Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə90/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   117

ayrı  nümayəndələrdə  virulentliyinə,  infeksion  prosesin  və  patoloji-  anatomik 
dəyişikliklərin  xarakterinə  görə  fərqlər  vardır.  Virus  populyasiyası  antigen 
quruluşuna  görə  eynitiplidir,  lakin  müxtəlif  viruslarda  bəzi  fərqlər  vardır.  Məsələn, 
pasterin  vaksin  liksə  olunmuş  ştamı  (PV-11)  antigen  strukturuna  görə  hazırda 
insandan  və  heyvanlardan  ayırd  edilmiş  bir  çox  ştamlara  nisbətən  daha  tam  və 
universaldır. 
Tipik  (küçə)  quduzluq  virusunun  populyasiyasında  da  öz  növbəsində  fərqlər 
ayırd olunmuşdur. Məsələn, tülkü ştamları patogenliyino görə fərqlənirlər. Quduzluq 
zamanı  patoloji-anatomik  dəyişikliklər  (hansı  ki,  tülkünün  dişləməsi  nətieəsində 
törədilir)  onunla  fərqlənir  ki,  Babeş-Neqri  cisimciklori  xeyli  az  rast  gəlir,  MSS-  də 
baş verən dəyişikliklər çox kiçik struktursuz plazmatik əlavələr şəklində daha diffuz 
xarakter daşıyır. 
Afrika it quduzluğu virusu. Bu virus laborator heyvanlar üçün zəif patogendir. 
İnsanların bu virusla törədilən xəstəlikləri ya ümumiyyətlə rast gəlmir, ya da olduqca 
nadir hallarda təsadüf edir. 
Vəhşilik  virusu  -  şimal  tundra  rayonlarında  itlərin  və  şimal  tülkülərinin 
xəstəliyidir.  İnsan  çox  nadir  hallarda  xəstələnir  -  Alyaskada  bir  qızın  xəstələnməsi 
təsvir olunmuşdur. Laborator yoluxma nəticəsində inkişaf edən və ölümlə başa çatan 
ləng neyroinfeksiya haqqında məlumatlar vardır. 
Yarasaların amerika quduzluğu virusu - əsas tipik quduzluq virusundan daha 
çox fərqlənir. Yarasalarda aşkar edilən viruslar arasında müxtəlif növlər rast gəlir. 
Müasir  təsəvvürlərə  əsasən  adları  çəkilən  viruslar  bir  növə  -  quduzluq 
virusuna  aiddir.  Quduzluq  virusu  ətraf  mühitdə  kifayət  qədər  yüksək  davamlılığa 
malikdir.  Məsələn,  yarasaların  ifrazatlarında  o,  quruduqdan  və  toza  çevrildikdən 
sonra uzun müddət həyat qabiliyyətini saxlayır. Lakin o, günəş işığının və xüsusilə də 
ultrabənövşəyi  şüaların  təsirinə  qarşı  həssasdır  ki,  bundan  süni  şəraitdə  virusun 
inaktivasiyası məqsədilə istifadə olunur. 
İnfeksiya  mənbəyi  və  yoluxma  yolları.  Quduzluq  təbii-ocaqlı  zoonoz 
xəstəliklərə  aiddir,  lakin  yaşayış  məntəqələrində  də  ocaqlar  yarana  bilər  ki,  onların 
hesabına quduzluq uzun müddət həmin ərazilərdə saxlana bilər. Virus məməlilərin bir 
çox  növləri  -  həm  vəhşi,  həm  də  ev  heyvanları  üçün  patogendir.  Quduzluqla 
canavarlar, çaqqallar, tülkülər, yenotabənzər itlər, pişiklər, iribuynuzlu qaramal və s. 
xəstələnir. Lakin canavarlar, tülkülər və s. itkimilər dəstəsinin 
264 
downloaded from KitabYurdu.org


nümayəndələri aparıcı yer tutur. Bu, onunla bağlıdır ki, onlar üçün sürü ilə (daima 
və ya epizootik) yaşamaq səciyyəvidir, ikincisi - növdaxili münasibətlər bəzən dava 
və onların bir-birini dişləməsi ilə başa çatır. 
Dişlənmiş  heyvanın  orqanizminə  daxil  olduqdan  sonra  (tüpürcəklə  yaraya) 
törədici sinir kökləri vasitəsilə yavaş-yavaş peıinevral sahə boyunca hissi sinirlərlə 
MSS-nə daxil olur ki, orada viruslar intensiv toplanır və ensefalit inkişaf edir. Sonra 
sinir  kökləri  boyunca  virusların  mərkəzdənqaçma  hərəkəti  baş  verir  və  əsasən 
tüpürcək vəzlərinə daxil olur ki, orada epitel hüceyrələrində intensiv inkişaf edir. 
Bu  lokalizasiya  yoluxma  mexanizmini  müəyyən  edir  -  resipiyentin 
orqanizminə törədici hücum edən heyvanın dişləməsi zamanı tüpürcəklə daxil olur. 
Inkubasiya  dövrü  heyvanlarda  10  gündən  bir  neçə  aya  qədər  davam  edir, 
bu  zaman  xəstəliyin  klinik  simptomlan  virusun  tüpürcək  vəzilərinə  daxil 
olmasından  sonra  başlayır.  İtkimilər  dəstəsinin  müxtəlif  növlərində  virus 
tüpürcəkdə, bir qayda olaraq, xəstəlik simptomlarının başlanmasından 5 gün əvvəl 
təzahür  edir  və  xüsusilə  xəstəliyin  başlanmasından  2-3  gün  əvvəl  daha  çox  olur. 
Xəstəlik praktik olaraq həmişə ölümcüldür və nadir hallarda 5 gündən artıq uzanır 
və beləliklə, heyvan  təqribən  həyatının son  10 günü yoluxdurucudur. Pişikkimilər 
və digər  heyvan  növlərində də  mənzərə  xronoloji cəhətdən təqribən eynidir, lakin 
onların  tüpürcəyində  virus  nadir  hallarda  və  aşağı  konsentrasiyada  olur.  Belə  ki, 
canavarda virus tüpürcəkdə 90-100%, tülkülərdə 75-87%, itlərdə - 75%, inəklərdə 
yalnız 45-47% hallarda aşkar edilir. Onu da yadda saxlamaq lazımdır ki, itkimilər 
dəstəsinin nümayəndələrinin tüpürcəyində böyük miqdarda  hialuronidaza fermenti 
olur  ki,  bu  da  virusun  toxumalara,  o  cümlədən  sinir  toxumasına  effektiv  daxil 
olmasını təmin edir. Quduzluğa yoluxmuş heyvanlarda aqressivlik, səbəbsiz hücum 
hissləri  inkişaf  edir  ki,  bu  da  itkimilərdə,  həmçinin  pişiklərdə  və  donuzlarda 
xüsusilə aydın təzahür edir; otyeyən heyvanlarda aqressivlik, bir qayda olaraq, qeyd 
olunmur, lakin atlarda zəif də olsa təzahür edir. 
insan  quduz  heyvanlardan  dişləmələr  zamanı  yoluxur,  az  hallarda  bolluca 
tüpürcəklə  çirklənmə  zamanı  (əgər  bu  vaxt  dəri  və  selikli  qişaların  tamlığı 
pozulmuşsa)  baş  verir.  Beləliklə,  insanın  yoluxması  (yoluxma  yolu)  epizootik 
prosesin hesabına parazitin 
265 
downloaded from KitabYurdu.org


saxlanmasını  təmin  edən  yoluxma  mexanizmi  ilə  oxşardır.  İnsanda  infcksion 
prosesin  xarakteri  heyvanlardan  bir  o  qədər  fərqlənmir.  İnkubasiya  dövrü  ştamın 
virulentliyindən,  dişləmə  yerindən  və  onun  massivliyindon  asılıdır.  Dişləmənin 
başda,  boyunda  və  əllərdə  olması  daha  təhlükəlidir,  belə  lokalizasiya  zamanı, 
xüsusilə də zədə sahələri böyükdürsə, inkubasiya xeyli qısalır (cəmi bir neçə gün - 
10  gün  və  daha  çox).  Aşağı  ətrafların  zədələnməsi  zamanı,  xüsusilə  də  kiçik 
dişləmələr və ya tüpürcəklə çirklənmə olduqda inkubasiya dövrü bir neçə aya qədər 
uzana  bilər.  Virus  insanda  həmçinin  tüpürcəkdə  də  aşkar  edilə  bilər,  lakin  onun 
konsentıasiyası azdır, bundan başqa, insan üçün aqressivlik səciyyəvi deyildir. Bütün 
bunlar  xəstənin  ehtimal  olunan  infeksiya  mənbəyi  kimi  praktik  təhlükəsizliyini 
müəyyən edir. 
Yaxın  dövrə  qədər  ev  heyvanlarının  quduzluğu  (ilk  öncə  itlərin)  insanlar 
arasında  quduzluğun  yayılmasında  həlledici  rol  oynayırdı.  Bir  sıra  effektiv 
tədbirlərin (sahibsiz itlərin tutulması, itlərin profilaktik vaksinasiyası və qeydiyyatı 
və  s.  tədbirlər)  aparılmasından  sonra  əksər  hallarda  yaşayış  məntəqələrində 
(şəhərlərdə)  quduzluğun  yayılması  öz  əhəmiyyətini  itirmişdir.  Bundan  başqa 
müharibədən  sonrakı  illərdə  canavarlann  populyasiyası  kəskin  surətdə  azalmışdır. 
Keçmiş SSRİ-nin avropa hissəsində, digər avropa ölkələrində və Şimali Amerikada 
canavar populyasiyasının məhv edilməsi nəticəsində tülkülər, xüsusilə də quduzluq 
virusuna  qarşı  həssas  olan  yenotabonzər  itlər  intensiv  çoxalmağa  başladılar. 
Nəticədə  müasir  dövrdə  virusun  vəhşi  heyvanlar  arasında  dövr  etməsi  əsasən  təbii 
ocaqlarla  təmin  olunur.  Kənd  yerlərində  vəhşi  heyvanlardan  müxtəlif  ev 
hcyvnlarının,  o  cümlədən  itlərin  yoluxması  mümkündür,  lakin  yoluxmuş  ev 
heyvanlarının  əksəriyyəti  özünəməxsus  epizotik  dalana  çevrilir:  epizootiyanın 
gələcək inkişafı virusun bir növ heyvandan digərinə ötürülməsi ya baş vermir, ya da 
çox nadir hallarda olur (itlərin quduzluğu istisnalıq təşkil edir). 
Hazırda təbii-ocaqlar aparıcı rol oynamasına baxmayaraq, insanın yoluxması 
nəinki  vəhşi  heyvanlardan,  daha  çox  itlərdən,  az  hallarda  pişiklərdən  baş  verir, 
insanların quduzluqla xəstələnməsi 86- 88% hallarda itlər vasitəsilə realizasiya olur. 
Amerika qitəsində, xüsusilə də isti zonalarda (tropiklər, subtropiklər) təbiətdə 
quduzluq virusunun saxlanmasında və yayılmasında mağaralarda böyük koloniyalar 
şəklində yaşayan vampirlər və həşəıatyeyən yarasalar mühüm əhəmiyyət daşıyırlar. 
266 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə