insanda opistorxozu K.N.Vinoqradov (1891) təsvir etmişdir. M.Askenazi
(1904) onun balıqlardan insana keçməsini göstərmişdir.
İnvaziya mənbəyi insan və ətyeyən heyvanlar - pişik, tülkü, it, aralıq sahibi
- yumşaqbədənlilərdir. İnsanın və heyvanların nəcisi ilə suya düşmüş yumurtaları
yumşaqbədənlilər udur.
Yumurta sürfəyə - serkariyə çevıildikldən sonra yenidən suya düşür.
Scrkarilor balığın dərisindən dərialtı toxumaya keçir, burada mctaserkarilərə
çevrilir. Belə balığı çiy ya yaxşı bişməmiş yedikdə insanlar və heyvanlar
yoluxurlar. Opistorxoz təbii-ocaqlı peroral biohelmintozlara aiddir.
Sürfələr 2 həftə ərzində cinsi yetişkən
opistorxlara çevrilir,
qaraciyərdaxili və qaraciyərxarici öd yollarında, öd kisəsində və
mədəaltı vəzin axacağında parazitlik edir. Onlar axacaqların divarını
zədələyir, ödün və pankreas şirəsinin axmasına maneçilik törədir.
Qurdun mübadilə məhsulları orqanizmi sensibilizə edir.
Tədricən öd
yollarında baktcrial infeksiyanın inkişafı üçün şərait (xolanqit,
• •
xolelitiaz) yaranır. Od yollarında intcroreseptorların qıcıqlan- dırılması mədənin,
12 barmaq bağırsağın, ürək-damar sisteminin funksiyasını pozur, öd yollarının
epitcl qişası hiperplaziyaya uğrayır və sklerozlaşır. Bəzən qaraçiyərin birincili
xərçəngi inkişaf edir.
Diaqnozu xəstəliyin klinik mənzərəsinə, epidemioloji anamnezə, nəcisdə
və 12 barmaq bağırsaq möhtəviyyatında opistorxis yumurtalarını tapmaqla
dəqiqləşdirirlər.
PROTOZOY İNVAZİYALAR
Protozoy invaziyaların ümumi xarakteristikası
Protozoy invaziyalar heyvani mənşəli törədirilərlər (zoo- parazitlər)
tərəfindən törədilən çoxsaylı parazitar xəstəliklər qrupunda xüsusi yer tuturlar.
Protozoy invaziyaların törədiciləri - PROTOZOA və ya ibtidailər tipinin
nümayəndələri olub birhüceyıəli orqanizmlər sayılırlar. Buna baxmayaraq, onlar
öz quruluşunun, o cümlədən antigen strukturunun mürəkkəbliyi baxımından digər
mikroorqanizmlərdən (viruslar və bakteriyalardan) əhəmiyyətli dərəcədə
fərqlənirlər. Digər birhüceyrəli parazitlər kimi, ibtidailər də sahib orqanizmdə
çoxalırlar, onların sayı isə (və deməli vurduqları ziyan da) müəyyən dərəcədə
sahib orqanizmin immun cavabı ilə
291
downloaded from KitabYurdu.org
tənzimlənir. Lakin protozoy invaziyalarda immunitet, bir qayda olaraq, qeyri-
sterildir, bunun nəticəsində
xəstəlik uzun müddətli, xroniki gedişata malik olur.
insanın protozoy xəstəlikləri qrupu nisbətən kiçik olub daxilində 50
nozoformanı cəmləşdirir, bununla belə, immunoloji baxımdan bu qrup olduqca
müxtəlifdir. Onun səbəbi törədicilərin həyat sikllərinın rəngarəng, bir-birindən
fərqli olması, sahib orqanizmdə lokalizasiyanın oxşar olmaması, həmçinin
ibtidailərin immun orqanizmdə yaşayıb artması üçün istifadə etdikləri
mexanizmlərin müxtəlif olmasıdır.
Daima və ya müvəqqəti olaraq digər orqanizmlərin hesabına yaşayan və
onlardan yaşayış yeri və qida mənbəyi kimi istifadə edən orqanizmlər
parazithr
adlanır. Heyvan mənşəli parazitlər tərəfindən törədilən xəstəliklər parazitar və ya
invazion xəstəliklər adlanır.
Heyvanlar aləmində çoxsaylı birhüeeyrəli orqanizmlər vardır ki, bunlar
müasir zooloji təsnifata görə ibtidailərə aid edilir. Onların içərisində çoxlu növlər
vardır ki, insan orqanizmində parazitlik edirlər. Məsələn, bağırsaqlarda
ləmbliyalar və amöblar, daxili orqanlarda toksoplazmalar, plazmodiumlar yaşayır.
Məhz, buna görə də protozoy xəstəliklər və ya protozoozlar kliniki şəklinə görə
müxtəlifdir və xəstə şəxslərin müxtəlif materiallarının laborator müayinəsini tələb
edir.
Birhüeeyrəli ibtidailərin bədənləri xarici membranla əhatə olunmuş
sitoplazmadan, nüvədən, hərəkət, ifrazat funksiyalarını yerinə yetirən
orqanellərdən təşkil olunmuşdur. İbtidailər pscvdopodiyaların (sarkodinlər), qamçı
və titrəyici membranların (qamçılılar), kirpiklərin (kirpikli infuzorlaı) köməyi ilə
hərəkət edirlər.
İbtidailərin qidalanması müxtəlif cür həyata keçirilir. Bəziləri qida
hissəciklərini ağzı ilə udur, digərləri isə onları bədənin istənilən hissəsində yalançı
ayaqların köməyi ilə həzm edir. Bu zaman qida hissəcikləri elə bil ki, ibtidainin
(amöb) bədəninə axır, ibtidainin sitoplazmasında vakuolun daxilinə düşür və
oradan həzm olunurlar (faqositoz). İbtidailərin bəzi növlərində qidalanma qida
maddələrinin bədən səthindən sorulması hesabına baş verir (pinositoz). Qida kimi
üzvi hissəciklərdən, mikroorqanizmlordən və ətraf mühitdə həll olunmuş qida
maddələrindən istifadə olunur.
Bəzi növ ibtidailər sista əmələ gətirmək, başqa sözlə girdələşmok və sərt
qişa ilə örtülmək qabliyyətino malikdirdlər. Əmələ
292
downloaded from KitabYurdu.org