Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə89/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   117

zəmilərində  məhsulun,  otun  yığılması),  düyünün,  çətənənin  becərilməsi  və  s.  bol 
suvarılan  tarlaların  işlənməsi,  bağlarda,  bostanlarda  iş,  yeni  məskunlaşan  ərazilərin 
tikintisi,  ovçuluq,  balıq  ovu,  turist  səfərləri  və  s.,  təsadüfi  xırda  su  mənbələri 
suyundan içmək, yuyunmaq üçün istifadə olunması və ya gəmiricilərin ifrazatları ilə 
çirklənmiş qida məhsullarının işlədilməsi zamanı baş verir. 
Müasir  dövrdə  əksər  kənd  təsərrüfatı  işlərinin  mcxanikləşdiril-  məsi  təbii 
ocaqlarda  iri  alovlanmaların  baş  verməsini  məhdudlaşdırmışdır.  Orada  xəstələnmə 
sporadik və ya qrupşəkilli xarakter daşıyır. Lakin nəzərə almaq lazımdır ki, irriqasiya 
vasitəsilə düyü plantasiyalarının yaradılması və digər bol suvarılan bitkilərin yetişdi-
rilməsi  zamanı  infeksiyanın  köhnə  ocaqlarından  yayılması  nəticəsində  yeni  təbii-
ocaqlı  ərazilər  formalaşa  bilər.  Bundan  başqa,  qeyri-mütəşəkkil  istirahət  əhalinin 
təbii ocaqlarla təmasda olmasına gətirib çıxarır və leptospiroz ocaqlarında insanların 
yoluxması üçün şərait yaranır. 
İııkubasiya dövrü 2-20 gün, adətən 7 gün çəkir. 
Kliniki diaqnostikası. Sarılıq leptospirozda aparıcı əlamət sayılır və bundan 
asılı  olaraq  leptospirozun  sanlıqlı  və  sarılıqsız  formaları  ayııd  edilir.  Sarılıqlı  və 
sarılıqsız  leptospirozun  patogenczində  oxşar  əlamətlər  çoxdur.  Belə  ki,  leptospirlə 
limfatik vəzlər vasitəsilə qana daxil olur və xəstəliyin 1-ci həftəsindən sonra qandan 
yox  olur,  bir  çox  daxili  orqanlara,  ilk  növbədə  isə  qaraciyər  və  böyrəklərə  toplanır, 
sidiklə  ifraz  edilməyə  başlayırlar.  Qan  damarlarından  leptospirlərin  keçməsini 
kapilyar  toksikozla  əlaqələndirirlər.  Bu  isə  kapilyar  divarının  kcçiricilik 
qabiliyyətinin artması nəticəsində baş verir. 
Leptospirlərin  toksiki  təsiri  və  orqanizmin  sensibilizasiyası  nəticəsində 
qaraciyər,  böyrək,  ürək-damar  və  qanyaradıcı  sistemin  funksiyalarının  pozulması 
qeyd  olunur.  Beləliklə,  leptospiroz  zamanı  infeksion  proses  2  mərhələdə  gedir: 
lcptospiremiya və toksiemiya. Xəstəlik hərarətin artması, güclü baş və əzələ ağrıları 
(baldır, qarın, döş, kürək nahiyəsində) ilə başlayır. 
Xəstəlik ağır keçdikdə 1-ci həftənin sonunda (3-9-cu gün) dəri örtüyünün və 
skleranın  sarılığı  və  dəridə  polimorf  ekzantema  (3-6-cı  günlərdə)  əmələ  gəlir.  Ağır 
hallarda  bu,  hemorragik  xarakterdə  olur.  İktcrohemorragik  leptospiroza  xas  olan 
hemorragik  sindrom  müxtəlif  qanaxmalar  -  burun,  uşaqlıq,  bağırsaq,  çox  vaxt  isə 
təkrari və çoxlu miqdarda qanaxmalar şəklində özünü göstərir. Tkterohe- 
261 
downloaded from KitabYurdu.org


raorragik leptopiroz zamanı meningial hallar və meııinqoensefalit də qeyd edilir. 
Təbii  ocaqlar.  Leptospirozun  təbii  ocaqlarında  gəmiricilər  dəstəsi  böyük 
əhəmiyyət daşıyır. Müasir dövrdə 58 növ gəmiricilərdə lcptospir gəzdiriciiiyi müəyən 
edilmişdir. Leptospirlərin bioloji plastikliyi onların kənd təsərrüfatı heyvanları (iri və 
xırda buynuzlu mal-qara, donuzlar, atlar), ov vəhşi heyvanları (tülkü, şimal tülküsü), 
ev  heyvanları  və  əhliləşdirilmiş  heyvanlara  (it,  pişik,  maral)  adaptasiya  imkanını 
yaradır. Onlar leptospirozun əlavə mənbəyinə çevrilir və beləliklə antropurgik ocaqlar 
yaranır.  Son  illərdə  belə  ocaqlar  müstəqil  və  həlledici  epidemioloji  əhəmiyyət  kəsb 
edirlər. Bununla yanaşı, qarışıq ocaqlar da qeyd olunur. 
Hazırda əhali arasında leptospirozla xəstələnmənin səviyyəsi onun iribuynuzlu 
mal-qara  və  donuzlarda  yayılmasından  asılıdır.  Leptospirozla  sporadik  xəstələnmə 
bütün il boyu baş verə bilər, epidemik alovlanmalar isə əsasən yay-payız fəsillərində 
qeyd olunur. Leptospirozun aşağıdakı tip alovlanmaları ayırd edilir: 
1.  Su  alovlanmaları  -  kənd  təsərrüfatı  heyvanlarının  çirklən-  dirdiyi  su 
mənbələrində  çimdikdə,  ondan  məişət  və  təsərrüfatda  işlətmək  üçün  istifadə  etdikdə 
yoluxma  nəticəsində  baş  verir.  2.  Kənd  təsərrüfatı  alovlanması  -  xəstələnmələr  ot 
biçimi,  çəltik  əkmə,  eləcə  də  meliorasiya  və  irriqasiya  işləri  ilə  məşğul  olduqda  baş 
verir.  3.  Heyvandarlıq  alovlanması  -  xəstələnmələr  xəstə  heyvanlara  qulluq  etdikdə, 
onları kəsib emal etdikdə baş verir. 
Bəzi yerlərdə lcptospiroz peşə xarakteri kəsb edir. Yaranma səbəblərindən asılı 
olaraq o, 5 tipə bölünür: 1) kənd təsərrüfatı, 2) ovçuluq, 3) istehsalat, 4) ekspedisiya, 
5)  laborator.  Epidemioloji  cəhətdən  ən  əhəmiyyətlisi  kənd  təsərrüfatı  və  istehsalat 
tipləridir. 
Laborator  diaqnostikası.  Leptospirozun  laborator  diaqnostikasını  qoymaq 
üçün mikroskopik, bakterioloji, bioloji və seroloji üsullar tətbiq olunur. Xəstəliyin 1-
5-ci  gününə  qədər  qanın  əkilməsi,  laborator  heyvanların  yoluxdurulması,  qanın 
mikıoskopiyası  aparılır.  Xəstəliyin  3-15-ci  günündə  xəstələrin  qan  serumunda 
aqqlütinin  və  lizinlər  əmələ  gəlir.  Onlar  seroloji  reaksiyalar  -  mikroaqqlütinasiya  və 
lizis  reaksiyaları  (MALR)  vasitəsilə  təyin  edilirlər.  Diaqnostik  titr  1:500  sayılır. 
Dinamikada onların titri 1:20 000 qədər artır. Mikroskopik üsulla xəstəliyin 10-16-cı 
günündən etibarən sidiyin, likvorun, parenximatoz orqanların müayinəsi aparılır. 
262 
downloaded from KitabYurdu.org


Leptospirlər  pis  rəngləndiyindən  bütün  müayinələr  canlı  törədicilərlə 
qaranlıq sahədə aparılır. Müayinə üçün «əzilmiş damla» preparatı hazırlanır. 
Əksepidemik  tədbirlər.  Xəstələr  hospitalizasiya  olunurlar.  Ocaqlarda 
dezinfeksiya  aparılır  (bağırsaq  infeksiyaları  qrupu  ocaqlarında  olduğu  kimi). 
Ocaqda  su  və  qida  məhsulları  termiki  emaldan  keçirildikdən  sonra  istifadə  edilir. 
Gəmiricilər  məhv  edilir,  qida  məhsulları  və  su  mənbələrinin  çirklənmədən 
qorunması gücləndirilir, əhali arasında sanitar-maarifi işi yerinə yetirilir. 
Profilaktik  tədbirlər.  Leptospiıoz  ocaqlarında  hidrotexniki  tədbirlər: 
bataqlıqların  qurudulması,  gəmiricilərlə  mübarizə,  suyun  və  qida  məhsullarının 
gəmiricilərin  ifrazatları  ilə  çirklənməsinə  yol  verilməməsi,  şəxsi  gigiyena 
qaydalarına  riayət  edilməsi  (xüsusi  geyim,  rezin  əlcəklər  və  ayaqqabıların 
istifadəsi).  Spesifik  profilaktika  zamanı  öldürülmüş  vaksin  ilə  peyvənd  aparılır. 
Vaksinasiya  epidemik  göstəriş  olduqda  7  yaşdan  başlanır,  arada  7  gün  fasilə 
verməklə  2  dəfəyə  yerinə  yetirilir.  2-2,5  ml  dozada  dəri  altına  yeridilir. 
Revaksinasiya 1 ildən sonra edilir. 
QUDUZLUQ 
Quduzluq - virus etiologiyalı təbii-ocaqlı kəskin zoonoz xəstəlik olub xəstə 
heyvanların dişləməsi yolu ilə ötürülür və mərkəzi sinir sisteminin zədələnməsi və 
yüksək letallıqla (100%) səciyyələnir. 
Qısa  tarixi  məlumat.  Xəstəlik  hələ  qədim  dövrlərdən  məlumdur.  Hələ  o 
zaman  heyvanların  xəstələnməsi  və  hücumu  (dişləməsi)  arasında  əlaqə  müəyyən 
edilmişdir.  Xəstəliyin  yoluxdurucu  olması  quduz  heyvanın  tüpürcəyi  vasitəsilə  ilə 
sağlam  itin  yoluxması  zamanı  təsdiq  olunmuşdur.  XIX  əsrin  ikinci  yarısında 
L.Paster əməkdaşları ilə birgə vaksin hazırlamış və quduzluğa qarşı immunizasiya 
sistemini  işləyib  hazırlamışdır.  Bu  sahədə  əldə  olunan  nailiyyətlər  L.Pasterə  digər 
yoluxucu xəstəliklərin spesifik profilaktikası imkanlarını öyrənməyə və yeni elmin - 
immunologiyanın əsasını qoymağa səbəb oldu. 
Törədici.  Quduzluğun  törədicisi  Rhabdoviridae  fəsiləsinə,  Lyssavirus 
cinsinə (Lissa - sudan qorxma, quduzluğun qədim adlarından biridir) aiddir. 
Virusun  müxtəlif  növ  heyvanlar  sayəsində,  müxtəlif  ərazilərdə  mövcud 
olması ona gətirib çıxarmışdır ki, o, eyni cinsli deyilir: ayrı- 
263 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə