Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə96/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   117

müxtəlif  xarakterli  ağrılar,  formalaşmamış  nəcis,  ürəkbulanma,  iştahanın  pozulması 
müşahidə  olunur.  Sinir  sistemi  zədələndikdə  isə  baş  ağrıları  inkişaf  edir,  diqqət  və 
yaddaş  zəifləyir,  qaşınan  səpgilər,  konyunktivit,  vazomotor  riııit  və  s.  ilə  təzahür 
olunan allergiya inkişaf edir. 
Əsas  diaqnostik  metod  yumurtaları  aşkar  etmək  məqsədilə  nəcisin 
mikroskopiyasıdır.  Yumurtaların  ətraf  mühitdə  qısa  müddətdə  dağıldığını  və 
deformasiyaya uğradığını nəzərə alaraq, təzə ifraz olunmuş nəcisin mikroskopiyasını 
həyata  keçirmək  lazımdır.  Daha  yaxşı  olardı  ki,  ifraz  olunduqdan  bir  neçə  saat 
keçməmiş götürülən nəcisdən istifadə olunsun. 
Kələntəryana  görə  zənginləşdirmə  metodu  ilə  yumurtaların  aşkar  edilməsi 
daha  effektivdir.  Laborator  diaqnostikanın  effektivliyini  artırmaq  məqsədilə 
müayinədən  əvvəlki  axşam  0,1  q  işlədici  (purgin)  ilə  birlikdə  fenasal  (0,5-lq)  təyin 
etmək  laznndır.  Müayinə  üçün  nəcisi  səhərlər  yığırlar.  Fenasal  qurdun  strobilasını 
dağıdır,  nəticədə  çoxlu  miqdarda  yumurta  bağırsaq  boşluğuna  düşüb  nəcislə  xaıic 
olur. Buna görə də, xüsusi dəqiq müayinələr (təmasda olanların, kliniki göstərişlərə 
görə,  müayinədən  sonra  yoxlanış  müayinəsi  zamanı)  tələb  olunarsa,  qabaqcadan 
fenasal təyin etmək lazımdır. 
Laborator  diaqnostikada  yumurtaların  ifraz  olunmasının  dövriliyini  nəzərə 
almaq lazımdır. Bu zaman müayinə olunan şəxsin invaziya intensivliyi nə qədər az 
olarsa, yumurtaların xaric edilməsinin davam etmə müddəti o qədər qısa, bu dövrlər 
arasındakı  fasilə  isə  uzun  olar.  Buna  görə  də,  birdəfəlik  müayinə  apanldıqda 
xəstələrin yalnız 40-50%-i aşkar edilir və 5-6 gün intervalla 3 dəfə müayinə aparmaq 
tövsiyə olunur. 
O şəxslər sağalmış hesab olunurlar ki, müalicədən sonra 6 ay ərzində aparılan 
təkrari  (4-6-dan  az  olmayaraq)  müayinələr  zamanı  nəcisdə  cırtdan  qurdun 
yumurtaları  aşkar  edilməsin.  Bəzi  hallarda  bir  ilə  qədər  davam  edən  dispanser 
müşahidə  tövsiyə  olunur,  yoxlanış  müayinələrinin  sayını  isə  8-10-a  qədər  artırmaq 
lazım gəlir. 
Profilaktikası.  Himenolepidoza  hər  yerdə  rast  gəlinir.  Daha  çox  uşaqlar 
xəstələnirlər. Uşaqların və məktəbəqədər müəssisələrin işçiləri və məktəblilərin (1-4-
cü  siniflər)  laborator  müayinəsini  ildə  bir  dəfə  həyata  keçirirlər.  Himenolepidozlu 
xəstələr  aşkar  edildikdə  ailənin  bütün  üzvləri  müayinəyə  cəlb  edilir.  Müalicə-
profilaktik  tədbirlər  uşaq  kollektivlərində  və  yoluxmuş  şəxslərin  ailələrində  eyni 
vaxtda aparılır. 
282 
downloaded from KitabYurdu.org


Sanitar  rejimin  tələbləri  dehelmintizasiya  dövründə  xüsusilə  gözlənilməlidir. 
Uşaqların şəxsi gigiyena qaydalarına əməl etmələrinə nəzarət edilməlidir. Ayaqyolular, 
qapı  dəstəkləri,  ayaqyolunda  suburaxıeıların,  əl-üz  yuyanların  kranlarını  qaynar  su  ilə 
işləyirlər. İfraz olunmuş nəcisin üzərinə xlorlu əhəng səpirlər. Uşaqlara asanlıqla yuyula 
bilən  oyncaqlardan  istifadəyə  icazə  verilir.  Cırtdan  qurdla  yoluxmuş  qida 
müəssisələrinin işçilərini müalicə müddətində işdən azad edirlər. 
TENİARİNXOZ 
Teniarinxoz  (Taeniarhynchosis)  öküz  soliteri  tərlindən  törədilir.  Öküz  soliteri 
(Taeniarhynchus  saginatus)  5-6m  və  daha  uzundur.  Başı  dairəvi  formada,  l-2mm 
diamelrində  və  4  sormacılıdır.  Qurdun  böyümə  zonası  olan  nazik  boynu  çoxlu 
buğumlara bölünmüş (1000- 2000-ə qədər) bədən hissəsinə (stıobilaya) keçir. 
Bədənin  başlanğıc  hissəsində  yerləşən  cavan  buğumlar  kvadrat  formasına 
bənzəyir  və  hcrmafrodildirlər.  Yetkin  uc  buğumlaıda  yumurtalıq  vardır.  Buğumların 
qurudulmuş  preparatında  bütün  yumurtalığın  150  minə  qədər  yumurta  ilə  dolu  olduğu 
görünür.  Uc  buğumlar  yetişdikcə  strobiladan  ayrılır  və  öz  aktiv  hərəkətləri  ilə 
bağırsaqdan  xaricə  çıxır.  Hər  gün  6-8  və  daha  çox  buğumun  ayrılmasına  baxmayaraq 
qurdun  ölçüsü  kiçikdir:  çünki  böyümə  zonasında  yeni  buğumlar  əmələ  gəlir.  Yaşama 
müddəti 20 il və daha çoxdur. 
Yumurtası  dairəvi  və  ya  oval  formadadır,  onların  qişası  nazik,  şəffaf  və 
rəngsizdir. İçərisində rüşeym (onkosfcra) vardır. Rüşeymin üç cüt qarmağı vardır. Xaric 
edilmiş  yumurtanın  qişası  çox  tez  dağılır.  Buna  görə  də,  mikroskop  altında  baxdıqda 
yalnız  onkosfera  görünür.  Öküz  soliteri  insanın  nazik  bağırsağında  parazitlik  edir. 
Bunlar  nəcislə  və  ya  çox  zaman  anal  dəlikdən  aktiv  yolla  çıxırlar.  Yumurtaların  bir 
qismi  buğumlar  bağırsağın  daxilində  və  ya  xaricində  dağıldıqda  nəcislə  birlikdə  xaric 
olurlar. 
Buğumlar  və  ya  nəcis  ətraf  mühitə  düşdükdə  torpaq,  otlar,  çəmənliklər  və  s. 
onkosferalarla  çirklənir.  Çirklənmiş  qida  üo  onkosfeıalar  iribuynuzlu  qaramalın 
orqanizminə  düşür  və  əzələlərdə  sürfəyə  çevrilirlər  (finnalar  və  ya  sistoserklər). 
Finnaların ölçüsü 0,5 sm-ə qədərdir, ağ rəngli qovuq şəklindədirlər, içərisi şəffaf maye 
ilə doludur və orada yetkin qurdun başına oxşar quruluşda ağ başcıq 
283 
downloaded from KitabYurdu.org


görünür.  Mal-qaramn  bədənində  finnalar  1-2  ilə  qədər  qala  bilərlər,  sonra  isə  məhv 
olurlar. 
İnsanın  yoluxması  içərisində  finna  olan  çiy  və  ya  yarımçiy  bişmiş  mal  ətini 
(fınnoz ət) yedikdə baş verir. İnsanın nazik bağırsağında finnanın başı çevrilir, onun 
divarlarına yapışır və 3 aydan sonra yetkin parazit inkişaf edir. 
Öküz  soliteri  ilə  yoluxma  tcniarinxoz  xəstəliyinə  səbəb  olur.  Xəstəni  qann 
nahiyəsində  ağrılar,  bağırsaq  pozğunluğu,  iştahanın  azalması  narahat  edir.  Mədə 
şirəsinin turşuluğu aşağı düşür. 
Diaqnostikanın  daha  əlverişli  və  sadə  metodu  buğumların  xaric  olub  - 
olmamasını  soruşmaqdır.  Sorğunun  effektivliyini  artırmaq  məqsədilə  buğumdan 
hazırlanmış  preparatları  nümayiş  etdirirlər.  Sorğudan  müsbət  nəticə  aldıqda  xəstəyə 
xaric  edilən  buğumları  laboratoriyaya  gətirmələrinin  vacibliyini  bildirirlər.  Bəzi 
şəxslər,  məsələn,  uşaqlar,  yeniyetmələr,  qocalar,  qida  müəssisələrinin  işçiləri, 
heyvandarlar buğumların xaric edilməsi faktını tibb işçisindən gizlədə bilərlər. 
Teniariııxozla  mübarizədə  mühüm  məsələlərdən  biri  öküz  soliteri  ilə 
yoluxmuş  şəxslərin  aşkar  edilməsi  və  dehelmintizasiyadır.  Xəstələn  şəxsləri 
qeydiyyatdan  aşağıdakı  hallarda  çıxarmaq  olar:  sorğu  nəticəsində  3  mənfi  nəticənin 
alınması;  nəcisin  və  perianal  qaşıntının  müayinəsindən  sonra  mənfi  nəticənin 
alınması əsasında müayinədən 6 ay və daha çox müddət keçmişdirsə. 
Profilaktiki tədbirlər kompleksinə malikanələrdə və fermalarda ayaqyoluların 
tikilməsi, mal-qaranın yeminin fekal çirklənmədən qorunması, heyvanların həyətlərdə 
kəsilməsinin  qadağan  olunması,  ətin  sanitar  ekspertizası,  əhalinin  sanitar 
maariflənməsi, ət xörəklərinin düzgün hazırlanması aiddir. 
TENİOZ 
Tenioz  (Taeniosis)  donuz  soliteri  tərəfindən  törədilir.  Donuz  soliteri  (Taenia 
solium)  xarici  görünüşcə  öküz  soliterinə  oxşayır,  lakin  uzunluğu  3  m-dən  çox 
deyildir, diametri 0,6-2 mm-dir. Baş hissəsində 4 ədəd sormacdan başqa 22-32 ədəd 
qarmaq da vardır. 
Qarmaqları  olduğuna  görə  ona  silahlı  soliter  də  deyilir.  Yetkin  buğumlar  50 
minə yaxın yumurtaya malikdir və onlar öküz soliterində olduğundan daha qısadırlar. 
Yumurtalıq həmişə 8-12 yan 
284 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə