Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə98/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   117

mərhələyə  bölünür:  latcnt  ya  simptomsuz  dövr,  əlamətlərin  üzə  çıxması  dövrü  və 
ağırlaşmalar dövrü. 
Xəstəliyin birinci dövrü təsadüfən, operativ müdaxilə, rentgenoloji müayinə, 
USM, tomoqrafıya və s. nəticəsində aşkar edilir. 
İkinci  mərhələnin  klinik  təzahürləri  exinokok  kistinin  yerindən  asılı  olaraq 
yerli və ümumi simptomlarla xarakterizə olunur. Parazitin mübadilə məhsullarının 
sorulması  iştahanın  azalması,  ağırlaşma,  başgicəllənmə,  baş  ağrısı,  zəiflik,  əmək 
qabiliyyətinin  azalması,  subfebril  qızdırma,  allergik  simptomlar  -  səpgi,  dəri 
qaşınması və s. verir. Xəstə epiqastral və sağ qabırğa altında ağrı, ağırlıq, təzyiq hiss 
edir.  Qaraciyər  böyüyür,  borkiyir,  ağrısız  olur.  Bəzən  onun  səthində  yumşaq 
konsistensiyalı exinokok kisti əllənir. Kistin divari kirəcləşdikdə taxtanı xatırladır. 
Üçüncü  dövr  bir  neçə  il  cəkə  bilər.  Beynin  exinokokkozunda  ən  kiçik  kist 
belə  erkən  ağır  nevroloji  əlamətlər  -  iflic,  beyincik  pozğunluqları  verir.  Bəzən 
xəstəlik  ciddi  ağırlaşma,  məs.  qaraciyərin  exinokokkozunda  -  assit,  sarılıq,  ağ 
ciyərin  exinokokkozunda  -  ağ  ciyərlərin  atelektazı,  divaıaralığı  orqanların 
yerdəyişməsi,  sümüyün  exinokokkozunda  -  sekvestrlərin  (boşluqların)  yaranması 
şəklində təzahür edir. 
Exinokokkozda  həqiqi  rcsidiv  təkrar  yoluxmanın  nəticəsində  baş  verir  və 
sərbəst, təkrar xəstəlik kimi qəbul edilir. Hətta cəırahi müdaxilədən uzun illər sonra 
əvvəlki iş yerlərinə qayıtmış şəxslərdə belə residivlər təsadüf edilir. Yalançı residiv 
isə müalicədən az sonra baş verir və adətən cərrahi müdaxilənin radikal olmaması, 
kisənin partlaması ilə əlaqələndirilir. 
Exinokokkozlu  xəstələrin  hcmoqrammasında  eozinofıliya,  EÇS-in  artması 
aşkar  edilir.  Bəzən  qaraciyərin  funksional  sınaqları  da  dəyişir.  Exinokokkozun 
proqnozu ciddi olur. 
Diaqnoz  epidemioloji  anamnezo,  klinik  mənzərəyə,  laboıator,  instrumental 
müayinələrə və allergik sınağa əsaslanır. 
İmumunoloji  müayinələrdən  cxinokokk  kistinin  mayesindən  hazırlanmış 
antigenlə QDHR, lateks aqqlütinasiya reaksiyası tətbiq edilir. Dəri-allergik Katsoni 
sınağı ilə qoyulur. O, qaraciyər exinokokkozunda daha həssas sayılır. Rentgenoloji, 
USM,  angio-  qrafiya,  exoqrafiyası,  tomoqrafıya  və  laporoskopiya,  diaqnostik 
laporotomiya diaqnozu dəqiqləşdirməyə imkan verir. 
288 
downloaded from KitabYurdu.org


DİFİLLOBOTRİ O ZL AR 
DifiIIobotriozların  (Diphillobothriosis)  törədicisi  Diphylloboth-  rium  cinsinə 
aid  IO-dan  çox  növü  olan  lcntşəkilli  qurdlardır.  Ən  çox  D.latura  (enli  Icntcə) 
öyrənilib. Strobilanın uzunluğu 10 metrə çatır. 3-4 min pıoqlotidadan ibarətdir. Onlar 
baş  tərəfdə geniş, quyruq tərəfdə kvadrat  şəklində olur. Skoleksində iki uzun soruçu 
şırımı  botriləri  vardır.  Yumurtaları  (70-45  mk)  oval  formadadır,  iki  konturlu  qişası 
olur, qapaqlıdır. 
Difillobotnozların  ocaqları  Avropanın  bir  çox  ölkələrində,  cənubi  Amerikada, 
Avstraliyanın  şərq  sahillərində,  Mərkəzi  Afrikada  (göllər  bölgəsində)  yerləşmişdir. 
D.latum biohelmintozdur, zoonozdur. Son sahibi və invaziya mənbəyi insandır, nadir 
hallarda balıq yeyən heyvanlardır. Yetkin qurdlar nazik bağırsaqlarda paıazitlik edir, 
ilk aralıq sahib xərçənglər (cyclops və $.), ikinci - balıqlardır. 
Onların  orqanizmində  sürfələr  -  pleroserkoidlər  əmələ  gəlir.  İnsan  yaxşı 
bişməmiş və duzlanmamış balıq və ya kürü yedikdə yoluxur. İnvaziyaya qarşı ümumi 
həssaslıq müəyyən edilir. 
Difıllobotrilər  orqanizmə  mexaniki  və  toksik-allergik  təsir  göstərir.  Helmint 
botriləri ilə bağırsağın divarım sıxaraq onu atrofiyaya və nekıoza uğradır. Həm qurdun 
mübadilə  məhsulları,  həm  də  nekroz  sahəsindən  sorulmuş  toksinlər  və  dəyişilmiş 
zülallar  orqanizmi  sensibilizasiya  edir.  Endogen  olaraq  B
12  vitamini  və  fol  turşusu 
çatışmazlığının  meqaloblastik  anemiyanın  patogenezində  böyük  əhəmiyyəti  var. 
İnvaziya dövrü bəzən 10 ilə qədər davam edir. 
Çox vaxt invaziya simptomsuz gedir. Bəzən zəiflik, baş ağrısı, başgicəllənmə, 
əmək  qabiliyyətinin  azalması,  mədə-bağırsaq  pozğunluğu,  ürək  bulanma,  qusma, 
qarnın  hər  yerində  və  epiqastrumda  yeməklə  və  defekasiya  ilə  əlaqəsi  olmayan 
müxtəlif  ağrılar,  meteorizm,  qəbizlik  və  ishal  olur,  onlar  bir-birini  əvəz  edir.  Çoxlu 
parazitin  toplanması  dinamiki  ya  obturasion  bağırsaq  keçməzliyinin  yaranmasına 
gətirib çıxara bilər. 
Diaqnozu  hiperxrom  anemiya  və  nəcisdə  D.latum  yumurtasının  və  ya 
strobilanın hissələrinin tapılmasına əsasən qoyulur. 
289 
downloaded from KitabYurdu.org


FASSİOLYOZ 
Fassiolyozu  (Fasciolesis)  qaraçiyər  sorucusu  -  Fasciola  hepatica  və 
F.gigantika  törədir.  Onlar  20-16x5-12  ram  iri  ölçülü  yastı  qurdlardır.  Baş 
tərəfdəki tüklü xortumda ağız və qarın sormadan yerləşir. Qurdun yumurtaları də 
iri olur. 
Fassiolyoz - zoonoz xəstəlikdir. İnfeksiya mənbəyi kimi insanın rolu azdır. 
Qurdun  son  sahibi  insan  və  müxtəlif  kənd  təsərrüfatı  heyvanları,  aralıq  sahib- 
yumşaqbədənlilərdir.  Nəcislə  birlikdə  qurdun  yumurtası  suya  və  nəm  torpağa 
düşür. 4-6 həftə ərzində inkişaf edərək kı'prikli sürfələrə - merasidı’lərə çevrilirlər. 
Onlar  yum-  şaqbədənlilərin  orqanizmində  qeyri-cinsi  yolla  çoxalaraq  quyruqlu 
sürfələr  -  serkari  əmələ  gəlirir.  Serkaıi  su  bitkilərinin  gövdələrinə  yapışır  və 
invazion sürfələrə - adoleskarilərə çevrilir. Fassiolanın qeyri-cinsi inkişaf dövrü 4-
6  həftə  çəkir.  Suda  və  bitkilərin  üzərində  2  ilə  qədər  yaşayır,  quru  şəraitdə  tez 
ölürlər.  İnsan  gölməçədən  su  içdikdə,  su  bitkiləri,  göyərti,  meyvə  vasitəsilə 
yoluxur. 
Son sahibin orqanizmində sürfələr - adoleskarilər bağırsağın selikli qişasına 
yapışır,  dərinə  keçərək  qan  dövranına  düşür  və  qaraçiyərə,  öd  yollarına  gətirilir, 
orada inkişaf edir, 4-5 aydan sonra yumurta qoymağa başlayır. Yetkin helmintlər 
3-5 ildən çox yaşayır. Sürfələrin miqrasiya dövründə onun metabolitləri orqanizmə 
fermen-  tativ-toksiki  və  sensibilizəedici  təsir  göstərir.  Xəstəliyin  xroniki 
mərhələsində  sürfələl  xolangiolları  və  qaraciyər  parenximasını  zədələyərək  öd 
yollarında,  öd  kisəsində  üzvi  dəyişikliklər,  xolestaz  əmələ  gətirir,  baklerial 
infeksiyanm  inkişafı  üçün  şərait  yaradır.  Bəzən  fassiolalar  dəıialtı  toxumaya,  ağ 
ciyərlərə, qarın boşluğuna, göz almalarına və başqa toxumalara yayılır. 
Diaqnozu  dəqiqləşdirmək  üçün  seroimmunoloji  və  parazitoloji  müayinələr 
tətbiq edilir. Xəstəliyin erkən dövründə presipitasiya reaksiyası, dəridaxili alleıgik 
sınaq  qoyulur.  Sonrakı  mərhələlərdə  nəcisin  və  12  barmaq  bağırsağın 
möhtəviyyatının müayinəsi fassiola yumurtalarını tapmağa imkan verir. 
OPİSTORXOZ 
Opistorxozu (Opisthorchosis) iki növ trematod - OpLsthorchis felineus və 
O.viverini  törədir.  O.felincus-uıı  uzunluğu  4-13,  eni  1-3,5  mm-dir.  Yumurtaları 
solğun- sarı rəngli və qapaqcıqlı olur. 
290 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə