Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə95/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   117

ENTEROBİOZ 
Entcrobioz  (Enterobiosis,  Oxyurosis)  invaziyasını  bizquyruq  törədir. 
Bizquyruq (Enterobius vermicularis)  - ağ rəngli, 0,5  -1 sm uzunluqda kiçik qurddur. 
Bədənin  quyruq  hissəsi  itidir,  «bizquyruq»  adını  da  buradan  almışdır.  Mikroskopun 
kiçik böyüdücüsündə baxdıqda bizquyruğun ön ucunda kiçik şişginlik görünür, qida 
borusu  xarakterik  şarabənzər  genişlənməyə  malikdir.  Dişi  fərdin  bədəni  boyunca 
yumurtalarla dolu olan yumurtalıq keçir. Erkək qurdlarda quyruq hissə burulmuşdur. 
Yumurtası  rəngsiz,  şəffafdır,  qişası  yaxşı  görünür,  hamardır,  nazikdir. 
Yumurtanın daxilində inkişafının müxtəlif mərhələsində olan sürfələr görünür. 
Bizquyruqlar insanın nazik bağırsağının aşağı şöbəsində və yoğun bağırsaqda 
yaşayırlır. Onlar ön ucları ilə bağırsaq divarlarına yapışırlar. Yetkin dişi qurdlar anal 
dəlikdən,  çox  zaman  gecə,  yuxu  vaxtı  çıxaraq  perianal  sahənin,  aralıq,  sağn 
nahiyəsinin  dərisi  üzərinə  5  mindən  15  minə  qədər  yumurta  qoyurlar.  4-5  saatdan 
sonra  yumurtaların  içərisində  sürfələr  inkişaf  edir  və  onlar  invazion,  başqa  sözlə 
insanlar üçün yoluxucu olurlar. 
Dərini  qaşıdıqda  (bizquyruqlarm  hərəkəti  qaşınma  ilə  müşayiət  olunur) 
bizquyruğun yumurtaları dırnağın altına, yalacaq ağlarına, sonra qidaya, oyuncaqlara, 
qab-qacağa,  oradan  isə  ağıza  düşür  və  udulur.  Bağırsaqda  yumurtadan  sürfələr  çıxır 
və inkişaf etməyə başlayırlar (yetkin mərhələ). 
Bizquyruqlarm  insan  orqanizmində  yaşama  müddəti  1-2  aya  qədərdir.  Lakin 
şəxsi  gigiyena  qaydalanuı  pozduqda  daima  özünü  yoluxdurma  nəticəsində 
bizquyruqlar bəzi xəstələrdə aylarla və hətta illərlə parazitlik edirlər. 
Bizquyruq  enterobiozun  törədicisidir.  Parazitin  mexaniki  və  allergik  təsiri 
nəticəsində  bir  aparıcı  simptomdan  başqa  (perianal  nahiyədə  qaşınma)  qarın 
nahiyəsində ağrılar, iştahanın pozulması, baş ağrıları qeyd olunur. 
Bəzən  bizquyruqlar  qadın  cinsiyyət  orqanlarına  daxil  olur  və  onun  iltibahını 
törədir.  Bizquyruğun  parazitlik  etməsi  disbakterio-  zun,  başqa  sözlə,  bağırsağın 
normal  mikroflorasımn  pozulmasının  inkişafına  gətirib  çıxarır.  O  da  öz  növbəsində 
bağırsaq disfunksiyasının və infeksiyalarının inkişafı təhlükəsini artırır. 
279 
downloaded from KitabYurdu.org


Çox  zaman  xəstələrin  özləri  və  ya  yoluxmuş  uşaqların  valideynləri  anal 
dəlikdən  «kiçik  sapşəkilli  qurdların»  -  bizquy-  ruqların  xaric  olmasını  qeyd  edirlər. 
Xaric olan helminllorə baxmaq dəqiq diaqnoz qoymağa imkan verir. 
Laborator metodlardan daha əhəmiyyətlisi yumurtaları aşkar etmək məqsədilə 
perianal  nahiyədən  alınmış  qaşıntı  kütləsinin  mikroskopiyasıdır.  Bu  zaman  50%-li 
qliserin  məhlulunda  isladılmış  pambıq  tampondan  istifadə  etməklə  bizquyruğun 
diaqnostikası  daha  effektlidir.  Diaqnostikanın  etibarlılığını  artırmaq  üçün  2-3  gün 
fasilə  ilə  perianal  nahiyədən  üç  dəfə  qaşıntı  materialı  götürmək  lazımdır.  Nəcisdə 
bizquyruq  yumurtaları  az  hallarda  tapılır,  çünki  dişi  qurdlar  bağırsaqda  adətən 
yumurta qoymurlar. 
Enterobioza  hər  yerdə  rast  gəlinir.  Lakin  daha  çox  sanitar  rejimin 
gözlənilmədiyi  uşaq  kollektivlərində  qeydə  alınır.  Profilaktika  tədbirlərini  təşkil 
etdikdə entcıobiozun makroocaqlarını (uşaq evləri, məktəb, internat), raikroocaqlarını 
(uşaq  bağçasının  qrupu  və  ya  ailə),  qəsəbəni  *və  ya  bir  rayonu  əhatə  edən  ərazi 
makroocaqlarını nəzərə almaq lazımdır. 
Məktəbəqədər müəssisələrdə uşaqları, həmçinin aşağı sinif şagirdlərini ildə 1 
dəfə laborator müayinədən keçirirlər. Bu zaman perianal nahiyədən qaşıntı kütləsini 
2-3  gün  fasilə  ilə  3  dəfə  götürürlər.  Əgər  enterobiozla  xəstələnmə  15%-dən 
yüksəkdirsə, sonrakı müayinələri dayandırır və həmin kollektivin bütün uşaq əhalisini 
müalicəyə cəlb edirlər. 
Xəstə aşkar edildikdə ailənin bütün üzvləri mütləq müayinə olunmalıdır. Uşaq 
kollektivinin  xəstələnməsi  10%  və  daha  yüksəkdirsə,  bu  kollektivə  gələn  bütün 
uşaqların ailələrini də müayinədən keçirirlər. Uşaq kollektivində müalicə-profilaktika 
tədbirləri həyata keçirilməsə, enterobiozla mübarizə faydasız olacaqdır. 
Şəxsi  gigiyena  qaydalarına  da  mütləq  əməl  etmək  lazımdır.  Dırnaqları  qısa 
kəsdirmək,  yataqdan  durduqdan  və  tualetdən  istifadə  etdikdən  sonra,  həmçinin 
yeməkdən  əvvəl  əlləri  sabunla  yumaq,  yatmazdan  əvvəl  dar  tuman  geymək,  səhər 
yataq və alt paltarları isti ütü ilə ütüləmək lazımdır. 
Uşaq bağçalarında sanitar və dezinfeksiya rejimi gözlənilməlidir. 
ictimai  qidalanma  müəssisələrinin  işçilərini  və  onlara  bərabər  şəxslərin  işə 
daxil  olmazdan  əvvəl,  sonralar  isə  sanitar-helmintoloji  göstərişlərə  görə  laborator 
müayinəsini həyata keçirmək lazımdır. 
280 
downloaded from KitabYurdu.org


Uşaq  bağçasına  yeni  gəlmiş  uşaqları  laborator  müayinədən  keçirmək,  aşkar  edilən 
yoluxmuş şəxsləri isə əvvəlcədən müayinə etmək lazımdır. 
HİMENOLEPİDOZ 
Himenolepidoz  (Hymenolepidosis)  cırtdan  qurd  tərəfindən  törədilir.  Cırtdan 
qurd  (Hymenolcpis  nana)  -  0,5-5  sm  uzunluqda  olub,  lentşəkilli  bədənə  (strobila), 
boyuna və başa (skoleks) malikdir. 
Baş  hissəsində  4  ədəd  sormac  və  tac  şəklində  20-30  qarmaq  vardır.  Məhz 
qarmaqlarm  hesabına  qurd  bağırsağın  divarına  yapışır.  Strobila  ağ  rəngdədir,  çox 
incə  olub,  çoxlu  sayda  kiçik  buğumlardan  ibarətdir.  Yetişmiş  uc  buğumlar  demək 
olar  ki,  bütünlüklə  yumurta  ilə  dolmuşdur.  Buğumlar  dağıldıqda  yumurtalar  hələ 
bağırsaqda ikən çoxlu miqdarda nəcisə düşürlər. 
Yumurta  oval  və  ya  dairəvi  formada,  şəffaf,  rəngsizdir.  Onkosferlər 
dairəvidir, yumurtanın mərkəzi hissəsini tutur, şəffaf, rəngsiz, nazik qişası, bir-birinə 
nisbətən müəyyən bucaq altında və ya demək olar ki, paralel yerləşən 3 cüt qarmağı 
vardır. Yumurtanın qişaları və onkosferlər arasında uzun şəffaf saplar (filamentləı) 
görünür.  Oııkosferlərin  hər  qütbündən  6  sap  çıxır.  Onların  rolunun  rüşeymi 
yumurtanın mərkəzində saxlamaqdan ibarət olduğu güman edilir. 
Cırtdan  qurdlar  yüz  və  hətta  min  ədəd  olmaqla  insanın  və  bəzi  hallarda 
gəmiricilərin nazik bağırsağında parazitlik edirlər. Yumurta yoluxmuş insanın nəcisi 
ilə  xaric  olur.  Şəxsi  gigiyena  qaydalarına  əməl  etmədikdə  yumurtalar  qapının 
dəstəyinə,  oyuncaqlara,  əllərə  düşür,  əllərlə  və  milçəklərlə  qidaya  keçir.  Yumurta 
ağızdan  bağırsağa düşür. Burada onkosferlər qişadan  azad olurlar və  sonra xovlaıa 
daxil  olub  sürfəyə  (sisteserkoidlər)  çevrilirlər.  4-6  sutkadan  sonra  sisteserkoidlər 
xovları dağıdır və bağırsaq boşluğuna düşürlər. Sonra isə bağırsaq divarına yapışır 
və bir həftə ərzində yetkin qurda çevrilirlər. 
Yumurta  qurdun  buğumlarından  bilavasitə  bağırsaq  boşluğuna  düşə  bilər. 
Buna görə də, bəzən bağırsaqdaxili «özünüyoluxdurma»  - autoinvaziya və ya daha 
dəqiqi  qurdun  ətraf  mühitə  çıxmadan  insanın  təkrarən  özünü  yoluxdurması 
(superinvaziya) baş verir. 
Cırtdan  qurdun  törətdiyi  xəstəlik  -  himenolepidoz  həzm  və  sinir  sisteminin 
pozğunluğu üə gedir. Bağırsaq zədələndikdə qannda 
281 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə