Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə93/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   117

7.
 
Diaqnoz.  Əskər  helmintozlarda  parazitoloji  diaqnoz  xronik  mərhələdə  qoyulur. 
Bağırsaq helmintozlarmda isə kopıo- ovoskopik metod kifayət edir. Lakin bəzi 
helmintozlarda  (enli  lentşəkilli  qurd)  qalın  yaxmanı  tədqiq  etmək  kifayətdirsə, 
digərlərində, xüsusilə az yumurta ifraz edən helmintlərdə (ankilostoma, nekator, 
tükbaş)  mütləq  zənginləşdirilmə  metodlarından  istifadə  edilməlidir.  Burada 
materialın  düzgün  götürülməsi  və  laboratoriyaya  vaxtında  çatdırılması  (təzə 
ifraz  olunmuş,  konservanta  qoyulmuş)  böyük  əhəmiyyət  daşıyır.  Toxuma 
helmintozlarının  diaqnostikasında  immunoloji  metodlardan  istifadə  edilir,  bu 
zaman seroloji metodlara üstünlük verilir. 
8.
 
Helmintozların  yayılması  aşağıdaki  amillərdən  asılıdır:  iqlim  (temperatur, 
rütubət,  yağıntı);  əhalinin  sanitar-gigiyenik  vərdişləri  (nəcisdən  kübrə  kimi 
istifadə  edilməsi),  qida  məhsullarından  çiy  və  yarımçiy  formada  istifadə 
edilməsi, ayaqyalın gəzinti, sosial-iqtisadi şərait. 
Helmintlərin  orqanizmə  patogen  təsiri  təkcə  onların  yerləşdiyi  orqanların 
zədələnməsi  ilə  deyil,  həm  do  xəstə  şəxsin  orqanizminə  göstərdikləri  ümumi  təsirlə 
bağlıdır. Onun yaranmasında allergik və toksik reaksiyalar durur ki, bu da helmintlərin 
həyat  fəaliyyətinin  məhsulları  tərəfindən  törədilir.  Allergik  reaksiyalar  xüsusilə 
xəstəliyin  kəskin  mərhələsində  nisbətən  çox  təzahür  edir,  super-  və  reinvaziyalar 
zamanı  daha  da  güclənir.  Orqanizmin  allergik  cavabı  müxtəlif  lokalizasiyalı  və 
intensivlikli  dəri  səpgiləri,  limfadenopatiyalar,  hipercozinofiliyalar,  mialgiyalar, 
artralgiyalar, ağciyər və abdominal sindrom, hepatosplenomeqaliyalar şəklində təzahür 
edir.  Helminlozun  toksik  effekti  iştahanın  azalması,  bağırsaqda  qida  maddələrinin 
sorulması  prosesinin  zəifləməsi,  boy  artımının  ləngiməsi  və  yoluxmuş  şəxsin  əqli  və 
fiziki  inkişafdan  geri  qalması  şəklində  təzahür  edir.  Parazitlərin  orqanizmə  mexaniki 
təsirlərinə aiddir: öd yollarının və mədəaltı vəzin axacaqlarının tutulması; qaraciyərin 
və  mədəaltı  vəzin  absesi  (irinli  ocaq),  bağırsaq  keçməməzliyi,  appcndisit,  bağırsağın 
perforasiyası (deşilməsi), peritonit. 
273 
downloaded from KitabYurdu.org


 
ACKAPHA03 
Askaridoz  (Ascaridosis)  -  askiradalar  tərəfindən  törədilir.  Askarida  (Ascarid 
lumbricoides)  -  yer  üzərində  ən  geniş  yayılmış  qurd  xəstəliyidir.  Bunların  erkək  və 
dişi cinsləri olur. Dişisinin uzunluğu 25-40 sm-dır, diametri (eni) 6 mm-dir, erkəyi isə 
nisbətən kiçikdir: uzunluğu 15-20 sm, eni 3 mm-dir. Bədəni üç hissədən ibarətdir, ağ 
və ya çəhrayı rəngli kutikula ilə örtülmüşdür. Başında mikroskopun kiçik böyüdücüsü 
ilə  görülə  bilən  üç  ədəd  iri  dodaqların  olması  xarakterdir.  Erkək  fərdin  quyruq  ucu 
adətən  qarmaq  şəklində  əyilmişdir.  Yumurtası  oval  formadadır,  mayalanmış  və  ya 
mayalanmamış ola bilər. 
Bu qurd insanın nazik bağırsağında yerləşir və oradan yumurta xaric edir. Cinsi 
yetişmiş  dişi  askarida  insanın  bağırsağında  gündə  təxminən  200  minə  qədər 
mayalanmış  yumurta  ifraz  edir,  onlar  insanın  nəcisi  ilə  ətraf  mühitə  düşürlər. 
Mayalanmasına  baxmayaraq,  bağırsaqda  lazimi  qədər  oksigen  olmadığı  üçün  onlar 
inkişaf edə bilmir, ona görə də, həmin yumurtalar ancaq xarici mühitdə torpaqda, daha 
doğrusu onun üçün lazımi rütübət, hərarət, həmçinin oksigen olduqda inkişaf edir. 
Yumurtalar  24-30°C  temperaturda  10-15  gün  ərzində  inkişaf  edərək  invazion 
sürfə  şəklinə  düşür.  Yüksək  və  aşağı  temperaturda  isə  onlar  inkişafdan  qalıb  məhv 
olurlar. Buna görə quraqlıq və soyuq olan yerlərdə askaridoza az təsadüf olunur. 
Ətraf mühitdə temperaturdan asılı olaraq onların inkişafı 3 aydan bir neçə aya 
qədər  davam  edə  bilir.  Yumurtalar  torpaqda  həyat  qabiliyyətini  bir  neçə  il  saxlaya 
bilərlər.  İnvazion  yumurtalar,  başqa  sözlə  yetkin  sürfəyə  malik  yumurtalar  ələ, 
tərəvəzə,  meyvəyə,  oradan  isə  ağıza  düşür.  Milçəklər  qidanın  yumurtalarla 
çirklənməsində rol oynayırlar. 
Udulmuş  yumurtalardan  insanın  bağırsağında  sürfələr  çıxır,  onlar  venoz 
sistemə  daxil  olur  və  qan  cərəyanı  ilə  ürəyin  sağ  hissəsindən  ağ  ciyərə  daxil  olur. 
Burada  sürfələr  kapilyarları  dağıdaraq  alveolun  mərkəzinə  keçir.  Sürfələr  təxminən 
10-16 gün ərzində miqrasiya edirlər. Onlar bronxlardan keçərək yenidən udlağa daxil 
olur,  ağız  suyu  ilə  udulur  və  2,5-3  aydan  sonra  bağırsaqda  yetkin  askaridaya 
çevrilirlər. Askaridin insan orqanizmində yaşama müddəti 1 ilə yaxındır. 
274 
downloaded from KitabYurdu.org


Sürfələr  miqrasiya  dövründə  bağırsağı,  qaraciyəri,  xüsusilə  ağ  ciyəri 
zədələyiıiər. Burada uçucu eozinofil infiltratlar, qanaxmalar inkişaf edir. Xəstələrdə 
öskürək,  döş  qəfəsində  ağrılar,  bədən  temperaturunun  artması  müşahidə  olunur 
(askaridozun ağciyər mərhələsi). 
Parazitlər  bağırsaqda  paı  azitlik  etdikdə  isə  (bağırsaq  mərhələsi)  iştahanın 
azalması,  ürək  bulanması,  qarında  ağrılar,  davamsız  nəcis  ifrazatı  qeyd  olunur. 
Xəstələri  baş  ağrısı,  yuxu  pozulma,  qıcıqlanmalar,  əmək  qabiliyyətinin  aşağı 
düşməsi  narahat  edir.  Askaridlər  bağırsaq  keçməməzliyinin,  əməliyyatdan  sonrakı 
ağırlaşmaların  səbəbi  ola  bilər.  Bəzən  onlar  öd  yollarına,  qida  borularına,  tənəffüs 
yollarına keçirlər ki, bu da ölümlə nəticələnə bilər. Askaridoz bir çox xəstəliklərin 
gedişini ağırlaşdırır. 
Erkən,  ağ  ciyər  fazasında  askaridozun  sürfələrini  bəlğəmin  mikroskopiyası 
zamanı  aşkar  etmək  olar.  Qanda  yüksək  cozinofiliya,  ağ  ciyərlərdə  uçucu 
infiltıatların  olması,  davamlı  öskürək,  xüsusilə  gecələr,  askaridozun  olmasından 
şübhələnməyə imkan verir. 
Bağırsaq  mərhələsini  aşkar  etmək  üçün  yumurtaları  tapmaq  məqsədilə 
nəcisin  müayinəsini  aparırlar.  Müsbət  nəticə  aldıqda  məhz  hansı  yumurtanın  - 
mayalanmış və ya mayalanmamış - aşkar edildiyini qeyd edirlər. Bu, həmin xəstənin 
mikroocaqda  mümkün  olan  epidemioloji  rolunu  qiymətləndirmək  üçün 
əhəmiyyətlidir.  Əgər  bağırsaqda  yalnız  erkək  fərdlər  və  ya  yalnız  cavan,  cinsi 
yetişkənlik  səviyyəsinə  çatmamış  askaridlər  yaşayırsa,  onda  nəcisdə  yumurtalar 
olmur. 
Müalicənin effektivliyini müəyyən etmək məqsədilə 2 həftədən sonra nəcisin 
laborator analizini həyata keçirirlər. 
Askaridozla mübarizədə əsas tədbirlərdən biri  - bu helmintoza görə əlverişli 
olmayan yaşayış məntəqələrində, həmçinin mütəşəkkil kollektivlərdə, ambulator və 
stasionar xəstələrin kütləvi şəkildə müayinəsi yolu ilə invaziyalaşmış şəxsləri aşkar 
etməkdir.  Aşkar  edilmiş  şəxslər  qısa  müddətdə  dehelmintizasiya  olunur,  torpağın 
askaıida yumurtaları ilə çirklənməsinə yol verməmək üçün müalicə prosesində ifraz 
edilən nəcisi xlorlu əhənglə zərərsizləşdirirlər. 
Torpağı  fekal  çirklənmədən  qorumaq  üçün  yaşayış  məskənlərinin  sanitar 
abadlaşdırmasının  mühüm  əhəmiyyəti  vardır.  Hər  bir  həyətdə  düzgün  tikilmiş 
tualetlər  olmalıdır,  zibilləri  kompostlaşdırma  yolu  ilə  zərərsizləşdirmək  lazımdır, 
bostan və dirrikləri zərərsizləşdirilməmiş nəcis və tullantılarla gübrələmok qadağan 
olunur. 
275 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə