, su bitkiləri, göyərti, meyvə vasitəsilə
yoluxur.
Son sahibin orqanizmində sürfələr - adoleskarilər bağırsağın selikli qişasına
yapışır, dərinə keçərək qan dövranına düşür və qaraçiyərə, öd yollarına gətirilir,
orada inkişaf edir, 4-5 aydan sonra yumurta qoymağa başlayır. Yetkin helmintlər
3-5 ildən çox yaşayır. Sürfələrin miqrasiya dövründə onun metabolitləri orqanizmə
fermen- tativ-toksiki və sensibilizəedici təsir göstərir. Xəstəliyin xroniki
mərhələsində sürfələl xolangiolları və qaraciyər parenximasını zədələyərək öd
yollarında, öd kisəsində üzvi dəyişikliklər, xolestaz əmələ gətirir, baklerial
infeksiyanm inkişafı üçün şərait yaradır. Bəzən fassiolalar dəıialtı toxumaya, ağ
ciyərlərə, qarın boşluğuna, göz almalarına və başqa toxumalara yayılır.
Diaqnozu dəqiqləşdirmək üçün seroimmunoloji və parazitoloji müayinələr
tətbiq edilir. Xəstəliyin erkən dövründə presipitasiya reaksiyası, dəridaxili alleıgik
sınaq qoyulur. Sonrakı mərhələlərdə nəcisin və 12 barmaq bağırsağın
möhtəviyyatının müayinəsi fassiola yumurtalarını tapmağa imkan verir.
OPİSTORXOZ
Opistorxozu (Opisthorchosis) iki növ trematod - OpLsthorchis felineus və
O.viverini törədir. O.felincus-uıı uzunluğu 4-13, eni 1-3,5 mm-dir. Yumurtaları
solğun- sarı rəngli və qapaqcıqlı olur.
290
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |