Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə92/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   117

Biohelmintozların törədiciləri bir və ya bir neçə ara sahibin iştirakı ilə inkişaf 
edir.  İnsanın  bu  helmintlərə  yoluxması  orqanizmində  sürfə  olan  ara  sahibdən  qida 
kimi  istifadə  etdikdə  və  digər  yollarla  baş  verir  (exinokokkoz).  Yoluxma  xəstə 
heyvanlarla (əsas sahib) təmas zamanı yumurtaları udmaqla baş verir. 
Biohelmintozlara  bütün  sorucular,  lentşəkilli  qurdlar  və  bəzi  girdə  qurdlar 
(trixinclla, filyari) aiddir. Biohclmintlər arasında cırtdan zəndr qurdu xüsusi yer tutur 
ki, onun inkişafı həm ara sahiblə (buğumayaqlı), həm də onsuz gedir. Ona görə də, 
himenolipedoz xəstədən sağlama təmas yolu ilə də yoluxur. 
Beləliklə,  təmas  yolu  ilə  keçən  hclmintozları  müstəqil  bir  qrup  halında 
ayırmaq olar. Onlara enterobioz, himenolipedoz və sistiserkoz aiddir. 
1952-ci  ildə  E.S.Şulman  epidemioloji  təsnifata  kontagioz  helmintozlar 
qrupunu  əlavə  etmişdir.  Kontagioz  helmintozların  törədiciləri  insan  üçün  biləvasitə 
yoluxucu  olan  yetkin  yumurta  xaric  edirlər  və  insan  ötürücü  amil  rolunu  oynayan 
əşyalarla və çirkli əllərlə yoluxur (enterobioz, tıimenolepidoz). 
Hclmintlər  insan  orqanizminin,  demək  olar  ki,  bütün  üzv  və  toxumalarında 
paıazit  həyat  keçirir.  Prinsipcə  bütün  helmintləıin  inkişaf  dövrü  yumurta-  sürfə  - 
imaqo  (yetkin  helminl)  sxemi  üzrə  gedir.  Parazitin  imaqo  forması  -  son,  definitiv 
sahibin  orqanizmində  qalır,  propaqativ  formaları,  yəni  yumurta  və  sürfələri  isə  ya 
xarici  mühitdə  (geohelmintlər),  ya  da  aralıq  və  əlavə  sahibin  orqanizmində 
(biohelmintlər) invaziv formaya qədər inkişaf edirlər. 
Helmintlərin  ölçüləri  xeyli  müxtəlif  olub,  metaqonimozlarda  0,45-0,7  mm-
dən, teniarinxozlarda 7-10 m-ə qədər dəyişir. Bəzi helmintlərin sorucu aparatı, ifrazat 
orqanları olur. Lentvari qurdlar baş (skoleks) və gövdə (strobila) hissələrinə bölünür. 
Gövdə ayrı-ayrı buğumlardan, proqlotidlərdən təşkil olunur. Son proqlotidlərin içərisi 
yumurta - onkosferlə dolu olur. 
Nematodozlar  iki  cinslidir:  erkək  və  dişi.  Sestodozlar  və  trematodozdar  isə 
hermafroditdilər.  Nematodlarda  xüsusi  əzələ,  həzm,  sinir,  ifrazat  və  cinsi  orqanlar 
sistemi  inkişaf  etmişdir.  Onlar  əsasən  həzm  sisteminin  xəstəliklərini  törədirlər. 
Sestodozlar  baş  və  bədən  (strobila)  hissələrindən  ibarətdir.  Bədən  hissəsi 
hermafroditdir, buğumlardan ibarətdir. Başdan uzaq olan buğumlar helmint yumurtası 
ilə  dolu  olur.  Parazit  baş  tərəfi  ilə  burada  olan  yarıqlar,  qarmaqlar  və  ya  sormaclar 
vasitəsilə bağırsağın divarına rəbt olur. 
270 
downloaded from KitabYurdu.org


Sestodozlar  həzm,  qan-damar  və  tənəffüs  sistemlərindən  məhrumdur. 
Trematozların  morfoloji  cəhətdən  quruluşu  digər  qrup  helmintlərə  nisbətən  sadədir. 
Onların  həzm  sistemi  primitiv  olub,  bədənlərinin  ön  hissəsində  iki  sormac  vardır  - 
biri  ağız  dəliyini  əhatə  edir,  o  biri  isə  qarın  hissəsindədir.  Sonuncu  sahibindən 
parazitin yapışması üçündür. 
Helmintlər bir sıra ardıcıl inkişaf sikli keçirir. Bu zaman cinsi yetkin formalar 
(imaqo) əsas sahibin orqanizmində parazitlik edir, qeyri-yetkin formalar isə (yumurta, 
sürfə) ətraf mühitdə inkişaf edirlər (geohelmintlər  - ətraf mühitdə, biohelmintlər isə 
bir və ya iki aralıq sahibin orqanizmində parazitlik edirlər). 
İnsan  həm  əsas,  həm  də  aralıq  sahib  ola  bilər.  İnkişaf  sikli  insanın  iştirakı 
olmadan  başa  çatması  mümkün  olmayan  helmintlər  helmintoantroponozlaıın 
törədicilərinə  aiddir.  İnsandan  asılı  olmadan  mövcud  olan  helmintlər 
helmintozoonozlann törədicilərinə aiddir. 
Helmintləri parazit kimi fərqləndirən əsas xüsusiyyətlər: 
1.
 
İnkişafının  mərhələlər  üzrə  getməsi  (yumurta-  sürfə-yetkin  fərd).  Helmint 
insan orqanizminə bir mərhələdə daxil olur, digər mərhələdə ondan xaric olur, 
ona görə də, insan başqaları üçün yoluxdurucu deyildir (bəzi istisnalar olmaq 
şərtilə) 
2.
 
Orqanizmə daxil olma yolları: peı oral (passiv) və perkutan (fəal) - bilavasitə 
dərini deşib keçməklə və yoluxma amili vasitəsilə. Əksər helmintlər yetkin 
mərhələdə bağırsaqda yaşayırlar. 
Bağırsaq helmintləıini 2 qrupa bölmək olar. Birinci qrupda olan helmintlər bağırsaq 
mənfəziııə  ağızdan  yumurta  və  sürfə  şəklində  düşərək  orada  yetkin  helmintlərə 
çevrilirlər.  Onların  insan  orqanizmində  yerdəyişməsi  bağırsaq  və  öd  yollan  ilə 
məhdudlaşır (bizquyruq, öküz və donuz teniyası, enli lcntşəkilli qurd, opistoıxoz). 
Digər  qrupa  aid  olanlar  isə  ağız  və  dəridən  yumurta  və  sürfə  mərhələsində 
orqanizmə  daxil olduqdan sonra bağırsaqda yetkin  mərhələyə çatmaq  üçün uzun və 
mürəkkəb miqrasiya edirlər. 
Yetkin mərhələdə bağırsaqdan kənarda yaşayan helmintlər toxuma helmintləri 
adlanırlar. Onlara elə helmintlər də aiddir ki, bu helmintlər insanda yetkin helmintlərə 
çevrilməyərək  sürfə  mərhələsində  parazitlik  edirlər.  Bunlar  heyvan  helmintləridir, 
insan onlar üçün aralıq (cxinokokk) və ya təsadüfi (toksokar) sahib rolu oynayır. 
271 
downloaded from KitabYurdu.org


3.
 
Orqanizmdən  xaric  olma  yolları.  Əksər  helmintlərin  yumurtaları 
orqanizmdən  nəcis  və  sidiklə  xaric  olur.  Filyari  sürfələri  orqanizmi  ancaq 
qansorucu həşaratlar vasitəsilə tərk edə bilər. Onu da qeyd etmək laımdır ki, 
insanda  parazitlik  edən  helmintlər  sürfə  mərhələsində  onu  tərk  edə 
bilməzlər. İnsan onlar üçün «ckoloji səddir». 
4.
 
İnkişaf  sikli.  Təmas  helmintozlarında  törədicinin  həyat  sikli  çox  sadədir. 
Parazitlər  özlərindən  yetişimiş  (çırtdan  qurd)  və  ya  demək  olar  ki,  qismən 
yetişmiş (bizquyruq) yumurta ifraz edirlər ki, onlar da insan üçün bilavasitə 
yoluxucudur.  İnsan  məişət  əşyaları  və  ya  çirkli  əllər  vasitəsilə  belə 
invaziyalara  yoluxur.  Geohelmintozlarda  bu,  bir  qədər  mürəkkəbdir.  Belə 
ki.  yetişməmiş  yumurtalar  torpaqda  müəyyən  inkişaf  mərhələsi  keçməlidir 
ki,  sonradan  insanı  yoluxdura  bilsin.  Biohclmint-  lərin  inkişaf  sikli  çox 
mürəkkəbdir.  Onlar  inkişafın  müəyyən  mərhələlərini  aralıq  sahiblərin 
orqanizmində keçirirlər. 
5.
 
Patogenez  və patoloji  anatomiya. Ən  patogen olan o  helmintlərin  sürfə və 
inkişaf etməkdə olan yumurtalarıdır ki, onlar inkişafın ilkin mərhələlərində 
sahibin  üzv  və  toxumalarında  miqrasiya  edirlər  (askarid,  nekator, 
şistosomlar,  fassiollar,  paraqonimlər).  Miqrasiya  yolunda  sürfələr  toxu-
maları zədələyərək, çoxlu hemorragiyalar törədirlər. Sürfələrin mübadilə və 
parçalanma  məhsulları  güclü  allergen  olduqlarından  möhkəm  cozinofil 
iltihabı əmələ gətirirlər. 
Allergik reaksiyaları ən çox toxuma helmintləri törədir. Bağırsaq divarının 
(ankilostom,  nekator,  tükbaş),  qan  damarlarının  (şisto-  som  yumurtaları),  sidik 
kisəsinin  (şistosom  yumurtaları),  dəri  örtüklərinin  (drakunkulyoz)  mexaniki 
zədələnməsi  patogen  mikro-  floranın  orqanizmə  daxil  olması  üçün  yol  açır. 
Parazitlər  tərəfindən  qida  maddələrinin  mənimsənilməsi  qida  çatışmazlığına  və 
anemiyaya  gətirib  çıxarır.  Bir  çox  bağırsaq  helmintozlarında  disbakterioz  inkişaf 
edir. 
6.
 
Klinik əlamətlər. Əksər lıclmintozların klinik gedişində qısa, kəskin və uzun 
(xronik)  inkişaf  xasdır.  Müxtəlif  helmintlərin  sürfə  mərhələləri  xəstəliyin 
ilkin  mərhələsində  eyni  tipdə  gedir:  perifcrik  qan  və  toxumaların 
eozinofiliyasının  inkişafı  ilə  gedən  kəskin  allerqoz,  leykositoz,  çox  vaxt 
qızdırma,  mialgiya,  artralgiya.  Dəridə  gicişmə  verən  səpgilər,  ağciyər 
sindromu, hepato-splenomeqaliya, limfa düyünlərinin böyüməsi və s. 
272 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə