Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə101/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   117

Tarixi  məlumatlar.  Amöbiazın  törədicisi  ilk  dəfə  rus  həkimi  F.A.Leş 
tərəfindən  1875-ci  ildə  Peterburqda  qanlı  ishaldan  əziyyət  çəkən  xəstənin 
nəcisində  aşkar  edilmişdir.  Leş  itlərin  yoğun  bağnsağına  xəstənin  nəcisini 
yeridərək  onu  yoluxdurmuş  və  birinci  olaraq  bu  törədicinin  patogenliyini  sübut 
etmişdir.  Lakin  Leş  o  vaxt  dizenteriya  amöbünü  qeyri-patogen  bağırsaq 
amöbündən diferensiasiya edə bilməmişdir. Bu iki növün identifikasiyası 1903-cü 
ildə  Şaudin  tərəfindən  həyata  keçirilmişdir.  Alman  alimi  Fıis  Şaudin  patogen 
amöbə  Entamoeba  hislolytica  adını  vermişdir  ki,  onun  da  mənası  parazitin 
toxumaları parçalamaq xüsusiyyətə malik olmasından xəbər verir. 
Törədici - Entamoeba histolytica Sarcodina sinfindən olan ibtidaidir. Onun 
patogen  və  qeyri-patogen  ştamları  ayırd  edilir.  Morfoloji  cəhətdən  patogen 
amöblərdən fərqlənməyən qeyri-patogen ştamlar son illərdə E.dispar növünə daxil 
edilmişdir. 
Amöbiazın  etiologiyası.  Amöbiazın  törədicisi  -  dizenteriya  anıöbü  iki 
mərhələ  keçir:  vegetativ  (trofozoit)  və  sakit  (sistalar)  mərhələ.  Onlar  parazitin 
sahib orqanizmdə məskunlaşdığı şəraitdən asılı olaraq biri digərinə keçə bilər. 
Amöbün həyat tsiklinin vegetativ mərhələsi 4 formanı özündə birləşdirir: 1) 
toxuma, 2) böyük vegetativ , 3) boşluq forma, 4) sistaönü. 
L  Böyük  toxuma  forması  invaziv  deyildir.  O,  iri  ölçüdədir  (20-  25  mkm). 
Parazitin sitoplazmasında 2 qat ayırd olunur - ekto və endoplazma. Böyüdüldükdə 
(mikroskopla  işlədikdə)  təzə  nativ  preparatda  homogen  cııdoplazmanı  görmək 
mümkündür,  nüvə  ayırd  edilmir.  Dizenteriya  amöbünün  hərəkəti  ektoplazmatik 
yalançı  ayaqların  -  pscvdopodiyalann  köməyi  ilə  həyata  keçir:  onlar  hansı  tərəfə 
yerdəyişirlərsə,  endoplazma  da  həmin  istiqamətə  doğru  hərəkət  edir.  Amöbün 
yerdəyişməsi  bir-birinin  ardınca  davam  edən  təkanlar  şəklində  baş  verir. 
Dizenteriya  amöbünün  toxuma  forması  yalnız  kəskin  amöbiaz  zamanı  bilavasitə 
zədələnmiş  orqan  və  toxumalarda  aşkar  olunur,  pasiyentin  nəcisində  çox  nadir 
hallarda rast gəlir. 
Toxuma forması yoğun bağırsağın selikli qişasının toxumasında 
parazitlik edən və onun spesifik zədələnməsini törədən amöbün 
• • 
patogen  formasıdır.  Ölçüsü  20-25  mkm  olub,  quruluşuna  görə  əvvəlki  formaya 
oxşayır,  bağırsaq  divarının  zədələnmiş  sahəsindən  hazırlanmış  histoloji  kəsikdə, 
bəzən isə xoraların maye nəcisdə paraçalanması zamanı aşkar edilir. 
297 
downloaded from KitabYurdu.org


2.
 
Böyük  vegetativ  forma.  26-60  mkm  ölçüdədir.  Sitoplazma  iki  qata 
bölünmüşdür: xarici (ektoplazma) və daxili (endoplazma). 
Endoplazma  -  kiçik  xırdalanmış  şüşəni  xatırladan  kiçik  dənəli  şəffaf 
kütlədir.  Ektoplazma  şəffaf  şüşəyə  bənzər  kütlədir  və  yalançı  ayaqlar  əmələ 
gəldikdə xüsusilə yaxşı görünür. 
Amöb  şəffafdır,  rəngsizdir,  canlı  amöbün  nüvəsi  görünür.  Endoplazmada 
həzm  olunmanın  müxtəlif  mərhələlərində  olan  bir  ədəddən  bir  neçəyə  qədər 
critrosit  olur  ki,  bu  da  amöbün  bu  forması  üçün  tipikdir.  Buna  görə  də,  onu  çox 
zaman  hemotofaq  və  ya  eritıofaq  adlandırırlar.  Digər  növ  amöblərdən  öz 
hərəkətinə görə fərqlənir. Böyük vegetativ forma kəskin amöbiazla xəstənin təzəcə 
ifraz olunmuş maye nəcisində aşkar edilir və diaqnozu dəqiq təsdiq edir. 
3.
 
Boşluq forması - yoğun bağırsağın yuxan şöbələrinin boşluğunda yaşayır 
və dizenteriya amöbünün əsas forması sayılır. Boşluq formalan rckonvalcssentlərin 
və  ya  xroniki  amöb  dizenteriyası  -ilə  xəstələrin  təzəcə  ifraz  olunmuş  maye 
nəcislərində  aşkar  edilir.  Parazitgəzdirənlərin  və  ya  remissiya  dövründə  olan 
xəstələrin  formalaşmış  və  ya  yarımformalaşmış  nəcislərində  müəyyən  edilmir. 
Onları aşkar etmək üçün bağırsağın yuyulması nəticəsində alınmış nəcisi və ya duz 
işlədicinin  qəbulundan  sonrakı  son  nəcis  porsiyalarını  müayinə  etmək  lazımdır. 
Amöbün  boşluq  formalarının  törədicigozdirmə  tezliyi  və  sistaların  rast  gəlməsi 
xeyli dəyişir: Asiyada - 13-34%, Afrikada 17-58%, Avropada 15-40%. 
4.Sislaönü  forma  -  adətən  yarımformalaşmış  nəcisdə  aşkar  edilir. 
Quruluşuna görə boşluq formanı xatırladır, vakuollar yoxdur, yavaş-yavaş hərəkət 
edir, sitoplazmada bəzən az miqdarda bakteriyalar görünür. 
Sista yoğun bağırsağın aşağı şöbələrində boşluq (sistaönü) formadan əmələ 
gəlir.  Sistalar  xroniki  xəstələrin  və  ya  parazitgəzdirənlərin  formalaşmış  və  ya 
yarımformalaşmış nəcisində aşkar edilir. 
Növ  mənsubiyyətini  dəqiqləşdirmək  üçün  sistaları  Lüqol  məhlulu  ilə 
rəngləyirlər. Bu zaman 4 nüvə üzük şəklində aydın görünür ki, bu da dizenteriya 
amöbünün sistası üçün xarakterikdir. Yetişməmiş sistada 1-3 nüvə olur. 
Həyat  tsikli.  Dizenteriya  amöblərinin  boşluq  forması  insanın  yoğun 
bağırsağının yuxan şöbəsində yaşayır və ona ziyan yetirmir. 
298 
downloaded from KitabYurdu.org


Lakin  bəzi  şəraitdə  patogen  toxuma  formalarına  çevrilərək  bağırsaq  divarlarına 
daxil olurlar. 
Bağırsaq möhtəviyyatı ilə birlikdə passiv hərəkət edən boşluq forması onun 
son  şöbələrinə  daxil  olur.  Burada  əlverişsiz  şərait  (susuzlaşma,  bakterial  floranın 
dəyişməsi, mühitin PH-nın dəyişməsi və s.) amöbün məhv olmasına və ya onların 
sistalara  çevrilməsinə  səbəb  olur.  Sistalar  nəcislə  birlikdə  ətraf  mühitə  düşür  və 
burada  uzun  müddət  saxlanılır.  İnsan  üçün  yetkin  4  nüvəli  sistalar  yoluxdurucu 
olurlar. 
Törədici  su  və  qida  məhsulları,  çirkli  əllər,  milçək,  torpaq  və  s.  vasitəsilə 
ötürülür.  Milçəklər  amöbün  mexaniki  kcçiriciləridirlər.  Milçəklərin  xarici 
örtüklərində və bağırsağında 24 saata qədər saxlana bilirlər. 
Dizenteıiya  və  ya  histoloji  amöb  insanda  amöb  dizentcriyasını  və  ya 
amöbiaz törədir. Onlar yoğun bağırsaqda çoxsaylı xoralar əmələ gətirirlər. 
Xəstəlik müxtəlif ağırlıqda gedir və kəskin və ya tədricən başlayır. Qarnın 
aşağı  hissəsində  ağrılar,  qırmızı  rəngli  nəcis  qeydə  alınır.  Bədən  temperaturu 
adətən normal olur. Xəstəlik kəskinləşmə dövrlərinin olması ilə bir neçə il davam 
edə bilər. Ağır hallarda anemiya, üzülmə müşahidə olunur. 
Bağırsaqdakı xoralardan amöbün toxuma formaları qan vasitəsilə qaraciyər, 
ağciyər,  beyin  və  digər  orqanlara  daşma  və  orada  abseslər  əmələ  gətirə  bilər.  Bu 
ağırlaşmalar vaxtında müalicə olunmazsa ölümlə nəticələnə bilər. 
Dizcnteriya amöbünü və ya onun sistalarını aşkar etmək üçün nəcis müayinə 
edilir. Müayinə üçün təzə ifraz olunmuş nəcis götürmək lazımdır. Çünki amöblər 
10  dəqiqə  müddətində  öz  hərəkətliliyini  itirir  və  beləliklə,  etibarlı  diaqnostika 
təmin  edilmir.  Amöblərin  sistalarını  formalaşmış  nəcisdə  hətta  nəcis  müayinəyə 
qədər bir neçə saat müddətində qalsa belə aşkar etmək olur. 
Əgər  yalnız  boşluq  formaları  və  ya  sistalar  aşkar  edilmişdirsə,  onda  amöb 
dizenteriyası diaqnozunu qoymaq olmaz, çünki onlar parazitgəzdirənliyin əlaməti 
ola  bilər.  Buna  görə  də,  klinik  göstərişlər  zamanı,  başqa  sözlə,  amöbiazla 
xəstələnməyə  şübhə  olduqda  bir  neçə  dəfə  müayinə  aparırlar,  duz  işlədici  təyin 
edirlər,  çünki  böyük  vegetativ  və  ya  toxuma  formalarını  yalnız  maye  və  ya 
yarımmayc nəcisdə aşkar etmək olar. Bu zaman birinci növbədə patoloji qarışıqları 
(selik) müayinə edirlər. Nəzərə almaq lazımdır ki, 
299 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə