Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə99/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   117

insanda  opistorxozu  K.N.Vinoqradov  (1891)  təsvir  etmişdir.  M.Askenazi 
(1904) onun balıqlardan insana keçməsini göstərmişdir. 
İnvaziya mənbəyi insan və ətyeyən heyvanlar - pişik, tülkü, it, aralıq sahibi 
- yumşaqbədənlilərdir. İnsanın və heyvanların nəcisi ilə suya düşmüş yumurtaları 
yumşaqbədənlilər udur. 
Yumurta  sürfəyə  -  serkariyə  çevıildikldən  sonra  yenidən  suya  düşür. 
Scrkarilor  balığın  dərisindən  dərialtı  toxumaya  keçir,  burada  mctaserkarilərə 
çevrilir.  Belə  balığı  çiy  ya  yaxşı  bişməmiş  yedikdə  insanlar  və  heyvanlar 
yoluxurlar. Opistorxoz təbii-ocaqlı peroral biohelmintozlara aiddir. 
Sürfələr 2 həftə ərzində cinsi yetişkən opistorxlara çevrilir
qaraciyərdaxili və qaraciyərxarici öd yollarında, öd kisəsində və 
mədəaltı vəzin axacağında parazitlik edir. Onlar axacaqların divarını 
zədələyir, ödün və pankreas şirəsinin axmasına maneçilik törədir. 
Qurdun mübadilə məhsulları orqanizmi sensibilizə edir. Tədricən öd 
yollarında baktcrial infeksiyanın inkişafı üçün şərait (xolanqit, 
• • 
xolelitiaz) yaranır. Od yollarında intcroreseptorların qıcıqlan- dırılması mədənin, 
12  barmaq  bağırsağın,  ürək-damar  sisteminin  funksiyasını  pozur,  öd  yollarının 
epitcl  qişası  hiperplaziyaya  uğrayır  və  sklerozlaşır.  Bəzən  qaraçiyərin  birincili 
xərçəngi inkişaf edir. 
Diaqnozu  xəstəliyin  klinik  mənzərəsinə,  epidemioloji  anamnezə,  nəcisdə 
və  12  barmaq  bağırsaq  möhtəviyyatında  opistorxis  yumurtalarını  tapmaqla 
dəqiqləşdirirlər. 
PROTOZOY İNVAZİYALAR 
Protozoy invaziyaların ümumi xarakteristikası 
Protozoy  invaziyalar  heyvani  mənşəli  törədirilərlər  (zoo-  parazitlər) 
tərəfindən  törədilən  çoxsaylı  parazitar  xəstəliklər  qrupunda  xüsusi  yer  tuturlar. 
Protozoy  invaziyaların  törədiciləri  -  PROTOZOA  və  ya  ibtidailər  tipinin 
nümayəndələri olub birhüceyıəli orqanizmlər sayılırlar. Buna baxmayaraq, onlar 
öz quruluşunun, o cümlədən antigen strukturunun mürəkkəbliyi baxımından digər 
mikroorqanizmlərdən  (viruslar  və  bakteriyalardan)  əhəmiyyətli  dərəcədə 
fərqlənirlər.  Digər  birhüceyrəli  parazitlər  kimi,  ibtidailər  də  sahib  orqanizmdə 
çoxalırlar,  onların  sayı  isə  (və  deməli  vurduqları  ziyan  da)  müəyyən  dərəcədə 
sahib orqanizmin immun cavabı ilə 
291 
downloaded from KitabYurdu.org


tənzimlənir.  Lakin  protozoy  invaziyalarda  immunitet,  bir  qayda  olaraq,  qeyri-
sterildir, bunun nəticəsində xəstəlik uzun müddətli, xroniki gedişata malik olur. 
insanın  protozoy  xəstəlikləri  qrupu  nisbətən  kiçik  olub  daxilində  50 
nozoformanı  cəmləşdirir,  bununla  belə,  immunoloji  baxımdan  bu  qrup  olduqca 
müxtəlifdir.  Onun  səbəbi  törədicilərin  həyat  sikllərinın  rəngarəng,  bir-birindən 
fərqli  olması,  sahib  orqanizmdə  lokalizasiyanın  oxşar  olmaması,  həmçinin 
ibtidailərin  immun  orqanizmdə  yaşayıb  artması  üçün  istifadə  etdikləri 
mexanizmlərin müxtəlif olmasıdır. 
Daima  və  ya  müvəqqəti  olaraq  digər  orqanizmlərin  hesabına  yaşayan  və 
onlardan  yaşayış  yeri  və  qida  mənbəyi  kimi  istifadə  edən  orqanizmlər  parazithr 
adlanır. Heyvan mənşəli parazitlər tərəfindən törədilən xəstəliklər parazitar və ya 
invazion xəstəliklər adlanır. 
Heyvanlar  aləmində  çoxsaylı  birhüeeyrəli  orqanizmlər  vardır  ki,  bunlar 
müasir zooloji təsnifata görə ibtidailərə aid edilir. Onların içərisində çoxlu növlər 
vardır  ki,  insan  orqanizmində  parazitlik  edirlər.  Məsələn,  bağırsaqlarda 
ləmbliyalar və amöblar, daxili orqanlarda toksoplazmalar, plazmodiumlar yaşayır. 
Məhz,  buna  görə  də  protozoy  xəstəliklər  və  ya  protozoozlar  kliniki  şəklinə  görə 
müxtəlifdir və xəstə şəxslərin müxtəlif materiallarının laborator müayinəsini tələb 
edir. 
Birhüeeyrəli  ibtidailərin  bədənləri  xarici  membranla  əhatə  olunmuş 
sitoplazmadan,  nüvədən,  hərəkət,  ifrazat  funksiyalarını  yerinə  yetirən 
orqanellərdən təşkil olunmuşdur. İbtidailər pscvdopodiyaların (sarkodinlər), qamçı 
və titrəyici membranların (qamçılılar), kirpiklərin (kirpikli infuzorlaı) köməyi ilə 
hərəkət edirlər. 
İbtidailərin  qidalanması  müxtəlif  cür  həyata  keçirilir.  Bəziləri  qida 
hissəciklərini ağzı ilə udur, digərləri isə onları bədənin istənilən hissəsində yalançı 
ayaqların  köməyi ilə həzm  edir. Bu zaman  qida hissəcikləri  elə  bil ki,  ibtidainin 
(amöb)  bədəninə  axır,  ibtidainin  sitoplazmasında  vakuolun  daxilinə  düşür  və 
oradan  həzm  olunurlar  (faqositoz).  İbtidailərin  bəzi  növlərində  qidalanma  qida 
maddələrinin bədən səthindən sorulması hesabına baş verir (pinositoz). Qida kimi 
üzvi  hissəciklərdən,  mikroorqanizmlordən  və  ətraf  mühitdə  həll  olunmuş  qida 
maddələrindən istifadə olunur. 
Bəzi  növ  ibtidailər  sista  əmələ  gətirmək,  başqa  sözlə  girdələşmok  və  sərt 
qişa ilə örtülmək qabliyyətino malikdirdlər. Əmələ 
292 
downloaded from KitabYurdu.org


gəlmiş sista xarici amillərin təsirinə daha çox davamlıdır. Əlverişli şəraitə düşdükdə 
ibtidailər  sistadan  çıxır  və  çoxalmağa  başlayırlar.  Çoxalma  qeyri-cinsi  (eninə, 
uzununa  və  çoxsaylı  bölünmə)  və  cinsi  yolla  gedir.  Bir  çox  parazit  ibtidailərin 
çoxalması  ardıcıl  olaraq  bir  neçə  sahibdə  gedir.  Məsələn,  malyariya 
plazmodiumlarının həyat tsikli ağcaqanadın bədənində və insan orqanizmində gedir. 
İnsan orqanizmində yaşayan ibtidailər aşağıdakı 4 sinfə aid edilir: sarkodinlər 
(Sarcodina),  qamçılılır  (Masfrgophora  Flagellata),  sporlular  (Sporozoa),  kirpikli 
infuzorlar (Infusoria, Ciliata) (Sxem). 
1.
 
Sarkodina  sinfi  və  ya  kökayaqlılar  (Sarcodina,  s.Rhizopoda).  Onların  bədəni 
xarici  qişadan  məhrumdur.  Bədən  forması  sabit  deyildir.  Sarkodinlər 
protoplazmanın  müvəqqəti  şişkinlikləri  -  psevdopodiyalar  və  ya  yalançı 
ayaqların  vasitəsilə  hərəkət  edirlər.  Daha  çox  qeyri-cinsi  bölünmə  üsulu  ilə, 
bədənin yarıya bölünməsi yolu ilə, az-az hallarda - çoxsaylı bölünmə yolu ilə 
çoxalırlar. Cinsi çoxalma onlarda nadir hallarda baş verir. 
2.
 
Qamçılılar  sinfi  (Mastigophora,  s.Flagellata).  Bədən  forması  sabitdir, 
uzunsovdur.  Bədəni  nazik  qişa  -  pcllikula  ilə  örtülmüşdür  ki,  o  da 
sitoplazmanın  xarici  qişasının  qalmlaşması  nəticəsində  əmələ  gəlir. 
Qamçıların  və  ya  qırmancların  vasitəsilə  yerdəyişirlər.  Çoxalma  qeyri-cinsi, 
uzununa istiqamətdə yarıya bölünmə yolu ilə baş verir. Fitomonada dəstəsinin 
nümayəndələrində cinsi çoxalma rol oynayır. 
3.
 
Sporlular  sinfi.  (Sporozoa).  Həyat  sikli  və  çoxalma  xüsusiyyətləri  ilə 
səciyyələnir  ki,  o  da  mürəkkəbliyi  ilə  fərqlənir  və  bir  qayda  olaraq  cinsi  və 
qeyri-cinsi  yolla  çoxalan  nəsillərin  bir-birini  əvəz  etməsi  ilə  gedir.  Cinsi 
proses  nəticəsində  qişa  ilə  örtülmüş  sporlar  (sporozoitlər)  əmələ  gəlir. 
Sporlularda ya psevdopodiyalar, ya da protoplazmada yerləşən təqəllüs lifləri 
- mione- malar hərəkət orqanları sayılır, onların köməyilə bütün bədən hərəkət 
edir.  Müxtəlif  inkişaf  mərhələlərində  onlarda  qamçılar  da  (məsələn, 
koksidiyalar və hemosporidiyalaıın mikıoqa- metlərində) ola bilər. 
4.
 
İnfuzorlar sinfi (Infusoria). İnfuzorlar daimi bədən formasına malikdir, əksər 
hissəsi  uzunsovdur.  Pellikula  ilə  örtülmüşdür.  Çoxsaylı  qısa  kirpiklərin 
köməyilə  hərəkət  edirlər.  Çoxalma  qeyri-cinsi  -  köndələn  istiqamətdə  yarıya 
bölünmə  yolu  ilə  və  cinsi  -  konyuqasiya  (nüvə  möhtəviyyatının  iki  fərd 
arasında qarşılıqlı mübadiləsi) yolu ilə baş verir. 
293 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə