Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə91/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   117

Yarasalar arasında infeksiya onların bir-birini dişləməsi sayəsində yayılır, həmçinin 
yoluxma hava-toz yolu ilə də mümkündür. 
Həssaslıq.  Qeyd  etmək  lazımdır  ki,  heç  də  xəstə  heyvanın  dişlədiyi  hər  bir 
şəxs xəstəliyə yoluxmur. Müəyyən edilmişdir ki, xəstə itlərdən yoluxmuş şəxslərin 
təqribən 30%-i, canavarlar tərəfindən dişlənmiş şəxslərin 45%-i xəstələnir. Görünür 
ki, bu, fərdi həssaslığın səviyyəsindən və törədicinin virulentliyindən asılıdır. Lakin 
daha  mühüm  amil  -  infeksion  dozadır.  Xəstəliyin  inkişaf  ehtimalı  ilə  travamanın 
dərəcəsi  arasında  birbaşa  asılılıq  vardır:  dişləmələr  nə  qədər  massiv,  ağırdırsa, 
quduzluğun  inkişaf  etməsi  təhlükəsi  bir  o  qədər  yüksəkdir.  Bu,  orqanizmə  daxil 
olmuş törədicinin sayındakı fərqlərin birbaşa nəticəsidir. 
Lakin  bununla  yanaşı,  dişləmələrin  lokalizasiyası  da  mühüm  əhəmiyyət 
daşıyır.  Quduzluğun  inkişaf  etməsində  dişləmənin  lokalizasiyasının  təhlükəliliyi 
aşağıdakı  kimi  dəyişir:  başda  dişləmələr  (6,2%  dişləmələr  -  24,9%  xəstələnmələr), 
əllərdə  dişləmələrlə  müqayisədə  (müvafiq  olaraq  42,7%  və  45,4%),  ayaqlarda 
dişləmələr  nisbətən  təhlükəsizdir  (22,8%  və  15,7%).  Bundan  belə  nəticəyə  gəlmək 
olar  ki,  təkcə  infeksion  doza  deyil,  həm  də  bu  infeksion  dozanın  məhz  elə  yerlə 
düşməsi  vacibdir  ki,  orada  hissi  sinir  lifləri  vasitəsilə  MSS  əlaqə  daha  yaxşı  təmin 
olunur. Məsələn, əllər və barmaqlar hissi sinir ucları ilə daha çox təchiz olunmuşdur 
- bu, həmin nahiyədə dişləmə zamanı quduzluğun tez inkişaf etməsini aydınlaşdırır. 
Başda dişləmələr zamanı zərərçəkmişlərin vaxtında və tamdəyərli müalicəsini təmin 
etmək vacibdir. 
Hesab  edilir  ki,  uşaqlar  böyüklərə  nisbətən  quduzluq  virusuna  qarşı  daha 
həssasdırlar. 
Risk amilləri şəxslərin sənəti mənsubiyyəti (ovçular, kinoloqlar, baytarlar və 
s.), sahibsiz itlərin olması sayılır. 
Epidemioloji  nəzarət  kompleks  həyata  keçirilir.  Burada  baytarlıq  ximəti, 
ovçular ittifaqı və vəhşi heyvanların sayını tənzimləyən digər idarələr və xidmətlər, 
həmçinin əksepidemik xidmət iştirak edir. Epidemioloji nəzarətə daxildir: 
-
 
Yerli otyeyon vəhşi heyvanların (müasir şəraitdə - ilk öncə tülkülərin) sayının 
öyrənilməsi, onların ayrı-ayrı ərazilər və ilin dövrləri üzrə paylanması; 
-
 
Vəhşi  heyvanlar  arasında  epizootiyalar  haqqında  məlumatların  toplanması  - 
ölmüş  bütün  tülkülərin  və  digər  heyvanların  cəmdəklərinin  laborator 
müayinəsi; 
267 
downloaded from KitabYurdu.org


-
 
İtlərin  və  pişiklərin  saxlanması  qaydasına  riayət  olunmasına  fikir  vermək, 
xüsusilə  də  itlərin  quduzluğa  qarşı  məcburi  profilaktik  vaksinasiyasını 
aparmaq; 
-
 
Dişlənmiş  və  toxumaları  tüpürcəklə  çirklənmiş  insanların  müraciətlərinin 
dinamikasının, həmçinin heyvan növünün qeydə alınması. 
Profilatik və əksepidemik tədbirlərə aiddir: 
1.
 
Risk  qruplarına  daxil  olan  şəxslərin  profilaktik  peyvəndlənməsi  (xüsusilə 
cpizootik proses fəallaşdıqda). 
2.
 
Heyvanların  dişlədiyi  insanların  vaksinasiyası.  Müasir  dövrdə  bu  iş 
travmatoloji məntəqələrdə və ya poliknikaların cərrahi  şöbələrində aparılır. 
Əksepidemik  xidmət  metodik  işi  təmin  edir,  həmçinin  istifadə  olunan 
preparatların  keyfiyyəti,  peyvəndlərin  edilməsi  qaydasına  riayət  olunması 
üzərində  nəzarət  aparır.  Müalicəvi  peyvənd  kursu  konsentrasiyalı, 
inaktivasiya  olunmuş  vaksinin  vasitəsilə  həyata  keçirilir.  Vaksinasiya 
müraciət olunan gün (0-cı gündən), onun 3, 7, 14, 28-ci, bəzən isə hətta 90-
cı  günü  aparılır.  Hücum  edən  heyvanı  nəzarətə  almaq  imkanı  olduqda 
peyvənd  10-cu  günü  başa  çatdırılır  (əgər  heyvan  sağlamdırsa).  Təcrübə 
göstərmişdir  ki,  peyvəndlə  etibarlı  effekt  vaksinasiya  və  antirabik  qamma-
qlobulinin yeridilməsi zamanı təmin olunur. 
Təəssüf  ki,  bəzən  peyvənd  olunmuşlar  arasında  quduzluqla  xəstələnmə 
müşahidə  olunur.  Bu,  peyvənd  kabinetinə  vaxtında  müraciət  etmədikdə  və  s. 
səbəblərdən  baş  verə  bilər.  Peyvəndlərin  100%  effektivliyi  peyvənd  kursunu 
antirabik qamma-qlobulinlə kombinasiyada işlətdikdə əldə olunur. 
3.
 
Quduzluğun profilaktikası üzrə aparılan iş əksepidemik xidmətin üzərinə 
deyil,  baytarlıq  xidməti  idarələrinin,  vəhşi  ətyeyən  heyvanların,  həmçinin  itlərin 
tutulmasını  təmin  edən,  ev  heyvanlarının  vaksinasiyasını  yerinə  yetirən  yerli  icra 
hakimiyyətlərinin üzərinə həvalə olunur. 
268 
downloaded from KitabYurdu.org


HELMİNTOZLAR 
Helmintozların ümumi xarakteristikası 
Helmintozların  təsnifatı.  Hclraintozları  törədən  qurdlann  çoxluğu  bu 
xəstəlikləri  təsnif  etmək  zərurətini  doğurur.  Helmintozlaıın  təsnifatı  törədicilərin 
morfologiyasına və epidemioloji xüsusiyyətlərinə əsasən tərtib edilmişdir. 
insanda  helmintlərin  əsasən  2  tipi  parazitlik  edir:  yastı  qurdlar 
(Plathelminthes) və girdə qurdlar (dairəvi və ya yumru) qurdlar 
m _ 
(Nemathelminthes). insanda daha tez-tez rast gəlinən helmint növləri 
aşağıdakı siniflərə aid edilir: Trcmatodlar və ya sorucular (Tre- 
matoda); Sestodlar və ya lentşokilli qurdlar (Cestoda); Nematodlar 
və ya girdə (Nematoda) qurdlar. Beləliklə, bütün helmintlər üç sinfə 
1 •• 1 •• •• 
bolunur: 
1)
 
Trematodozlan  törədən  soruçu  qurdlar  -  Trematoda  sinifi  -  Opisthorshus 
felineus,  Clonorchis  sinensis,  Metagonimus  yokogawai,  Nanophictas 
salmincola schikholalowi, Fasciola hepatica et Fasciola gigantica; 
2)
 
Sestadozlan  törədən  lentvari  qurdlar  -  Cestoda  sinifi-  Tae-  niarychus 
saginatus,  Taenia  solium,  Himenolcpis  nana,  H.diminuta,  Diphyllobatrium 
latum, Echiııococcus granulosus, Alveococcus multilocularis; 
3)
 
Nematodozları  törədən  girdə  qurdlar  -  Nematoda  sinifi  -  Enterobius 
vermicularis,  Askaris  lumbricoides,  Trichocephalus  trichiuris,  Trichinella 
spiralis,  Ancylostoma  duodcnale,  Nekator  amcricanus,  Stıonguloides 
stercoralis, Trichostrogylus columbriformis. 
K.İ.Skryabin  (1929)  və  P.E.Şultsun  (1931)  epidemioloji  təsnifatına  görə 
helmintozlar  2  qrupa  bölünür  (törədicilərin  bioloji  tsikli  və  insanın  yoluxma 
yolundan asılı olaraq): geohelmintozlar və biohelmintozlar. 
Geohelmintozlarm  törədiciləri  düz  yolla,  aralıq  sahibsiz  inkişaf  edirlər. 
Onların  yumurtaları  əsasən  torpaqda  yetişir  və  insanın  yoluxması  invazion 
yumurtaları və ya süıfələri udmaqla, ya da fəal surətdə onların dərini deşib keçməsilə 
baş  verir.  Geohelmintlərə  askarida,  tükbaş,  ankilostomidlər  aiddir.  Bu  helmintlərə 
yoluxmuş  insan  başqaları  üçün  bilavasitə  təmas  yolu  ilə  yoluxma  mənbəyi  deyildir 
(bizquyruqdan başqa). 
269 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə