Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə97/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   117

şaxələrə  malik  olur.  Buğumlar  aktiv  hərəkət  etmirlər.  Donuz  və  öküz  soliterinin 
onkosfcrlori praktiki olaraq bir-birindən fərqləndirilmir. 
Donuz  soliteri  insanın  nazik  bağırsağında  parazitlik  edir  (bir  neçə  il). 
Buğumlar ətraf mühitə nəcislə xaric edilirlər. Əgər onkosferlər donuzlar tərəfindən 
udulursa  (çirklənmiş  qidanı  və  ya  xəstə  insanın  nəcisini  yedikcə),  onda  bu 
heyvanların  əzələlərində  2-2,5  aydan  sonra  quruluşuna  göıo  öküz  soliterinin 
finnalarını xatırladan finnalar inkişaf edir. 
İnsan  kifayət  qədər  termiki  emaldan  keçirilməmiş  finnozlu  donuz  ətindən 
qida  kimi  istifadə  etdikdə  yoluxur.  Bəzi  hallarda  insan  onkosferlərlo  də  -  xəstə 
şəxsdən  ağız  vasitəsilə  və  ya  qusma  zamanı  onkosferlər  bağırsaqdan  mədəyə 
düşdükdə yoluxa bilər (autoin- vaziya). 
insanın  donuz  soliterinin  onkosferləri  ilə  yoluxması  nəticəsində  dərialtı 
toxumada, əzələlərdə, gözlərdə, baş beyində finnalar (sisto- seıklər) inkişaf edir və 
beləliklə ağır xəstəlik - sistoserkoz başlayır. 
Sistoserklər  şəffaf  qovuq  olub,  darı  böyüklüyündən  1,5  sm-ə  qədər 
ölçüdədirlər. Sistoserklərin formalaşması üçün 2-4 ay vaxt tələb olunur. Onlar insan 
orqanizmində  bir  neçə  il,  donuzlarda  isə  iki  ilə  qədər  yaşayırlar  və  bundan  sonra 
ölür və əhəngləşirlor. 
Yetkin donuz soliteri teniaıinxoza oxşar olan tenioz xəstəliyini törədir. 
Diaqnostika  məqsədilə  insanın  nəcislə  ifraz  etdiyi  buğumlara  baxır  və 
nəcisin  mikroskopiyasını  həyata  keçirirlər.  Buğumlaıda  yumurtalığın  çıxacaq 
dəliyinin olmaması və buğumların nəcislə passiv yolla xaric olunması ilə əlaqədar 
donuz  soliterinin  yumurtasını  və  ya  onkosferi  nəcisdə  tapmaq  teniarinxozda 
olduğundan  daha  çətindir.  Buna  görə  də,  leniozdan  şübhələndikdə  xəstədən 
buğumları nəcislə xaric edib-etməməsini soruşmaq və nəcisi bir neçə dəfə müayinə 
etmək lazımdır. 
Qeyd  etmək  lazımdır  ki,  donuz  və  öküz  soliterlərinin  onkosferlərini  bir-
birindən  fərqləndirmək  mümkün  deyildir.  Belə  halda  laboratoriya  rəyində  tenida 
onkosferlərinin aşkar edilməsini qeyd edirlər (hər iki soliterin daxil olduğu fəsilənin 
«teniidlər»  adından  götürülmüşdür).  Müvafiq  olaraq  xəstəliyə  tenidoz  diaqnozu 
qoyulur. 
Buğumların  ifraz  olunma  xarakterinə  və  onların  quruluşuna  görə 
teniarinxozu və teniozu adətən bir-birindən fərqləndirmək mümkündür. Son növün 
diaqnozunu dehelmintizasiya zamanı xaric 
285 
downloaded from KitabYurdu.org


olmuş  qurdların  skoleksinin  (baş  hissəsinin)  öyrənilməsinin  əsasında  da  qoymaq 
olar. 
• • 
Cədvəl. Oküz və donuz soliterlorinin buğumlarının və 
skolekslərinin q uruluşunda olan fərqlər 
JV

Əlamətlər 
• m 
Oküz soliteri 
Donuz soliteri 

Xəstədə buğumların xaric 
edilməsinin xarakteri 
Aktiv, özbaşına, 
adətən defekasiya 
aktından asılı olmadan 
Passiv, defekasiya 
aktı zamanı 

Buğumların hərəkətliliyi 
hərəkətli 
hərəkətsiz 

Yetkin buğumlar 
a)
 
uzunluğu, mm 
b)
 
eni, mm 
c)
 
uzunluğun enə nisbəti ç) 
forma 
16-20 
4-7 
1:3-1:4 
daha çox qabarıq 
10-12 
5-6 
1:2 
az qabarıq 
4  Yumurtalığın quruluşu 
Yumurtalığın orta 
sütunundan hər tərəfə 
18-36 yan şaxə çıxır 
Yumurtalığın orta 
sütunundan hər 
tərəfə 8- 12 yan şaxə 
çıxır 

Qarmaqlann 
olması 
Yoxdur 
Tac şəklində 22- 32 
ədəd olur 
Sisleserkoz  diaqnozu  kliniki,  rentgenoloji  və  laborator  məlumatların 
(scroloji müayinə metodları) əsasında qoyulur. 
Profilaktika məqsədilə xəstələrin mütləq şəkildə müalicə olunmasının xüsusi 
əhəmiyyəti  vardır.  Onkosferlərlə  yoluxmaya  yol  verməmək  üçün  xüsusilə 
laborantların şəxsi gigiyena qaydalarına əməl etmələri vacibdir. Ətıaf mühitin insan 
nəcisi  ilə  çirklənməsinə  yol  verməmək  və  donuzların  insan  nəcisi  ilə 
qidalanmasının  qarşısını  almaq  lazımdır.  Donuzları  qapalı  şəraitdə  saxlamaq 
məsləhət görülür. 
Əhaliyə  donuzları  nəzarətsiz  şəkildə  həyətlərdə  kəsilməsinin  təhlükəli 
olmasını  və  sanitar-baytar  nəzarətin  məqsədəuyğun  olmasını  izah  edirlər.  Əti, 
xüsusilə baytar nəzarətindən keçməmiş əti yaxşıca bişirmək lazımdır. 
286 
downloaded from KitabYurdu.org


EXİNOKOKKOZLAR 
Exinokokkozlar  (Echinococcoses)  qədimdən  məlumdur.  Hippokıat  onu  «su 
ilə dolu qaraciyər» adlandumışdıı*. 
Exinokokkozların  kliniki-cpidcmioloji  xüsusiyyətlərinə  görə  oxşar  olan  iki 
forması - hidatioz və alvcolyar cxinokokkoz rast gəlir. 
Hidatioz  cxinokokkoz  -  Echinococcus  qranulosus,  alveolyar  exinokokkoz  - 
Ech.  multilokularis  tərəfindən  törədir.  O,  lentşəkilli  qurddur,  uzunluğu  3,4-6,19mm, 
eni  0,47-0,98  mm-dir,  başmda  4  sormacı  və  qarmacıqları  vardır,  bədəni  3-4 
proqlotidadan ibarətdir. Sonuncu proqlotidi yumurta ilə dolu olur. Qurdun sürfəsi bir 
boşluqlu  (Ech.unicularis)  qovuq  şəklindədir.  Onun  divarı  iki  qata  bölünür:  xarici  - 
kutikulyar və daxili - herminativ. Daxili qatda içərisi maye və yüzlərlə skolckslə dolu 
divaryanı boşluqlar əmələ gəlir. 
Exinokokkozun mənbəyi ətyeyən heyvanlar - xüsusilə it, qurd, çaqqaldır. Bu 
heyvanlar paıazitin həm də son sahibidir. Onların bağırsağında qurd cinsi yetişkənliyə 
çatdıqdan  sonra  sonuncu  proqlotid  qopub  nəcislə  xaric  olur.  İnsan  və  otyeyən 
heyvanlar helmintin aralıq sahibi hesab edilirlər. İnsan itlə sıx təmas zamanı, habelə 
çiy su, göyərti, meyvə- tərəvəz vasitəsilə yoluxur. 
İnsanın  mədə-bağırsağında  yumurtadan  çıxan  onkosfer  qan  dövranı  ilə 
qaıaciyrə və digər orqanlara yayılır. 5-6 ay ərzində onlar sürfə mərhələsini keçərək 5-
20  mm  ölçüdə  exinokok  kistino  çevrilir.  Toxumanın  xüsusiyyətindən  asılı  olaraq, 
xüsusilə ağ ciyərlərdə, kista xeyli böyük ölçülərə çata bilər. Tədricən kistin ətrafında 
flbroz  (xitin)  kapsula  əmələ  gəlir.  Paıazitin  mübadilə  məhsulları  inloksikasiya 
əlamətləri  törədir  və  orqanizmi  scnsibilizə  edir.  Exinokok  kistinin  partlaması 
nəticəsində mayenin qarın boşluğuna dağılmış skolekslər ikincili cxinokokkoza səbəb 
olur.  Exinokok  kisti  böyüdükcə  orqan  və  toxumalara  mexaniki  təsir  göstərir. 
Kapsulaya  kalsium  duzlarının  çökməsi  nəticəsində  kirəcləşmə  baş  verir.  Kistin 
ölçüləri 11 mm-dən 40 sm-ə qədər ola bilər. Onun içərisi şəffaf maye ilə dolur. Bəzən 
öd qarışır. Böyük kistin içərisində xitin qişa ilə əhatə olunmuş çoxlu qız qovucuqlar 
vardır.  Kistli  orqanlar  distrofik  dəyişikliyə  uğrayır,  bəzən  kistə  yaxın  sahələrdə 
iltihab,  hətta  serroz  inkişaf  edir.  Parazitin  ölməsi  və  kistin  irinləməsi  kəskin  irinli 
proses əlamətləri törədir. 
Exinokokkozun inkubasiya dövrü uzun çəkir. Xəstəliyə məxsus əlamətlər ləng 
inkişaf edir. Ona görə də, exinokokkozun gedişi üç 
287 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə